AZƏRBAYCAN RESPUBLİKASININNAZİRLƏR KABİNETİ
Q Ə R A R
“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaitihesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” AzərbaycanRespublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,1998, № 9, maddə 596 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
1. Adında və 1-ci hissədə “işçilərə” sözü “sığortaolunanlara”sözü ilə əvəz edilsin.
2. Həmin Qərarla təsdiq edilmiş “Məcburi dövlət sosial sığortasıüzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərəsığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması vəödənilməsi haqqında Əsasnamə” üzrə:
2.1. adında “işçilərə” sözü “sığortaolunanlara” sözü ilə əvəzedilsin;
2.2. mətn üzrə ismin müvafiq hallarında “işçi” sözü isminmüvafiq hallarında “sığortaolunan” sözü ilə əvəz edilsin;
2.3. mətn üzrə (4-cü hissənin birinci abzasının ikinci cümləsi vəikinci abzası, 43-cü hissənin birinci abzası, 120-ci hissənin birincicümləsi istisna olmaqla) ismin müvafiq hallarında “işçilər” sözü isminmüvafiq hallarında “sığortaolunanlar” sözü ilə əvəz edilsin;
2.4. mətn üzrə ismin müvafiq hallarında “yerli qurum” və “yerliqurumlar” sözləri (121-ci hissədə ikinci hal istisna olmaqla) isminmüvafiq hallarında “struktur bölmə” sözləri ilə əvəz edilsin;
2.5. 3-cü hissənin beşinci abzasında “işəgötürənlərdə” sözü“sığortaedənlərdə” sözü ilə əvəz edilsin;
2.6. 4-cü hissə üzrə:
2.6.1. birinci abzasın birinci cümləsində “vətəndaş” sözü “şəxs”sözü ilə, “işə götürəndən” sözləri “sığortaedəndən” sözü ilə əvəzedilsin;
2.6.2. ikinci abzas aşağıdakı redaksiyada verilsin:“Qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınmaqla kəşfiyyatvə əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularına vəişçilərinə, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin işçilərinə və“Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunolaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulandigər işçilərə və şəxslərə sosial sığorta ödəmələrinin hesablanması,təyin edilməsi və verilməsi həmin şəxslərin xidmət etdiyi (və yaişlədiyi) dövlət orqanları tərəfindən bu Əsasnamə ilə müəyyən edilmişqaydada həyata keçirilir.”;
2.7. 9-cu hissənin üçüncü abzasının dördüncü cümləsində,22-ci hissənin birinci və ikinci abzaslarında, 101-ci hissənin birincicümləsində ismin müvafiq hallarında “İşçi” sözü ismin müvafiqhallarında “Sığortaolunan” sözü ilə əvəz edilsin;
2.8. 16-cı hissənin birinci abzasından “məzuniyyət zamanı”sözləri çıxarılsın və həmin hissədə “qoymaq” sözü “yerləşdirmək”sözü ilə əvəz edilsin;
2.9. 25-ci hissə üzrə:
2.9.1. ikinci abzas aşağıdakı redaksiyada verilsin:“ - sığortaolunanın 6 aydan az sosial sığorta stajı olduqda;”;
2.9.2. yeddinci abzasın birinci cümləsinə “baş verdikdə,”sözlərindən sonra “bu Əsasnaməyə 6 nömrəli əlavəyə uyğun olaraqtərtib edilmiş arayış təqdim edildiyi hal istisna olmaqla” sözləri əlavəedilsin;
2.10. 28-ci hissənin üçüncü (hər iki halda), dördüncü abzaslarında və on dördüncü abzasının üçüncü cümləsində “12 tam təqvim”sözləri “12 təqvim” sözləri ilə əvəz edilsin;
2.11. 41-ci hissə aşağıdakı redaksiyada verilsin:“41. Sığortaolunan əsas iş yerindən əlavə başqa iş yerində(yerlərində) muzdlu işə aid olan fəaliyyətdən qazanc əldə edərsə, buzaman müavinət əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk14 təqvim günü üçün sığortaedənlər tərəfindən hər bir iş yerindəkiqazancı əsasında ayrı-ayrılıqda hesablanır və ödənilir. Qalan günlərüçün isə müavinət sığortaolunanın həm əsas, həm əlavə iş yeri(yerləri) üzrə ümumi qazancı əsasında hesablanır və məcburi dövlətsosial sığorta haqları hesabına ödənilir.Əsas iş yerindən əlavə muzdlu işə aid olmayan fəaliyyətdəngəlir əldə edən sığortaolunana müavinət sığortaedənin vəsaitihesabına ilk 14 təqvim günü üçün yalnız əsas iş yerindən əldə etdiyiqazancı, qalan günlər üçün isə müavinət bu Əsasnamənin 28-cihissəsi nəzərə alınmaqla sığortaolunanın bütün qazancı əsasındahesablanır və məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.”;
2.12. 43-cü hissənin birinci abzasında “peşə və ixtisas işçilərinə”sözləri “sığortaolunanlara” sözü ilə əvəz edilsin;
2.13. 62-ci hissənin on səkkizinci abzasında “uşaqlara” sözü“sığortaolunanlara” sözü ilə əvəz edilsin;
2.14. 70-ci hissənin ikinci abzası aşağıdakı redaksiyada verilsin:“İki aylığadək yaşında uşağı övladlığa götürən, yaxud övladlığagötürmədən böyüdən qadınlar doğuşdan sonra 56 günlük sosialməzuniyyət hüququndan istifadə etdikdə, onlara bu bölmə iləmüəyyən edilmiş qaydada müavinət verilir.”;
2.15. 73-cü hissənin birinci abzasına “birdəfəlik” sözündən əvvəl“uşağın anadan olmasına görə” sözləri, ikinci abzasına “müavinət”sözündən əvvəl “uşağın anadan olmasına görə birdəfəlik” sözləriəlavə edilsin;
2.16. 74-cü hissənin birinci cümləsinə “müavinət” sözündənəvvəl “birdəfəlik” sözü əlavə edilsin;
2.17. 75-ci hissənin birinci abzasına “birdəfəlik” sözündən əvvəl“uşağın anadan olmasına görə” sözləri əlavə edilsin və ikinci abzasınbirinci cümləsində “Uşaq doğumuna” sözləri “Uşağın anadanolmasına” sözləri ilə əvəz edilsin;
2.18. 76-cı hissədə “uşaq doğulmasına” sözləri “uşağın anadanolmasına” sözləri ilə əvəz edilsin;
2.19. 77-ci hissəyə “müavinət” sözündən əvvəl “uşağın anadanolmasına görə birdəfəlik” sözləri əlavə edilsin;
2.20. 96-cı hissədə “Müavinət” sözü “Bu Əsasnamədə nəzərdətutulan müavinətlər” sözləri ilə əvəz edilsin, “təyin edilir” sözlərindən 4əvvəl “bu hissənin ikinci cümləsi nəzərə alınmaqla” sözləri və həminhissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:“Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət əməkqabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 günü üçün həm əsas, həmdə əlavə iş yeri (yerləri) üzrə, 14 gündən sonrakı günlər üçün isə əsasiş yeri üzrə sığortaedənin müvafiq komissiyası tərəfindən təyin edilir.”;
2.21. 99-cu hissədən “və ya “DOST” mərkəzləri” sözləriçıxarılsın;
2.22. 101-ci hissənin birinci cümləsinə “xəstəlik vərəqələrini”sözlərindən sonra “əsas iş yeri üzrə” sözləri, “müəssisəninmüdiriyyətinə” sözlərindən sonra “, əlavə iş yeri (yerləri) olduğu haldaisə əsas iş yeri tərəfindən xəstəlik vərəqələrinin təsdiqlənmiş surətiniəlavə iş yerinin (yerlərinin) müdiriyyətinə” sözləri əlavə edilsin;
2.23. 112-ci hissənin birinci abzasında və 114-1-ci hissəninbeşinci abzasında “doğulmasına” sözü “anadan olmasına” sözləri iləəvəz edilsin;
2.24. 114-1-ci hissənin birinci abzasına aşağıdakı məzmundaikinci cümlə əlavə edilsin:“Müraciət həm əsas, həm əlavə iş yeri (yerləri) olan, habelə əsasiş yerindən əlavə muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edənsığortaolunanlar üzrə əsas iş yeri olan sığortaedən tərəfindən edilir.”;
2.25. 114-2-ci hissə üzrə:
2.25.1. dördüncü abzasda “uşağın doğulmasına” sözləri“2021-ci il yanvarın 1-dək anadan olmuş uşaqlara münasibətdəuşağın anadan olmasına” sözləri ilə əvəz edilsin;
2.25.2. yeddinci abzasın birinci cümləsində “keçirməlidirlər”sözü “keçirməlidir” sözü ilə əvəz edilsin;
2.25.3. səkkizinci abzasa “haqq-hesab” sözündən sonra“cədvəli” sözü əlavə edilsin;
2.25.4. aşağıdakı məzmunda doqquzuncu abzas əlavə edilsin:“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun10-cu maddəsinin ikinci hissəsinin üçüncü abzasına əsasən rüb üzrəhesabat təqdim edildiyi tarixdən növbəti rüb üzrə hesabat təqdimediləcəyi tarixədək əmək qabiliyyətinin müvəqqəti itirilməsinə vəhamiləliyə və doğuma görə müavinətlərin hesablanmasında nəzərəalınan aylar üzrə qazanc ilə bağlı bu Əsasnamənin 6 nömrəliəlavəsinə uyğun olaraq tərtib edilmiş arayış müavinət sənədlərinəəlavə edilməlidir. Həmin arayışda təqdim olunan məlumatlarla həminrüb üzrə sonradan təqdim olunan hesabat məlumatları arasında fərqaşkar olunduqda, müavinət üzrə artıq ödənilmiş məbləğ sığortaedən 5tərəfindən dövlət sosial müdafiə fondunun hesabına geri qaytarılır,əskik ödənilmə halında isə əskik ödənilmiş məbləğ Fondun strukturbölməsi tərəfindən bu Əsasnamə ilə müəyyən edilmiş qaydadasığortaolunana ödənilir.”;
2.26. 117-ci hissənin altıncı abzasında “uşaq doğumu üçün”sözləri “uşağın anadan olmasına görə” sözləri ilə əvəz edilsin;
2.27. 120-ci hissənin birinci cümləsində “məsul işçilərinin”sözləri “səlahiyyətli vəzifəli şəxslərinin” sözləri ilə əvəz edilsin;
2.28. 121-ci hissədə “Fondun yerli qurumlarına” sözləri “dövlətsosial müdafiə fondunun hesabına” sözləri ilə əvəz edilsin;
2.29. 123-cü hissənin birinci abzasında “uşaq doğumuna”sözləri “uşağın anadan olmasına görə” sözləri ilə əvəz edilsin;
2.30. 133-cü hissədə “sığortaolunanların” sözü “Sığortaolunanların və əmək pensiyaçılarının” sözləri ilə əvəz edilsin və həminhissəyə “hesabına” sözündən sonra “tam və ya qismən” sözləri əlavəedilsin;
2.31. 134-cü hissə ləğv edilsin;
2.32. 135-ci hissənin ikinci cümləsində “Fondun xəzinəhesabına” sözləri “dövlət sosial müdafiə fondunun hesabına” sözləriilə əvəz edilsin;
2.33. Əsasnamənin 1-5 nömrəli əlavələrində “işçilərə” sözü“sığortaolunanlara” sözü ilə, “yerli qurumlarına” sözləri “strukturbölməsinə” sözləri ilə, “ƏƏSMN-də uçot nömrəsi” sözləri “sığortaedənin uçot nömrəsi (SUN)” sözləri ilə əvəz edilsin.
Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri.
Bakı şəhəri, 14 mart 2024-cü il
№ 158
Mənbə : https://nk.gov.az/az/senedler/qerarlar/mecburi-dovlet-sosial-sigortasi-uzre-odemelerin-ve-7915