İnsan Resursları üzrə kargüzarlıq
Əsas səhifə / XİDMƏTLƏR

Təşkilati-hüquqi mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər kadr kargüzarlığını qanunvericiliyin tələblərinə uyğun olaraq hər yerdə eyni qaydada doğru və düzgün aparmalıdır. Ümumiyyətlə əmək münasibətlərinin subyektləri sayılan işəgötürənlər və işçilər qanunvericiliyin tələblərinə tabe olmağa borcludurlar və buna görə də qanun qarşısında məsuliyyət daşıyırlar. 

Bildiyiniz kimi, dövlət tərəfindən də bu sahəyə ciddi nəzarət və yoxlama vardır. Belə ki, yerli qanunlarda da əmək qanunvericiliyinin tələblərinin pozulmasına görə müəyyən cərimələr və sanksiyalar nəzərdə tutulmuşdur. 

Sənədləşmə düzgün aparılmayan təşkilatlarda heyətin idarə edilməsində daima problemlərin yaşanması müşahidə olunur ki, bu da heç bir tərəf üçün xoşagələn hal deyil. Ümumilikdə götürdükdə, insan resurslarının idarə olunmasını kadr kargüzarlıqsız təsəvvür etmək mümkün deyildir. Necə deyərlər, sənəd olmayan yerdə sübut da olmaz. 

Qanunvericiliyinin tələblərinə riayət olunmasının təmin edilməsi məqsədilə kadr kargüzarlığının təşkili şirkətlərin ən vacib sənədləşməsindən biridir. Belə ki, qanunun tələblərinə uyğun olaraq kadr kargüzarlığının yoxlanılaraq audit edilməsində, nöqsanları aşkar edərək risklərin müəyyən edilməsində, sənədləşmənin yüksək səviyyədə icra olunmasında və qarşıya çıxan problemlərin həll edilməsində bu sahənin mütəxəssislərinə və işəgötürənlərə xidmət göstərməyə hər zaman hazırıq.

HRclub.az
TEL: +994552200822
site by