Qanunvericilik
Əsas səhifə / Qanunvericilik
Attestasiyaya dair sənədlər 10 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına təqdim olunmalıdır
  • 160

Qanun Layihə

 II oxunuş

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 64-cü maddəsinin 1-ci hissəsinə “keçirilməsini” sözündən sonra “və attestasiyanın aparılması nəticələrinə dair sənədlərin surətinin 10 iş günü müddətində məlumat üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim olunmasını” sözləri əlavə edilsin.


Azərbaycan Respublikasının Prezidenti

Mənbə: https://www.meclis.gov.az/news-layihe.php?id=2063&lang=az&par=0

Ümumi göstəricilər

Sənəd, Kitab və Sual gösətiriciləri

  • 500+Elektron sənəd
  • 100+Elektron kitab
  • 1000+Sual-Cavab