Kadr kargüzarlığı xidməti
Təşkilati-hüquqi mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər kadr kargüzarlığını qanunvericiliyin tələblərinə uyğun olaraq hər yerdə eyni qaydada doğru və düzgün aparmalıdır.
Dövlət tərəfindən də bu sahəyə ciddi nəzarət və yoxlama vardır. Belə ki, yerli qanunlarda da əmək qanunvericiliyinin tələblərinin pozulmasına görə müəyyən cərimələr və sanksiyalar nəzərdə tutulmuşdur.
Sənədləşmə düzgün aparılmayan təşkilatlarda heyətin idarə edilməsində daima problemlərin yaşanması müşahidə olunur ki, bu da biznesin idarə olunmasında xoşagələn hal deyil. Qanunvericiliyinin tələblərinə riayət olunmasının təmin edilməsi məqsədilə kadr kargüzarlığının təşkili şirkətlərin idarəolunmasında ən vacib sahələrdən biridir.
“HRCLUB” MMC olaraq qanunun tələblərinə uyğun olaraq kadr kargüzarlığının yoxlanılaraq audit edilməsi, nöqsanların aşkar edilərək risklərin müəyyən edilməsi və aradan qaldırılması, sənədləşmənin yüksək səviyyədə tərəfimizdən icra olunması və qarşıya çıxan əmək münasibətləri ilə bağlı problemlərin həll edilməsilə sahibkarlara hər zaman yüksək səviyyədə xidmət göstəririk.
Kadr kargüzarlığı üzrə aşağıda qeyd olunan xidmətləri icra edirik:
- işə qəbul edilən işçinin əmək müqaviləsinin və digər müəssisədaxili sənədlərin tərtib edilməsi
- yeni işçilərə əmək kitabçalarının açılması və kitabçaya müvafiq qeydlərin aparılması;
- işçilərin Elektron Hökumət Portalında onlayn fərdi uçota alınması və müvafiq əməliyyatların icra olunması;
- işdən azad edilən işçilərin müvafiq sənədləşməsinin icra olunması;
- aylıq iş vaxtının uçot tabelinin tərtib edilməsi;
- dövlət orqanlarına hesabatların vaxtında verilməsi
- işçilərin əmək və digər məzuniyyət növlərindən istifadə etməsi ilə bağlı sənədləşmənin icra olunması;