İR ÜZRƏ TƏLİMLƏR
“Ən yaxşı kapital insandır” şüarı ilə fəaliyyət göstərən HRCLUB MMC-in əsas məqsədi İnsan resursları sahəsində bilik əldə etmək istəyənlərə və bilik paylaşanlara dəstək olmaqla bu sahənin mütəxəssisləri arasında maarifləndirmə işi aparmaqdir. Bu səbəbdən tərəfimizdən İnsan resursları sahəsənin müxtəlif bölmələri üzrə təlim, seminar və vebinarlar formatında tədris həyata keçirilir.
“Əmək Məcəlləsi” təlimi
Ümumi olaraq 1 aylıq müddət ərzində, 8 dərslik proqramla Əmək Məcəlləsinin praktiki olaraq ən çox istifadə olunan maddələrinin izahı və elektron sistemlərin iş prinsipi ilə əyani tanışlıq tədris olunur.
“Əmək Qanunvericiliyi və kadr kargüzarlığı” təlimi
Ümumi olaraq 2 aylıq müddət ərzində, 16 dərslik proqramla Əmək Məcəlləsinin, o cümlədən digər normativ-hüquqi aktların nəzəri və praktiki izahı, elektron sistemlərin iş prinsipi ilə əyani tanışlıq və digər İRİE proseslərinin icra olunması ilə bağlı tədris təşkil olunur.
“Elektron sistemlərlə iş” vebinarı
2 saatlıq təlimlər vasitəsilə elektron sistemlərin iş prinsipi (e-gov.az, e-sosial.az, icaze.e-gov.az, isb.az) praktiki olaraq nümayiş etdirilir. İşçilərlə əmək müqaviləsinin bağlanması, müqavilələrə dəyişiklik edilməsi və onlara xitam verilməsi prosesləri, ştat cədvəli əməliyyatları, məşğulluq sistemində vakansiyaların yerləşdirilməsi, o cümlədən istehsalatda bədbəxt hadisələrdən icbari sığorta elektron sistemi ilə iş prinsipi tədris olunur.
Təlimlər insan resurslarının idarə edilməsi istiqamətində karyera qurmaq istəyən tələbələr, gənclər, o cümlədən bu sahə üzrə fəaliyyət göstərən əməkdaşlar üçün nəzərdə tutulmuşdur.