Qanunvericilik
Əsas səhifə / Qanunvericilik
Xəstəlik vərəqələrinin verilməsi qaydasına dəyişiklik edildi
  • 10601

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

Q Ə R A R

“Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədləri üçün ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədləri üçün ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli Qərarında (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 19 fevral tarixli 70 nömrəli və 1995-ci il 3 iyul tarixli 158 nömrəli qərarları; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1. Adı aşağıdakı redaksiyada verilsin:

“Sığortaolunanlar üçün xəstəlik vərəqələrinin elektron sənəd formasında tərtib edilməsi qaydası haqqında təlimat”ın təsdiq edilməsi barədə”.

2. 1-ci hissə aşağıdakı redaksiyada verilsin:

“1. “Sığortaolunanlar üçün xəstəlik vərəqələrinin elektron sənəd formasında tərtib edilməsi qaydası haqqında təlimat” təsdiq edilsin (əlavə olunur).”.

3. Aşağıdakı məzmunda 3-cü hissə əlavə edilsin:

“3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın tələbləri nəzərə alınmaqla, xəstəlik vərəqələrinin elektron sənəd formasında “Vahid Səhiyyə İnformasiya Sistemi” vasitəsilə Elektron Hökumət İnformasiya Sisteminə ötürülməsi üçün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə zəruri tədbirlər görsün.”.

4. Həmin Qərara 2 nömrəli əlavə - “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında təlimat” üzrə:

4.1. yuxarı sağ küncündən “2 nömrəli” sözləri çıxarılsın;

4.2. adı aşağıdakı redaksiyada verilsin:

“Sığortaolunanlar üçün xəstəlik vərəqələrinin elektron sənəd formasında tərtib edilməsi qaydası haqqında təlimat”;

4.3. I bölmənin adında “Əsas qaydalar” sözləri “Ümumi müddəalar” sözləri ilə əvəz edilsin;

4.4. 1-ci hissə aşağıdakı redaksiyada verilsin:

“1. Sığortaolunanların əmək qabiliyyətinin müvəqqəti itirilməsi xəstəlik vərəqəsi ilə təsdiq olunur.

Sığortaolunanlara əmək qabiliyyətinin müvəqqəti itirilməsi haqqında arayışın verilməsi bu təlimatda göstərilmiş xüsusi hallardan başqa, digər hallarda qadağan olunur.”;

4.5. 2-ci hissə üzrə:

4.5.1. birinci abzas aşağıdakı redaksiyada verilsin:

“Sığortaolunanlar üçün xəstəlik vərəqələri, onları tərtib etmək hüququna malik olan tibb müəssisələrinin həkimləri (bundan sonra - tibb müəssisələrinin həkimləri) tərəfindən elektron sənəd formasında tərtib edilir.”;

4.5.2. aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

“Xəstəlik vərəqələri sığortaolunanlar və sığortaedənlər tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin (bundan sonra - Nazirlik) “Vahid Səhiyyə İnformasiya Sistemi” (bundan sonra - VSİS) vasitəsilə elektron sənəd formasında, o cümlədən sığortaolunan tərəfindən tibb müəssisəsinə müraciət edildikdə VSİS-dən kağız daşıyıcıda çap olunmuş formada əldə edilir.”;

4.6. 3-cü hissə ləğv edilsin;

4.7. II bölmənin adı aşağıdakı redaksiyada verilsin:

“II. Xəstəliyə və ya xəsarətə görə xəstəlik vərəqələrinin tərtib edilməsi”;

4.8. 4-cü hissə üzrə:

4.8.1. birinci cümlədə “, məişət zədəsi və ya şikəstlik nəticəsində əmək qabiliyyətini” sözləri “və ya xəsarət nəticəsində sığortaolunan əmək qabiliyyətini müvəqqəti” sözləri ilə və “verilir” sözü “elektron sənəd formasında tərtib edilir” sözləri ilə əvəz edilsin, həmin

cümlədən “onları vermək hüququna malik olan” sözləri çıxarılsın;

4.8.2. ikinci cümlə çıxarılsın;

4.9. 5-ci hissə üzrə:

4.9.1. birinci abzas üzrə:

4.9.1.1. birinci cümlədə “verilir” sözü “elektron sənəd formasında tərtib edilir” sözləri ilə əvəz edilsin;

4.9.1.2. ikinci cümlədə “vərəqəsi verib” sözləri “vərəqəsini elektron sənəd formasında tərtib edərək” sözləri ilə əvəz edilsin;

4.9.2. ikinci abzasda “verilir” sözü “elektron sənəd formasında tərtib edilir” sözləri ilə əvəz edilsin;

4.10. 6-cı hissə üzrə:

4.10.1. birinci abzasda “, məişət zədəsi və şikəstlik üzrə məzuniyyətlə” sözləri “və ya xəsarət üzrə xəstəlik vərəqələri sığortaolunanın” sözləri ilə və “əlillik müəyyən edilən bütün müddət ərzində verilir” sözləri “ona əlillik müəyyən edilənədək bütün müddət üzrə tərtib edilir” sözləri ilə əvəz edilsin;

4.10.2. ikinci abzasda “verilir” sözü “tərtib edilir” sözləri ilə əvəz edilsin;

4.10.3. üçüncü abzasın birinci cümləsinə “həkim-məsləhət komissiyaları” sözlərindən sonra “(bundan sonra – HMK)” sözləri əlavə edilsin, ikinci cümləsində “Həkim-məsləhət komissiyaları” sözləri “HMK” akronimi ilə əvəz edilsin və həmin cümləyə “əmək qabiliyyətinin” sözlərindən sonra “müvəqqəti” sözü əlavə edilsin;

4.11. 7-ci hissədə “şikəstlik” sözü “xəsarət” sözü ilə və “vermək” sözü “tərtib etmək” sözləri ilə əvəz edilsin;

4.12. 8-ci hissənin birinci abzası aşağıdakı redaksiyada verilsin:

“Əmək qabiliyyətinin müvəqqəti itirilməsi başlandıqdan sonra xəstəlik vərəqəsinin 6 gündən çox artırılması üçün müalicə həkimi tərəfindən xəstəlik vərəqəsinin davamı olan xəstəlik vərəqəsi tərtib edilir. Həmin xəstəlik vərəqəsi bu təlimatın 11-ci hissəsi nəzərə alınmaqla yalnız HMK-nin sədrinin, tibb müəssisəsində HMK olmadıqda isə baş həkimin və ya bu hissənin Qeydində göstərilən hallarda şöbə müdirinin gücləndirilmiş elektron imzası ilə təsdiq edilir.”;

4.13. 9-cu hissənin ikinci abzası aşağıdakı redaksiyada verilsin:

“Vərəm xəstəliyi və ya peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunan üçün HMK tərəfindən tərtib edilmiş və HMK sədrinin gücləndirilmiş elektron imzası ilə təsdiq edilmiş 2 aydan artıq olmayan müddətə xəstəlik vərəqəsi verilə bilər.

Tibb müəssisəsində HMK olmadıqda, həmin xəstəliklər üzrə sığortaolunanlar üçün 2 aydan artıq olmayan müddətə xəstəlik vərəqəsi müalicə həkimi tərəfindən tərtib edilir və baş həkimin gücləndirilmiş elektron imzası ilə təsdiq edilir. Xəstənin vəziyyətinin iş yerində onun əmək funksiyalarının yerinə yetirilməsinə imkan vermədiyi və müalicənin gedişinə maneçilik törədilmədiyi halda həmin xəstəlik vərəqəsinə sığortaolunanın müvəqqəti olaraq başqa işə keçirilməsinin mümkünlüyünə dair qeyd əlavə olunur. İşçini bu abzasda göstərilməyən digər xəstəliklərlə əlaqədar olaraq başqa işə keçirmək lazım gəldikdə xəstəlik vərəqəsi deyil HMK-nin rəyi verilir.”;

4.14. 10-cu hissədə “Sığorta haqları ödəyən, əmək qabiliyyətli şəxslər” sözləri “Sığortaolunanlar” sözləri ilə əvəz edilsin;

4.15. 11-ci hissə üzrə:

4.15.1. birinci abzas üzrə:

4.15.1.1. birinci cümləyə “Əmək qabiliyyətini” sözlərindən sonra “müvəqqəti” sözü əlavə edilsin, həmin cümlədə “sığorta haqları ödəyən şəxs” sözləri “sığortaolunan” sözü ilə, “zədələnmələri” sözü “qəzası” sözü ilə və “verir” sözü “tərtib edir” sözləri ilə əvəz edilsin;

4.15.1.2. ikinci cümlədə “həkimləri, eləcə də həkim-məsləhət komissiyası tərəfindən” sözləri “həkimlərinin, o cümlədən HMK-nin rəyi ilə” sözləri ilə əvəz edilsin;

4.15.1.3. üçüncü cümlə aşağıdakı redaksiyada verilsin:

“Tibb məntəqəsində həkim olmadıqda, yalnız tibb bacısı və ya feldşer olduqda onlar xəstəlik vərəqəsi tərtib etmir, ilkin tibbi yardım göstərərək əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanı dərhal qəbul olunmaq üçün poliklinikaya və ya ambulatoriyaya göndərirlər.”;

4.15.2. ikinci abzasda “sığorta haqları ödəyən şəxsə” sözləri “sığortaolunan üçün” sözləri ilə və “verilmir” sözü “tərtib edilmir” sözləri ilə əvəz edilsin;

4.16. 12-ci hissə üzrə:

4.16.1. birinci abzas üzrə:

4.16.1.1. birinci cümlədə “əmək qabiliyyətini itirmiş” sözləri “müraciət etmiş” sözləri ilə, “ilk” sözü “ilkin” sözü ilə və “ertəsi günü” sözləri “növbəti gün” sözləri ilə əvəz edilsin;

4.16.1.2. üçüncü cümlədə “şikəstliyin” sözü “xəsarətin” sözü ilə əvəz edilsin;

4.16.2. ikinci abzas üzrə:

4.16.2.1. birinci cümlədə “sığorta edilmiş şəxsin” sözləri “sığortaolunanın” sözü ilə, “verir” sözü “tərtib edir” sözləri ilə əvəz edilsin və həmin cümləyə “əmək qabiliyyətini” sözlərindən sonra “müvəqqəti” sözü əlavə edilsin;

4.16.2.2. ikinci cümlədə “etiraf” sözü “hesab” sözü ilə və “verir” sözü “tərtib edir” sözləri ilə əvəz edilsin;

4.17. 13-cü hissə üzrə:

4.17.1. birinci abzasda “vaxt” sözü “günlər” sözü ilə və “, şöbə müdiri ilə birlikdə xəstəlik vərəqəsi verir” sözləri “və şöbə müdiri tərəfindən xəstəlik vərəqəsi tərtib edilərək şöbə müdirinin gücləndirilmiş elektron imzası ilə təsdiq edilir” sözləri ilə əvəz edilsin;

4.17.2. ikinci abzasda “yazılmaq” sözü “buraxılmaq” sözü ilə, “onun qovluğunu tibbi-sosial ekspert komissiyasına göndərmək məsuliyyəti” sözləri “əlilliyin qiymətləndirilməsi üçün tibbi-sosial ekspert komissiyasına göndəriş verilməsi məsələsinə baxılması üçün HMK-yə təqdim edilməsi vəzifəsi” sözləri ilə əvəz edilsin;

4.17.3. üçüncü abzas çıxarılsın;

4.18. 14-cü hissədə “yazılarkən sığorta haqqı ödəyən əmək qabiliyyətini itirən şəxsin” sözləri “buraxılarkən əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanın” sözləri ilə və “tərəfindən şöbə müdiri ilə birlikdə,” sözləri “və şöbə müdiri tərəfindən” sözləri ilə əvəz edilsin;

4.19. 15-ci hissə üzrə:

4.19.1. birinci cümlədə “vərəqəsi vermək” sözləri “vərəqəsini tərtib etmək” sözləri ilə əvəz edilsin;

4.19.2. ikinci cümlədə “həkim-məsləhət komissiyasına” sözləri “HMK-yə” sözləri ilə əvəz edilsin;

4.19.3. üçüncü cümləyə “xəstəxanaya” sözündən əvvəl “onlar” sözü əlavə edilsin və “axıra” sözü “xəstəliyin sonuncu gününə” sözləri ilə əvəz edilsin;

4.20. 16-cı hissənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Ölkə daxilində başqa şəhərdə (yerlərdə) müalicə olunmaq üçün xəstəlik vərəqəsi HMK-nin sədri və üzvləri tərəfindən (HMK olmadıqda isə müalicə həkimi və baş həkim tərəfindən) elektron sənəd formasında tərtib edilib, həmin xəstəlik vərəqəsi ərazi üzrə dövlət tibb müəssisəsinin rəhbərinin gücləndirilmiş elektron imzası ilə təsdiq edilməlidir.”;

4.21. 17-ci hissə üzrə:

4.21.1. birinci abzasın birinci cümləsində “Sığorta haqqı ödəyən uzun müddət və tez-tez xəstələnən şəxslərə” sözləri “Uzun müddət və tez-tez xəstələnən sığortaolunana” sözləri ilə, həmin abzasın ikinci cümləsində “Sığorta edilmiş şəxsə” sözləri “Sığrtaolunana” sözü ilə və “verilmiş” sözü “dair tərtib edilmiş” sözləri ilə əvəz edilsin;

4.21.2. ikinci abzasda “Sığorta haqqı ödəyən şəxsin” sözləri “Sığortaolunanın” sözü ilə əvəz edilsin;

4.21.3. üçüncü abzasda “birlikdə verilir” sözləri “tərtib edilir və ona təhkim olunmuş həkimin gücləndirilmiş elektron imzası ilə təsdiq

edilir” sözləri ilə əvəz edilsin;

4.22. III bölmənin adı aşağıdakı redaksiyada verilsin:

“III. Hamiləliyə və doğuşa görə xəstəlik vərəqələrinin tərtib edilməsi”;

4.23. 18-ci hissə üzrə:

4.23.1. birinci abzas üzrə:

4.23.1.1. birinci cümlədə “doğum zamanı” sözləri “doğuşa görə” sözləri ilə, “qadınlara” sözü “qadınlar üçün” sözləri ilə və “verilir” sözü “elektron sənəd formasında tərtib edilir” sözləri ilə əvəz edilsin;

4.23.1.2. ikinci cümlədə “verilir” sözü “elektron sənəd formasında tərtib edilir” sözləri ilə əvəz edilsin;

4.23.2. ikinci abzas üzrə:

4.23.2.1. birinci cümlədə “doğuma” sözü “doğuşa” sözü ilə və “verilir” sözü “elektron sənəd formasında tərtib edilir” sözləri ilə əvəz edilsin;

4.23.2.2. ikinci cümlədə “verilir” sözü “elektron sənəd formasında tərtib edilir” sözləri ilə əvəz edilsin;

4.23.3. üçüncü abzasda “Səhiyyə Nazirliyi” sözləri “Nazirlik” sözü ilə və “verilir” sözü “elektron sənəd formasında tərtib edilir” sözləri ilə əvəz edilsin;

4.23.4. dördüncü abzas üzrə:

4.23.4.1. birinci cümlədən “tərəfindən” sözü çıxarılsın, “doğum” sözü “tərəfindən doğuş” sözləri ilə və “verilir” sözü “elektron sənəd formasında tərtib edilir” sözləri ilə əvəz edilsin;

4.23.4.2. ikinci cümləyə “xəstəlik vərəqəsi” sözlərindən sonra “müalicə həkimi tərəfindən elektron sənəd formasında tərtib edilməklə” sözləri əlavə edilsin və həmin cümlədə “təsdiqi ilə müalicə həkimi tərəfindən verilir” sözləri “gücləndirilmiş elektron imzası ilə təsdiq edilir” sözləri ilə əvəz edilsin;

4.23.4.3. üçüncü cümlədə ismin müvafiq hallarında “doğum” sözü ismin müvafiq hallarında “doğuş” sözü ilə və “verilir” sözü “elektron sənəd formasında tərtib edilir” sözləri ilə əvəz edilsin;

4.23.4.4. dördüncü cümlədə “uşağa qulluq üçün haqqı ödənilən məzuniyyət” sözləri “qismən ödənişli sosial məzuniyyət” sözləri ilə, “hamiləlik və doğum üzrə” sözləri “hamiləliyə və doğuşa görə” sözləri ilə və “verilir” sözü “elektron sənəd formasında tərtib edilir” sözləri ilə əvəz edilsin;

4.23.5. beşinci abzasda “verilir” sözü “elektron sənəd formasında tərtib edilir” sözləri ilə əvəz edilsin;

4.24. 19-cu hissədə “verilir” sözü “elektron sənəd formasında tərtib edilir” sözləri ilə əvəz edilsin;

4.25. IV bölmənin adında “verilən məzuniyyətlər” sözləri “xəstəlik vərəqələrinin tərtib edilməsi” sözləri ilə əvəz edilsin;

4.26. 20-ci hissə üzrə:

4.26.1. birinci abzasda “verilir” sözü “elektron sənəd formasında tərtib edilir” sözləri ilə əvəz edilsin;

4.26.2. ikinci abzasda “verir” sözü “elektron sənəd formasında tərtib edir” sözləri ilə əvəz edilsin;

4.27. 21-ci hissə üzrə:

4.27.1. birinci abzasda “verilir” sözü “tərtib edilir” sözləri ilə əvəz edilsin;

4.27.2. ikinci abzasın birinci cümləsində “verilən” sözü “tərtib edilən” sözləri ilə və həmin abzasın ikinci cümləsində “tərəfindən baş həkimlə birlikdə,” sözləri “və baş həkim tərəfindən” sözləri ilə əvəz edilsin;

4.28. 22-ci hissə üzrə:

4.28.1. birinci abzas üzrə:

4.28.1.1. birinci cümlədə “anasına (atasına) və uşağa qulluq edən digər şəxsə verilir” sözləri “anası (atası), digər qanuni nümayəndələri və ya uşağa qulluq edən digər ailə üzvləri üçün tərtib edilir” sözləri ilə əvəz edilsin;

4.28.1.2. ikinci cümlədə “verilir” sözü “tərtib edilir” sözləri ilə əvəz edilsin;

4.28.2. ikinci abzasda “qaydada verilir;” sözləri “müddət üçün tərtib edilir:” sözləri ilə əvəz edilsin;

4.29. 23-cü hissədə “verilmir” sözü “tərtib edilmir” sözləri ilə və həmin hissənin b) bəndində “göstərişinə” sözü “göstərişə” sözü ilə əvəz edilsin;

4.30. V bölmənin adında “məzuniyyətlər” sözü “xəstəlik vərəqələrinin tərtib edilməsi” sözləri ilə əvəz edilsin;

4.31. 24-cü hissə üzrə:

4.31.1. birinci abzasın birinci cümləsində “məzuniyyət, sığorta edilmiş şəxsin növbəti və əlavə” sözləri “xəstəlik vərəqələri sığortaolunanın əsas və əlavə” sözləri ilə, “verilir” sözü “elektron sənəd formasında tərtib edilir” sözləri ilə, həmin abzasın ikinci cümləsində “Növbəti və əlavə məzuniyyət,” sözləri “Əsas və əlavə məzuniyyət günləri” sözləri ilə və “verilir” sözü “elektron sənəd formasında tərtib edilir” sözləri ilə əvəz edilsin;

4.31.2. ikinci abzasda “verilir” sözü “elektron sənəd formasında tərtib edilir” sözləri ilə əvəz edilsin;

4.31.3. üçüncü abzasda “məzuniyyət” sözü “əmək məzuniyyəti” sözləri ilə, “verilərkən, lazım olan məzuniyyətlərin” sözləri “elektron sənəd formasında tərtib edilərkən əmək məzuniyyətinin” sözləri ilə əvəz edilsin;

4.31.4. dördüncü abzasın birinci cümləsində birinci və üçüncü hallarda ismin müvafiq hallarında “məzuniyyət” sözü ismin müvafiq hallarında “əmək məzuniyyəti” sözləri ilə, həmin cümlədə “növbəti” sözü “əsas” sözü ilə, ikinci cümləsində “verilir” sözü “elektron sənəd formasında tərtib edilir” sözləri ilə əvəz edilsin;

4.32. 25-ci hissə üzrə:

4.32.1. birinci abzasda “müstəsna edilməklə” sözləri “istisna olmaqla” sözləri ilə, “həkim-məsləhət komissiyası” sözləri “HMK” akronimi ilə, “belə komissiya” sözləri “HMK” akronimi ilə, “tərəfindən baş həkimlə birlikdə,” sözləri “və baş həkim tərəfindən” sözləri ilə və “verilir” sözü “elektron sənəd formasında tərtib edilir” sözləri ilə əvəz edilsin;

4.32.2. ikinci abzasda “vərəqəsi almaq” sözləri “vərəqəsinin tərtib olunması” sözləri ilə əvəz edilsin, “etdikdə” sözündən sonra “sığortaolunan tərəfindən” sözləri əlavə edilsin və həmin abzasın 

b) bəndində “növbəti və əlavə məzuniyyətlərin” sözləri “əsas və əlavə məzuniyyət” sözləri ilə əvəz edilsin;

4.32.3. üçüncü abzasda “verilərək,” sözü “tərtib edilərək” sözləri ilə əvəz edilsin;

4.33. 26-cı hissə üzrə:

4.33.1. birinci abzasda “verilir” sözü “elektron sənəd formasında tərtib edilir” sözləri ilə əvəz edilsin;

4.33.2. ikinci abzasda “xəstəlik vərəqələri alan şəxslər,” sözləri “xəstəlik vərəqələrinin tərtib edilməsi üçün müraciət edən sığortaolunanlar” sözləri ilə, “növbəti və əlavə məzuniyyətlərin” sözləri “əsas və əlavə məzuniyyət” sözləri ilə əvəz edilsin;

4.34. 27-ci hissə üzrə:

4.34.1. birinci abzasda “əmək qabliyyətini” sözləri “əmək qabiliyyətini müvəqqəti” sözləri ilə və “yazılması” sözü “buraxılması” sözü ilə əvəz edilsin;

4.34.2. ikinci abzas üzrə:

4.34.2.1. a) bəndində “verilir” sözü “elektron sənəd formasında tərtib edilir” sözləri ilə əvəz edilsin;

4.34.2.2. b) bəndində “həkim-məsləhət komissiyası” sözləri

“HMK” akronimi ilə, “belə komissiya” sözləri “HMK” akronimi ilə və “verilir” sözü “elektron sənəd formasında tərtib edilir” sözləri ilə əvəz edilsin;

4.35. 28-ci hissə üzrə:

4.35.1. birinci abzas aşağıdakı redaksiyada verilsin:

“Sanatoriyada başlayan, əmək məzuniyyəti günlərinə təsadüf edən əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında xəstəlik vərəqəsi bu təlimatın 27-ci hissəsində qeyd olunan komissiyalar tərəfindən, sığortaolunan sanatoriyadan buraxıldığı zaman elektron sənəd formasında tərtib edilir.”;

4.35.2. ikinci abzasda “İşçiyə növbəti və əlavə məzuniyyətinə” sözləri “İşçinin əmək məzuniyyəti günlərinə” sözləri ilə, “verilmiş” sözü “tərtib edilmiş” sözləri ilə, “çıxmaq şərtilə verilir” sözləri “çıxılmaqla tərtib edilir” sözləri ilə əvəz edilsin və həmin abzasa “əmək qabiliyyətinin” sözlərindən sonra “müvəqqəti” sözü əlavə edilsin;

4.35.3. üçüncü abzasda “verilmir” sözü “tərtib edilmir” sözləri ilə əvəz edilsin;

4.36. VI bölmənin adında “qeydiyyatı, saxlanılması və verilməsinə” sözləri “tərtib edilməsinə” sözləri ilə əvəz edilsin;

4.37. 29-cu hissə ləğv edilsin;

4.38. aşağıdakı məzmunda 29-1-ci hissə əlavə edilsin:

“29-1. Xəstəlik vərəqələri sığortaolunanların müraciəti əsasında tibb müəssisələri tərəfindən elektron sənəd formasında tərtib edilir. Xəstəlik vərəqələri əmək qabiliyyətini müvəqqəti itirmiş şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (FİN), sosial sığorta nömrəsi (SSN) (əgər vardırsa), əmək qabiliyyətinin müvəqqəti

itirilmə növü (xəstəlik, istehsalatda və ya məişətdə baş vermiş bədbəxt hadisə, karantin, xəstəyə qulluq, sanatoriya-kurort müalicəsi və ya hamiləlik və doğuş), doğuşla əlaqədar olduqda doğuş tarixi, xəstəyə qulluqla əlaqədar olduqda həmin xəstənin soyadı, adı, atasının adı, FİN-i, qohumluq dərəcəsi, diaqnozu, karantinlə əlaqədar olduqda karantinə səbəb olan xəstəliyin adı, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və xəstəlik vərəqələrinin tərtib edilməsinə əsas verən digər hallar, xəstəlik vərəqəsinin başlama və bitmə tarixləri, onu verən tibb müəssisəsinin adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), xəstəlik vərəqəsinin uzadılma tarixi, davamı olması barədə qeyd, iş yeri, rejim, rejim pozuntusuna dair qeyd, sanatoriyakurort müalicəsi ilə əlaqədar olduqda yollayışın başlandığı və bitdiyi vaxt, müvəqqəti olaraq başqa işə keçirilmə barədə qeyd, olduğu halda əlilliyin qiymətləndirilməsinin nəticələrinə dair məlumatlar əlavə edilməklə səlahiyyətli həkimlər tərəfindən elektron sənəd formasında tərtib edilir.

Xəstəlik vərəqəsi tərtib edilərək VSİS-yə daxil edildikdən və gücləndirilmiş elektron imza ilə təsdiq edildikdən sonra sığortaolunanın əks-əlaqə vasitələrindən birinə bu barədə məlumat göndərilir və ya sığortaolunanın tələbi əsasında kağız daşıyıcıda çap olunaraq ona təqdim edilir.”;

4.39. 30-cu hissə üzrə:

4.39.1. birinci abzasda “verilir” sözü “elektron sənəd formasında tərtib edilir” sözləri ilə əvəz edilsin;

4.39.2. ikinci abzasda “verilmir” sözü “tərtib edilmir” sözləri ilə əvəz edilsin;

4.39.3. üçüncü abzasda “müvəqqəti əmək qabliyyətini” sözləri “əmək qabiliyyətini müvəqqəti” sözləri ilə, “doğuma” sözü “doğuşa” sözü ilə və “verilə” sözü “tərtib edilə” sözləri ilə əvəz edilsin;

4.39.4. dördüncü abzas çıxarılsın;

4.40. 31-ci hissədə “Sığorta haqqı ödəyən şəxslərin” sözləri “Sığortaolunanların” sözü ilə və “təsdiqi ilə verilir” sözləri “gücləndirilmiş elektron imzası ilə təsdiqlənərək tərtib edilir” sözləri ilə əvəz edilsin, həmin hissədən “olaraq” sözü çıxarılsın;

4.41. 32-ci hissədə “ilk xəstəlik vərəqəsi alan xəstələrin” sözləri “xəstələr üçün tərtib edilmiş” sözləri ilə əvəz edilsin;

4.42. 33-cü hissəyə “əmək qabiliyyətinin” sözlərindən sonra “müvəqqəti” sözü əlavə edilsin və həmin hissədə “verilir” sözü “elektron sənəd formasında tərtib edilir” sözləri ilə əvəz edilsin;

4.43. 34-cü hissə üzrə:

4.43.1. birinci cümləyə “Əmək qabiliyyətinin” sözlərindən sonra “müvəqqəti” sözü əlavə edilsin, “vaxtdan” sözü “vaxt” sözü ilə, “sığorta edilmiş şəxsə” sözləri “sığortaolunana” sözü ilə və “verir” sözü “elektron sənəd formasında tərtib edir” sözləri ilə əvəz edilsin;

4.43.2. ikinci cümlədə “Birinci xəstəlik” sözləri “Xəstəlik” sözü ilə və “verməsi” sözü “tərtib etməsi” sözləri ilə əvəz edilsin;

4.44. 35-ci hissədə “Sığorta haqqı ödəyənlərə” sözləri “Sığortaolunanlara” sözü ilə əvəz edilsin və həmin hissəyə “tərəfindən” sözündən sonra “bu təlimatla müəyyən edilmiş qaydada elektron sənəd formasında tərtib edilən” sözləri əlavə edilsin;

4.45. aşağıdakı məzmunda 35-1-ci və 35-2-ci hissələr əlavə edilsin:

“35-1. Nazirlik əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı xəstəlik vərəqələrinin elektron sənəd formasında tərtib edilməklə VSİS-yə daxil edilməsini və gücləndirilmiş elektron imza ilə təsdiq olunmasını təmin edir.

35-2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq xəstəlik vərəqəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləliyə və doğuşa görə müavinətin ödənilməsindən sonra həmin xəstəlik vərəqəsinə düzəliş edilməsi yolverilməzdir. Sığortaolunanın tibb müəssisəsinə müraciət etdiyi gündən əvvəlki tarixə xəstəlik vərəqəsinin tərtib edilməsi qadağandır.”;

4.46. VII bölmənin adından “qeyri-müəyyən formalı” sözləri çıxarılsın və həmin bölmə üzrə:

4.46.1. 36-cı hissə üzrə:

4.46.1.1. birinci abzasdan “qeyri-müəyyən formalı” sözləri çıxarılsın;

4.46.1.2. üçüncü abzasda “zəhmətkeşlər” sözü “işçilər” sözü ilə əvəz edilsin;

4.46.1.3. beşinci abzasda “tibbi-məhkəmə” sözləri “məhkəmətibbi” sözləri ilə əvəz edilsin;

4.46.1.4. altıncı abzasda “xalq məhkəməsinin” sözləri “məhkəmənin” sözü ilə əvəz edilsin; 

4.46.1.5. səkkizinci abzasda “verildiyi” sözü “tərtib edildiyi” sözləri ilə əvəz edilsin;

4.46.1.6. doqquzuncu abzasdan “verilmə” sözü və “qeyrimüəyyən formada” sözləri çıxarılsın;

4.46.1.7. onuncu abzasda “verilməsini” sözü “tərtib edilməsini” sözləri ilə əvəz edilsin;

4.47. 37-ci hissə üzrə:

4.47.1. birinci abzas çıxarılsın;

4.47.2. ikinci abzas aşağıdakı redaksiyada verilsin:

“Əmək qabiliyyətinin ekspertizası üzrə işin təşkilinə, xəstəlik vərəqələrinin tərtib olunmasına və arayışların qeydiyyatının aparılmasına, onların verilməsinə və kağız daşıyıcıda saxlanılmasına nəzarət baş həkim tərəfindən həyata keçirilir.”;

4.48. 38-ci hissə üzrə:

4.48.1. birinci abzasda “Sığorta haqqı ödəyən şəxslərə” sözləri “Sığortaolunanlara” sözü ilə, “həkim-məsləhət komissiyası” sözləri “HMK” akronimi ilə və “bu cür komissiya” sözləri “HMK” akronimi ilə əvəz edilsin;

4.48.2. ikinci abzasdan “sığorta haqqı ödəyən” sözləri çıxarılsın və həmin abzasda “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi” sözləri “Nazirlik” sözü ilə əvəz edilsin.

5. Bu Qərar 2024-cü il mayın 1-dən qüvvəyə minir.



Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 4 aprel 2024-cü il

№ 199


Mənbə: https://nk.gov.az/az/senedler/qerarlar/xestelik-vereqelerinin-verilmesi-ve-mualice-saglam-7958 

Ümumi göstəricilər

Sənəd, Kitab və Sual gösətiriciləri

  • 500+Elektron sənəd
  • 100+Elektron kitab
  • 1000+Sual-Cavab