İnsan Resurslarının idarəolunması
Əsas səhifə / XİDMƏTLƏR

İnsan resurslarının idarəedilməsi deyildikdə, şirkətin idarəetmə strategiyası, daxili nizam-intizam qaydaları, işçilərin effektivliyinin artırılması, onların təlim və treninq ehtiyyaclarını aşkar edərək şirkətdəki karyera yüksəlişinin həyata keçirilməsi, həvəslənirilmə məqsədi ilə onların mükafatlandırması və eyni zamanda motivasiya edilməsi və s. poseslər başa düşülür. İnsan resurslarının idarə edilməsində başlıca məqsədlərindən biri işçilərin potensialından və imkanlarından maksimum istifadə edərək şirkətə effektivliyini artırmaqdır. İnsan resurslarının bu işdə rolu əməkdaşlara öz bacarıqlarını, imkanlarını tam istifadə etmək və potensiallarını üzə çıxarmaq üçün lazımi iş şəraitinin yaratmaqdır. 

Heyətin idarəedilməsi istehsal, texnika və eyni zamanda texnoloji sistemlərin idarə edilməsindən olduqca çətin və məsuliyyətli bir prosesdir. Bu da öz növbəsində təşkilatların kadr siyasəti ilə, yəni heyətin seçilməsi, qiymətləndirilməsi, yerləşdirilməsi, təlimatlandırılması və s. ilə bağlıdır. Elə etmək lazımdır ki, işçi öz təşkilatı üçün faydalı olduğunu, kollektivin ayrılmaz bir üzvü olduğunu hiss edə bilsin. Bununda ən əsas təsir vasitələrindən biri insan resurslarının idarəetmə mexanizminin düzgün qurularaq tətbiq olunmasıdır. 

Baxmayaraq ki, son illərə qədər ölkəmizdə bir çox şirkətlərdə insan resursları ilə bağlı məsul şəxs olmurdu. Kadr kargüzarlığı təşkilatın mühasibləri və ya digər məsul şəxsləri icra edirdilər. Ən yaxşı halda ancaq kadrlar üzrə mütəxəssislər olurdu. Artıq sevindirici hal kimi onu söyləmək olar ki, bir çox şirkətlərdə artıq departament və şöbələr yaradılıb ki, bu da insan resurslarının ölkəmizdə də inkişafının təcəssümüdür. İnsan resurslarının idarə edilməsinin araşdırılması, bu sahədə prosedurların yazılması və tətbiq edilməsi və idarəetmədəki problemlərin həll edilməsində bu sahənin mütəxəssislərinə və işəgötürənlərə xidmət göstərməyə hər zaman hazırıq.

HRclub.az
TEL: +994552200822
site by