Əməyin mühafizəsinə dair xidmətlər üzrə təklif
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 207-ci maddəsinə əsasən: “Əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələbləri, əməyin mühafizəsi normaları, standartları, qaydaları əmək münasibətlərinin tərəfləri və digər fiziki və hüquqi şəxslər üçün məcburidir”.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 215-ci maddəsinə əsasən: “Müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər”.
Əməyin mühafizəsi üzrə aşağıdakı təklifi edirik:
- Müəssisədə əməyin mühafizəsi vəziyyətinin qiymətləndirilməsi;
- Müəssisənin fəaliyyətinə uyğun vəzifələr üzrə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə bütün növ təlimatların (Giriş,ilkin,elektrik, yanğın təhlükəsizliyi, PEHM-lə iş və s.) hazırlanması;
- Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun təlimat Jurnallarının tərtib edilməsi;
- Əməyin mühafizəsi üzrə Giriş təlimatının keçirilməsi (Office Safety, Fire Safety, Electrical Safety, First Aid);
- Yanğın təhlükəsizlik qaydalarının hazırlanması;
- Biliklərin yoxlanılması üçün testlərin hazırlanması;
- Əməyin mühafizəsi üzrə biliklərin yoxlanılmasının təşkil edilməsi üçün sənədləşmə (müvafiq protokollar, Əmrlər və s.);
- Təhlükələrin müəyyən olunması və Risklərin Qiymətləndirilməsi vərəqinin hazırlanmaslı (Risk Assessment Sheet);
- Risklərin azaldılması və qalıq risklərin idarə edilməsi (Risk Management)
- Əməyin mühafizəsinə dair illik tədbirlər planının hazırlanması;
- Cavabdeh şəxslərin əməyin mühafizəsinə dair vəzifə təlimatı;
- Xəbərdarlıq işarələri üzrə tələblərin hazırlanması;
- İşçilərin əməyin mühafizəsi qaydalarına uyğunluğuna nəzarət etmək;
- Fərdi mühafizə vasitələri (FMV) ilə təminatın müəyyən olunması;
- Müəssisənin 1 nəfər işçiyə təlimin keçirilməsi;
- Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən əməyin mühafizəsi tələblərinə dair digər təkliflər.
Xidmətin qiyməti müəssisənin fəaliyyət sahəsindən və işçilərin sayından asılı olaraq dəyişir.
Qeyd: İşəgötürən Əməyin muhafizəsi qaydalarının pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198-ci maddəsinə əsasən inzibati məsuliyyət daşıyır.
Daha ətraflı məlumat üçün: 012-555-14-41 / 055-220-08-22