Biz – insan resursları sahəsində bilik paylaşımını təşviq edən, mütəxəssislər arasında maarifləndirmə aparan və HR proseslərində innovativ həllərin tətbiqini dəstəkləyən peşəkar bir təşkilatıq.
“HRCLUB” Məhdud Məsuliyyətli Cəmiyyəti hüquqi və fiziki şəxslərə İnsan Resurslarının İdarə Edilməsi üzrə geniş spektrli biznes xidmətləri təqdim edir.
Peşəkar və təcrübəli mütəxəssis komandamız təşkilatlarda insan resursları ilə bağlı yaranan operativ və strateji məsələləri qısa müddətdə, keyfiyyətlə və biznes məqsədlərinə uyğun şəkildə həll edir. HRCLUB işə qəbul, performans menecmenti, ödəniş və motivasiya siyasəti, daxili nizam-intizam, kadr uçotu, daxili kommunikasiya və HR analitika kimi əsas sahələrdə şirkətlərin HR sistemlərini optimallaşdıraraq inkişafına dəstək olur.
Məqsədimiz – şirkətlərin insan kapitalını gücləndirmək, müasir və effektiv HR proseslərinin qurulmasına yardım göstərmək və təşkilatlarda şəffaf, ölçüləbilən, davamlı insan resursları idarəetməsi mühitinin formalaşmasına töhfə verməkdir.
Missiyamız – Azərbaycanda İnsan Resursları sahəsində peşəkar inkişafı, bilik paylaşımını və innovativ yanaşmaları təşviq etmək, HR ekosisteminin güclənməsinə və müsbət idarəetmə mədəniyyətinin formalaşmasına xidmət etməkdir.

