Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanınödənilməsi haqqında”, “Məcburiköçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Gömrük orqanlarında xidmət haqqındaƏsasnamə”nin təsdiq edilməsibarədə”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsibarədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 15-ci, 16-cı və 19-cu bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 213 (Cild I); 2024,
№ 1, maddə 6, № 4, maddə 365) aşağıdakı dəyişikliklər edilsin:
- 3-cü maddə üzrə:
- 5-ci hissədə“ismin müvafiqhalında “əməkmüqaviləsi” sözləri “– əmək müqaviləsi” sözləri ilə əvəz edilsin və həmin hissəyə “fərdi qaydada” sözlərindən sonra “bu Məcəllə ilə müəyyən edilmişformada” sözləri əlavə edilsin;
- 5-1-ci hissə ləğv edilsin;
- aşağıdakı məzmunda8-1-ci hissə əlavəedilsin:
“8-1. Ştat (ştat vahidi) – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra – elektron informasiya sistemi) yaradılan və yaxud bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda kağız daşıyıcıda təsdiq edilən cədvəl üzrə vəzifə (peşə) adının və vəzifə (tarif) maaşının əks olunduğu vahid.”;
- 7-ci maddənin 2-ci hissəsində “hissəsi” sözü “və 2-2-ci hissələri” sözləri ilə, “elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektronqaydada məlumat göndərilməsindən sonra” sözləri “əmək müqaviləsi elektroninformasiya sistemində elektronsənəd formasında bağlandıqda” sözləri ilə əvəz edilsin;
- 9-cu maddəninbirinci hissəsinin “o” bəndi aşağıdakıredaksiyada verilsin: “o) elektron informasiya sistemindən əmək müqaviləsini, habelə əmək münasibətlərinə (iş yeri, əməkhaqqı və s.) dair arayışları real vaxt rejimində əldə etmək.”;
- 12-ci maddənin 1-ci hissəsi üzrə:
- “h” bəndi ləğv edilsin;
- “j” bəndi aşağıdakı redaksiyada verilsin:
“j) işçilərin qanunla müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta haqlarının vaxtında və tam həcmdə ödənilməsini təmin etmək;”;
- aşağıdakı məzmunda “k”, “q” və “l” bəndləri əlavə edilsin:
“k) elektron informasiya sisteminə əmək müqaviləsi ilə bağlı daxil etdiyi məlumatların tam və düzgün olmasınıtəmin etmək;
q) işçiyə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsiüçün şərait yaratmaq;
l) elektron informasiya sisteminə strukturuna, peşə və vəzifələrin iyerarxiyasına uyğun ştat vahidlərini daxil etmək.”;
- 15-ci maddənin 2-ci hissəsində “səlahiyyəti çərçivəsində” sözləri “fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtındatəqdim edilməsini, habelə” sözləri ilə əvəz edilsin;
- 21-1.1.3-cü maddəyə “məskunlaşdıqda” sözündən sonra “(yaşayış yeri və ya olduğuyer üzrə qeydiyyata alındıqda)” sözləri əlavəedilsin;
- 43-cü maddənin2-ci hissəsi üzrə:
- “a”, “b”, “c” və “ğ” bəndləri aşağıdakı redaksiyada verilsin:
“a) işçinin soyadı, adı, atasının adı, ünvanı və fərdi identifikasiya nömrəsi (FİN);
- işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı,adı və atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı, adı və atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), faktiki fəaliyyət göstərdiyi ünvanı, fərdi identifikasiya nömrəsi (FİN);
- əsas və ya əlavə iş yeri olması barədə qeydlə birlikdə işçinin iş yerinin ünvanı, vəzifəsi (peşəsi);”;
“ğ) əmək müqaviləsi elektron sənəd formasında bağlanılan işçilər, bu Məcəllənin7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda ilk dəfə əmək fəaliyyətinə başlayanişçilər və “Dövlətsirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulanşəxslər istisna olmaqla,işçinin sosial sığortanömrəsi (SSN);”;
- “h” bəndi ləğv edilsin;
- 44-cü maddə üzrə:
- 1-ci hissə aşağıdakı redaksiyada verilsin:
“1. Əmək müqaviləsi bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda kağız daşıyıcıda, digər hallarda isə elektron sənəd formasında bağlanılır.”;
- 3-cü hissədə“Əmək” sözü “Bu Məcəllənin 7-ci maddəsinin 2-1-cihissəsi ilə müəyyənedilmiş hallarda əmək” sözləri ilə əvəz edilsin;
- 46-cı maddə üzrə:
- 2-ci və 3-cü hissələrləğv edilsin;
- 5-ci hissəninüçüncü cümləsindən “və ya yazılıformada tərtib edildiyi” sözləri çıxarılsın;
- 6-cı hissənin üçüncü cümləsində “Həcmcə” sözü “Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda həcmcə” sözləri ilə əvəz edilsin və həmin hissəyəaşağıdakı məzmunda dördüncücümlə əlavə edilsin:
“Elektron sənəd formasında bağlanılan əmək müqavilələrində dəyişiklik edildikdə,ilkin əmək müqaviləsi yenidən tərtib olunaraqtəsdiq edilir.”;
- 47-ci maddənin birinci hissəsinin“g” bəndi ləğv edilsin;
- 48-ci maddə üzrə:
- 1-ci hissə aşağıdakı redaksiyada verilsin:
“1. Əmək müqaviləsi bağlanılarkən işçi şəxsiyyətini təsdiq edən sənədi, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda isə habelə əmək kitabçasını təqdim edir.”;
- 3-cü hissəyə “əmək kitabçası” sözlərindən əvvəl “bu Məcəllənin 7-ci maddəsinin 2-1-cihissəsi ilə müəyyən edilmişhallarda” sözləri əlavə edilsin;
- 4-cü hissədə “Əmək” sözü “Bu maddənin 6-cı hissəsi nəzərə alınmaqla əmək” sözləri ilə əvəz edilsin və həmin hissəyə “işəgötürənə” sözündən sonra “peşə hazırlığıvə” sözləri əlavə edilsin;
- 6-cı hissəyə “bu Məcəllədə” sözlərindən əvvəl “aidiyyəti dövlət informasiya sistemlərindən və ehtiyatlarından əldə edilməsi mümkün olan,” sözləri əlavə edilsin;
- aşağıdakı məzmunda7-ci hissə əlavə edilsin:
“7. Əmək müqaviləsi bağlanıldıqdan sonra işçilərlə bağlı elektron informasiya sistemində mövcud olan əmək fəaliyyətinə dair ümumi məlumatların, o cümlədən həmin və ya digər işəgötürənlə əvvəllər bağlanılmış əmək müqavilələrinin, onlarda dəyişiklik edilməsi və ya onlara xitam verilməsi ilə bağlı məlumatların işəgötürənə ötürülməsi istisna olmaqla, şəxsin əmək fəaliyyəti barədə məlumatların digər şəxslərə ötürülməsi “Fərdi məlumatlar haqqında”və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir.”;
- 49-cu maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi və qüvvədən düşməsi
- Bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunurvə hüquqi qüvvəyəminir.
- “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrihaqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanılacaq əmək müqaviləsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində qeydə alınmış işçi və işəgötürən barədə əmək münasibətlərinə dair məlumatların elektroninformasiya sisteminəötürülməsi əsasında elektronsənəd formasında avtomatlaşdırılmış qaydada formalaşır və formalaşan tarixdən 3 (üç) iş günündən gec olmayaraq, tərəflərin gücləndirilmiş elektron imzası vasitəsilə imzalanır. Bu halda əmək müqaviləsi “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektronkabinetinə göndərildiyi andan hüquqi qüvvəyəminir.
- Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsində müəyyənedilmiş hallarda bağlanılmış əməkmüqaviləsində başqahal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyəminir.
- Bu Məcəllənin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirənorqanın qərarı ilə qüvvədən düşmüş hesab edilir.Bu zaman əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan tərəfindən işçininqüvvədə olan əmək müqaviləsinin qüvvədəndüşmüş hesab edilməsibarədə inzibati akt formasında qərar qəbul edilir və bununla bağlı elektron informasiya sistemindəmüvafiq qeyd aparılır.
- Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərəkgücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdənəvvəlki tarixə (bu Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi ilə xitam verilən və həmin maddənin 1-1-ci hissəsi ilə xitam verilmiş hesab edilən hallar istisna olmaqla) müəyyən edilə bilməz.”;
- 53-cü maddənin 1-ci hissəsinə və 56-cı maddənin 2-ci hissəsinin birinci cümləsinə “yazılı”sözündən sonra “(kağızdaşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə)” sözləriəlavə edilsin;
- 58-ci maddənin1-ci hissəsi üzrə:
- ikinci cümlədən “, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri” sözləri çıxarılsın;
- üçüncü cümlə çıxarılsın;
- 69-cu maddə üzrə:
- 1-ci hissəyə, 4-cü hissənin üçüncü cümləsinə və 6-cı hissənin ikinci cümləsinə “yazılı”sözündən sonra “(kağızdaşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə)” sözləriəlavə edilsin;
- 3-cü hissədə “əmək müqaviləsi bağladıqda” sözləri “əməkmünasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda” sözləriilə əvəz edilsin;
- 73-cü maddə üzrə:
- 1-ci hissə aşağıdakı redaksiyada verilsin:
“1. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektroninformasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmişhallarda müddətsiz hesab olunur.”;
- 2-ci hissədə “işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündənbir təqvim həftəsikeçməmiş” sözləri
“bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığıgün işəgötürən tərəfindən” sözləri ilə əvəz edilsin;
- 75-ci maddənin 2-ci hissəsinin “ç” bəndinə “yazılı formada” sözlərindən sonra “(kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə)” sözləri əlavə edilsin;
- 83-cü maddə üzrə:
- 1-ci və 2-ci hissələraşağıdakı redaksiyada verilsin:
“1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı)ilə rəsmiləşdirilməlidir.
2. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektroninformasiya sistemindəgücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılanelektron kabinetində yerləşdirilir.”;
- aşağıdakı məzmunda3-cü və 4-cü hissələr əlavə edilsin:
“3. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
4. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncuiş günü ödənilməlidir.”;
- 84-cü maddə üzrə:
- adında “müqaviləsinin ləğv edilməsi” sözləri“müqaviləsinə xitam verilməsi”sözləri ilə əvəz edilsin;
- 1-ci hissəüzrə:
- birinci abzasda “müqaviləsinin ləğv edilməsi” sözləri “müqaviləsinə xitam verilməsi” sözləriilə əvəz edilsin;
- ikinci abzas aşağıdakı redaksiyada verilsin:
“işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın)nömrəsi, tarixi;”;
- beşinci abzasda “müqaviləsinin ləğv edilməsinin” sözləri “müqaviləsinə xitam verilməsinin” sözləri ilə əvəz edilsin;
- altıncı və səkkizinci abzaslarda “müqaviləsinin ləğv edilməsi” sözləri “müqaviləsinə xitam verilməsi” sözləriilə əvəz edilsin;
- yeddinci abzasda “müqaviləsi ləğv edilən” sözləri“müqaviləsinə xitam verilən”sözləri ilə əvəz edilsin;
- 3-cü hissədə“müqaviləsinin ləğv edilməsi” sözləri “müqaviləsinə xitam verilməsi” sözləriilə əvəz edilsin;
- 85-ci maddə üzrə:
- 1-ci hissəüzrə:
- birinci cümlədə“İşəgötürən” sözü “BuMəcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda işəgötürən” sözləri ilə, “uçotunun qeydiyyatını” sözləri “uçotunu” sözü ilə əvəz edilsin;
- ikinci cümlədə“qeydiyyat” sözü “uçot” sözü ilə əvəz edilsin;
- 1-ci hissəüzrə:
- aşağıdakı məzmunda1-1-ci hissə əlavəedilsin:
“1-1. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinin, onlara edilən dəyişikliklərin, bu müqavilələrlə əlaqədar verilmiş əmrlərin (sərəncamların, qərarların), habelə digər əmrlərin (sərəncamların, qərarların) uçotunun aparılması elektron informasiya sistemivasitəsilə təmin edilir.”;
- 2-ci hissənin birinci cümləsində “İşəgötürən qeydiyyat” sözləri “Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmişhallarda işəgötürən uçot” sözləri ilə əvəz edilsin;
- 3-cü hissədə “Bu maddədə” sözləri “Bu maddənin 1-ci və 2-ci hissələrində” sözləri ilə əvəz edilsin və həmin hissədən “və qeydiyyatı” sözləri çıxarılsın;
- 86-cı maddə üzrə:
- 1-ci hissədə“İşəgötürən” sözü“BuMəcəllənin7-cimaddəsinin2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda işəgötürən” sözləri ilə əvəz edilsin;
- 2-ci hissənin birinci cümləsinə “işəgötürəndə” sözündənəvvəl “bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda” sözləri əlavə edilsin;
- 3-cü hissədə “əsli,” sözü “əslinin bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmişhallarda” sözləri ilə əvəz edilsin;
- aşağıdakı məzmunda4-cü hissə əlavə edilsin:
“4. Elektron sənəd formasında bağlanılan əmək müqavilələri barədə məlumatların arxivləşdirilməsi elektron informasiya sistemi vasitəsilə təmin edilir.”;
- 87-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqındaməlumatlar
- Bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hal istisna olmaqla,işçinin əmək fəaliyyətihaqqında məlumatlar elektroninformasiya sistemində qeydə alınır.
- Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda işçinin əmək fəaliyyəti haqqında məlumatlar əmək kitabçasında qeydə alınır. İşəgötürən 5 (beş) gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydlər aparmalıdır. İşçinin əmək fəaliyyəti haqqında məlumatlarda onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlərgöstərilir.
- İşçilərin əmək kitabçasının forması və onun doldurulması qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.
- Xarici ölkədə işləmiş Azərbaycan Respublikası vətəndaşının xarici ölkədəki əmək fəaliyyəti ilə bağlı məlumatların elektron informasiya sistemində, habelə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmişhallarda əmək kitabçasında qeydiyyatı xarici işəgötürənlə bağladığı əmək müqaviləsi və məcburi dövlət sığortasının həyata keçirildiyini təsdiq edən sənəd əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır.”;
- 88-ci maddə üzrə:
- 1-ci hissəyə “xasiyyətnamə verməyə”sözlərindən sonra “, o cümlədən elektron informasiya sistemi vasitəsilə işçinin informasiya sistemində yaradılanelektron kabinetinə göndərməyə” sözləri əlavə edilsin;
- 2-ci hissənin birinci cümləsinə“yazılı” sözündən sonra “(kağız daşıyıcıda və ya elektroninformasiya sistemi vasitəsilə)” sözləri əlavə edilsin;
- 103-cü maddənin 4-cü hissəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, növbəcədvəlləri elektron informasiya sisteminə daxil edilir.”;
- 138-ci maddənin 1-ci hissəsinin birinci cümləsinə “işçinin” sözündən sonra “yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə)” sözləri əlavə edilsin;
- 172-ci maddənin 6-cı hissəsində “87-ci maddəsinin üçüncü hissəsi ilə” sözləri “83-cü maddəsinin 3-cü hissəsinin ikinci cümləsində” sözləriilə əvəz edilsin;
- 173-cü maddəyə aşağıdakı məzmunda5-ci hissə əlavəedilsin:
“5. Əmək müqaviləsi elektron sənəd formasında bağlanıldıqda bu maddədə nəzərdə tutulan məlumatların verilməsi elektron informasiya sistemində yaradılan elektron kabinetvasitəsilə təmin edilir.”;
- 258-ci maddənin 3-cü hissəsi aşağıdakı redaksiyada verilsin:
“3. Ailə kəndli təsərrüfatlarında və ailə müəssisələrində əmək münasibətləri bu Məcəllə ilə müəyyən edilmiş qaydada elektron sənəd formasında əmək müqaviləsi bağlanılmaqla tənzimlənir.”;
- 296-cı maddənin 3-cü hissəsinə “verildiyi” sözündən sonra “və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə)” sözləriəlavə edilsin;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə 1-ci əlavə - “Əmək müqaviləsinin (kontraktının) nümunəvi forması”üzrə:
- 1.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“1.1. Bu Əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) İşəgötürən_______________________________________________________
(işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən
vəzifəli şəxsin vəzifəsi,soyadı, adı və atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-i), faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı,adı və atasının adı, vergi ödəyicisinin eyniləşdirmə
nömrəsi (VÖEN-i), faktiki fəaliyyət göstərdiyi ünvanı, fərdi identifikasiya nömrəsi (FİN-i)
_______________________________________________________________ ilə
İşçi
_______________________________________________________________
(soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (FİN-i) və
_______________________________________________________________
(sosial sığorta nömrəsi (SSN-i), əmək müqaviləsi elektronsənəd formasında bağlanılan işçilər, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmişhallarda ilk dəfə əmək fəaliyyətinə başlayan
işçilər, “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunolaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan şəxslər istisnaolmaqla)
arasında “____ ” ______________ ______ il tarixində Azərbaycan
Respublikasının Əmək Məcəlləsinə (bundansonra – Əmək Məcəlləsi) uyğun olaraq bağlanılmışdır.”;
- 2.3-cü bənddən “ “ çıxarılsın;
il tarixindən” sözləri
- 2.4-cü bəndə “tarixindən” sözündən sonra “, həmin tarixədək müqaviləimzalanmadıqda isə imzalandığı gündən” sözləriəlavə edilsin;
- 6.2-ci bəndə “işsizlikdən sığorta,” sözlərindən sonra “icbari” sözü əlavə edilsin;
- 8.3-cü bənddə“dərhal ( gündən gec olmayaraq)” sözləri“imzalandığı tarixdən və ya gündən gec olmayaraq” sözləri ilə əvəz edilsin;
- 10.2-ci bənddə “Bu Əmək müqaviləsi” sözləri “ƏməkMəcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda bu əmək müqaviləsi” sözləri ilə əvəz edilsin.
Maddə 2. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365; Azərbaycan Respublikasının 2024-cü il 19 aprel tarixli 1135-VIQD nömrəli, 23 aprel tarixli 1141-VIQD nömrəli və 21 may tarixli1157-VIQD nömrəli qanunları) 102.1.6-cı və 102.8-cimaddələrindən “(əmək kitabçasının olduğu yerdə)” sözləriçıxarılsın.
Maddə 3. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 586 (Cild I); 2024,№ 4, maddə 365; Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1127-VIQD nömrəli və 7 may tarixli1148-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
- 29-cu maddə üzrə:
- 29.1-ci maddəyə “olaraq” sözündən sonra “, müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sisteminə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda isə” sözləri əlavə edilsin;
- 29.3-cü maddəyə “bağlayarkən” sözündən sonra “elektron informasiya sistemində və ya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində müəyyən edilmiş hallarda”sözləri əlavə edilsinvə həmin maddədə “həmin” sözü “elektron informasiya sistemində və ya” sözləri ilə əvəz edilsin;
- 29.4-cü maddəyə “azad edilmiş” sözlərindən sonra “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində müəyyənedilmiş” sözləriəlavə edilsin;
- 168-ci maddə üzrə:
- 168.3-cü maddəyə “əmək kitabçası” və “pensiya vəsiqəsi” sözlərindən sonra “(olduğu halda)”sözləri əlavə edilsin;
- 168.4-cü maddədə “əmək kitabçasıvə pensiya vəsiqəsi”sözləri “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmişşəxslərə münasibətdə əmək kitabçası” sözləriilə əvəz edilsin.
Maddə 4. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarınınqanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuşziyanın ödənilməsihaqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,1999, № 2, maddə 62 (Cild I); Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli1127-VIQD nömrəli Qanunu)8-ci maddəsinin ikinci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
- birinci cümləyə “haqqında” sözündən sonra “müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş şəxsin” sözləriəlavə edilsin;
- ikinci cümlədə “Şəxsin” sözü “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş şəxsin” sözləri ilə əvəz edilsin.
Maddə 5. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosialmüdafiəsi haqqında” AzərbaycanRespublikası Qanununun (AzərbaycanRespublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 393 (Cild I); 2024, № 4, maddə 365) 7-ci maddəsinin dördüncühissəsində aşağıdakı dəyişikliklər edilsin:
- birinci cümlədə “Məcburi köçkünlərin” sözləri “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda məcburi köçkünlərin” sözləri ilə əvəz edilsin;
- ikinci cümlədə “bu şəxslər” sözləri “məcburi köçkünlər” sözləri ilə əvəz edilsin.
Maddə 6. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəliQanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə
12 (Cild I); Azərbaycan Respublikasının 2024-cü il 21 may tarixli 1153-VIQD nömrəli Qanunu) ilə təsdiq edilmiş “Gömrükorqanlarında xidmət haqqındaƏsasnamə”nin 12-ci maddəsinin 3-cü bəndinə “əmək kitabçası” sözlərindən sonra “(olduğu halda)” sözləriəlavə edilsin.
Maddə 7. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001,№ 1, maddə 1 (Cild I); Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1127-VIQD nömrəli Qanunu) 17.8-ci maddəsində “əmək kitabçasında və şəxsi işində” sözləri “şəxsi işində və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində müəyyən edilmiş hallardaəmək kitabçasında” sözləriilə əvəz edilsin.
Maddə 8. Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQnömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 453 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 13-cü maddəsinin 3-cü bəndinə “əmək kitabçası” sözlərindən sonra “(olduğuhalda)” sözləri əlavə edilsin.
Maddə 9. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 738 (Cild I) 9.2.2-ci maddəsinin 1-ci hissəsində “müqaviləsi bildirişinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydiyyata alınması” sözləri “müqaviləsinin müvafiq icra hakimiyyəti orqanınınmüəyyən etdiyi orqanın(qurumun) mərkəzləşdirilmişelektron informasiya sistemində elektron sənəd formasında bağlanılması” sözləri ilə əvəz edilsin.
Maddə 10. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 8, maddə 1514 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
- aşağıdakı məzmunda 5.2.1-1-ci maddəəlavə edilsin:
“5.2.1-1.“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tərtib olunmuş fərdi məşğulluq proqramını təsdiq etmək, yerinə yetirmək və icrası barədə hesabat vermək;”;
- 13-cü maddə üzrə:
- 13.5-ci maddənin birinci cümləsinə“ilk dəfə” sözlərindənəvvəl “bir sığorta hadisəsi üzrə” sözləri, “müraciət edərək” sözlərindən sonra “həmin sığorta hadisəsinə görə” sözləri əlavə edilsin və həmin cümlədə“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş münasib işlə təmin olunmayan” sözləri “məşğul şəxs hesab edilməmiş” sözləri ilə əvəzedilsin;
- 13.8-ci maddədə “dəfə yenidən” sözləri “sığorta hadisəsi üzrə” sözləri ilə əvəz edilsin;
- 14-cü maddə üzrə:
- 14.3-cü maddəyə “əməkhaqqı barədə” sözlərindən sonra “(sığorta haqqı ödənilmiş)” sözləriəlavə edilsin;
- 14.4-cü maddədə “Qanunu ilə işsiz kimi qeydiyyata alındığı” sözləri “Qanununauyğun olaraq fərdi məşğulluq proqramını təsdiq etdiyi” sözləriilə əvəz edilsin;
- 17.7-ci maddənin birinci cümləsində “şəxsən” sözü “elektron formada” sözləri ilə əvəz edilsin.
Maddə 11. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1669 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
- 1-ci maddə üzrə:
- 1.1.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“1.1.3. fərdi məşğulluq proqramı – işsiz, habelə bu Qanuna əsasən aktiv məşğulluqtədbirlərinə cəlb edilən işaxtaran şəxsin işə düzəlməsinə və
əmək bazarına qaytarılmasına kömək məqsədilə məşğulluqimkanlarının qiymətləndirilməsi əsasındahazırlanan, aktiv məşğulluqtədbirlərinin konkret həcmini, növünü, ardıcıllığını və icra müddətini, habelə işsizlikdən sığorta ödənişinin verilməsini və iş axtarışını müəyyənedən elektron sənəd;”;
- 1.1.22-ci maddədə “yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər,” sözləri “1 və ya daha çox uşağını təkbaşına böyüdən, 5 və daha artıq uşağı olan, habelə” sözləriilə əvəz edilsin;
- 4-cü maddə üzrə:
- 4.1.8-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda4.1.9-cu maddə əlavəedilsin:
“4.1.9. xüsusi notariuslar, sərbəst mediatorlar və vəkillər.”;
- 4.4.2-ci maddədə “sahibkarlar,” sözündən sonra “4.1.9-cumaddəsində göstərilən sərbəst mediatorlar və vəkillər,” sözləriəlavə edilsin;
- 4.4.10-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 4.4.11-ci maddə əlavə edilsin:
“4.4.11. bu Qanunun4.1.9-cu maddəsində göstərilən xüsusi notariuslar barədə - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) “Elektron notariat” informasiya sisteminin məlumatları əsasında.”;
- 5-ci maddə üzrə:
- 5.2-ci və 5.4-cü maddələrə “işaxtaran” sözündən sonra “və ya işsiz” sözləri əlavə edilsin;
- 5.3-cü maddədə “İşaxtaran kimi qeydiyyata alınmaq üçün” sözləri “Bu Qanunun5.2-ci maddəsində nəzərdətutulmuş” sözləri ilə əvəz edilsin;
- 5.5-ci maddədə “işaxtaran kimi qeydiyyata alındığı gündən 5 (beş) iş günü ərzində ona münasib iş təklif olunmadığı və ya işəgötürən (işəgötürənlər) tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda,müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin şəxsin işsiz” sözləri “bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulmuş ərizə ilə müraciət etdiyi gün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin şəxsin işsiz kimiqeydiyyata alınmasını istisna edən hal müəyyən etmədikdə işsiz kimi, əks halda işaxtaran (bu Qanunun 5.8-ci maddəsində nəzərdətutulmuş hallar istisnaolmaqla)” sözləriilə əvəz edilsin;
- 5.9.4-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsinvə aşağıdakı məzmunda5.9.5-ci və 5.9.6-cımaddələr əlavə edilsin:
“5.9.5. bu Qanuna əsasən aktiv məşğulluq tədbirlərinə cəlb edilən işaxtaranlar fərdi məşğulluq proqramının tərtib edilməsindən imtina etdikdə və ya onu təsdiq etmədikdə;
5.9.6. bu Qanuna əsasən aktiv məşğulluq tədbirlərinə cəlb edilən işaxtaranlar fərdi məşğulluq proqramını icra etmədikdə və icrası barədəhesabatı bu Qanunun27.2-ci maddəsi ilə müəyyən edilmişmüddətdə təqdim etmədikdə.”;
- 5.10.4-cü maddə ləğv edilsin;
- 5.11.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakıməzmunda 5.11.7-ci və 5.11.8-ci maddələr əlavə edilsin:“5.11.7. fərdi məşğulluq proqramının tərtib edilməsindən imtina etdikdə və ya
onu təsdiq etmədikdə;
5.11.8. fərdiməşğulluq proqramını icra etmədikdə və icrası barədəhesabatı bu Qanunun 27.2-cimaddəsi ilə müəyyənedilmiş müddətdə təqdimetmədikdə.”;
- 6-cı maddə üzrə:
- 6.1-ci maddədə “İşaxtaran” sözü “Şəxs” sözü ilə əvəz edilsin;
- 6.2-ci maddədə“işaxtaranın” sözü “şəxsin”sözü ilə əvəz edilsin;
- 7.2-ci maddədə “Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsinə və bu Qanunun 7.1-ci maddəsinə” sözləri “Məcəlləsinə” sözü ilə, “məlumatlar” sözü “ştat vahidləri” sözləri ilə əvəz edilsin;
- 18-ci maddə üzrə:
- 18.2-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin: “Bu məlumat Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin
2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda kağız daşıyıcıda, digər hallarda isə elektron informasiya sistemivasitəsilə təqdim edilməlidir.”;
- 18.4-cü və 18.5-cimaddələr ləğv edilsin;
- 20-ci maddə üzrə:
- 20.1.2-ci maddəyə “qabiliyyətini itirdikdə” sözlərindən sonra “, həmin peşə (ixtisas) üzrə iş tapmaqmümkün olmadıqda və ya həminpeşə (ixtisas) üzrə bacarıqların artırılması zərurəti olduqda” sözləriəlavə edilsin;
- aşağıdakı məzmunda20.6-cı maddə əlavə edilsin:
“20.6. Bu Qanunlanəzərdə tutulmuş hallardapeşə hazırlığına cəlb olunmuş və müvafiq kurslarımüvəffəqiyyətlə bitirmiş şəxslərəbu barədə müvafiqicra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada sənəd təqdim olunur.”;
- 24-cü maddə üzrə:
- aşağıdakı məzmunda 24.1.1-1-ci maddə əlavə edilsin:
“24.1.1-1.təcrübəsinin, peşəsinin (ixtisasının), məşğulluq tarixçəsinin, maddi rifahının, habelə şəraitinin özünüməşğulluğa cəlb edilməyə uyğunluğunun müəyyən edilməsi məqsədiləilkin monitorinqin həyata keçirilməsi;”;
- 24.3-cü maddədə “1 (bir) il” sözləri “6 (altı) ay” sözləri ilə əvəz edilsin;
- 24.4-cümaddəyə “istifadəetmədikdə” sözlərindən sonra “, özgəninkiləşdirdikdə, digər şəxsin istifadəsinə verdikdə” sözləri əlavə edilsin;
- 25-ci maddə üzrə:
- 25.3-cü maddədə“2 (iki) ildən”sözləri “6 (altı)aydan” sözləri ilə, “3 (üç) aydan az və” sözləri “əmək müqaviləsinin müddətinin yarısı qədər, lakin” sözləri ilə əvəz edilsin;
- 25.5-ci maddə aşağıdakı redaksiyada verilsin:
“25.5. Sosial iş yerlərinin təşkili zamanı sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərəüstünlük verilir.”;
- 25.6-cı maddədə“10” rəqəmləri “30” rəqəmləri ilə əvəz edilsin;
- 27-ci maddə üzrə:
- 27.1-ci maddəyə “İşsiz” sözündən sonra “, bu Qanunun 20.2.2-ci, 21.1-ci və 24.1-ci maddələrinə uyğun olaraq aktiv məşğulluq tədbirlərinə cəlb edilən işaxtaran” sözləri və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Bu maddədə nəzərdə tutulmuş işsiz və işaxtaran kimi qeydiyyata alınan şəxs qeydiyyata alındığı tarixdən ən geci 14 gün ərzində fərdi məşğulluq proqramını təsdiq etməlidir.”;
- 27.2-ci maddədə “İşsiz” sözündənsonra “, habelə bu Qanuna əsasən aktiv məşğulluq tədbirlərinə cəlb edilən işaxtaran” sözləri əlavə edilsinvə “aktiv məşğulluqtədbirlərində” sözləri “tədbirlərdə” sözü ilə əvəz edilsin;
- 31.1-ci maddədə “sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə” sözləri “sisteminə” sözü ilə əvəz edilsin.
Maddə 12. Keçid müddəalar
- Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində müəyyən edilmişdövlət orqanlarında çalışan,eləcə də əmək müqavilələrinə 2014-cü il iyulun 1-dək xitam verilmiş işçilərin əmək stajı onların əmək kitabçası əsasındamüəyyən edilir.
- Bu Qanun qüvvəyə mindiyi tarixdən elektron informasiya sistemində məlumatları mövcud olan əmək kitabçaları işəgötürənlər tərəfindən işçilərə təhvil verilir.
- Bu Qanun qüvvəyə mindiyi günədək bağlanılmış əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun)müəyyən etdiyi mərhələlərə uyğun olaraq həyatakeçirilir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 iyun 2024-cü il