Qanunvericilik
Əsas səhifə / Qanunvericilik
Sağlamlığ haqqında tibbi arayış tələb olunan peşələrin (vəzifələrin) iş yerlərinin siyahısı barədə Qərara dəyişiklik edildi
  • 7329

NAZİRLƏR KABİNETİ 

Q Ə R A R № 449

 Bakı şəhəri, 15 oktyabr 2018-ci il 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin (vəzifələrin) iş yerlərinin siyahısının təsdiq edilməsi barədə” 2000-ci il 3 yanvar tarixli 1 nömrəli qərara dəyişikliklər edilməsi barədə 

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 18 may tarixli 1147-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 284 nömrəli Sərəncamının  2 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR: 

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 3 yanvar tarixli 1 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 72; 2010, № 8, maddə 763) ilə təsdiq edilmiş “İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin (vəzifələrin) iş yerlərinin Siyahısı”nın 27-ci hissəsində “uşaq” sözü “təhsil” sözü ilə əvəz edilsin.


Azərbaycan Respublikasının  Baş naziri Novruz Məmmədov

Mənbə: https://cabmin.gov.az/az/document/3097

Ümumi göstəricilər

Sənəd, Kitab və Sual gösətiriciləri

  • 500+Elektron sənəd
  • 100+Elektron kitab
  • 1000+Sual-Cavab