İnsan Resursları
Əsas səhifə / İnsan Resursları
HRClub Masterclass 2026 keçirildi
  • 46

HRClub Masterclass 2026 keçirildi

HRClub tərəfindən təşkil olunan HRClub Masterclass 2026 tədbiri “AI for HR Professionals” mövzusuna həsr olunub.

Masterclass çərçivəsində müasir HR funksiyasında süni intellektin tətbiqi, HR proseslərinin avtomatlaşdırılması, işə qəbul, əməkdaş təcrübəsi, People Analytics, məzmun hazırlanması və gündəlik HR fəaliyyətində AI alətlərindən effektiv istifadə imkanları müzakirə edilib.

Tədbirdə iştirakçılar yalnız nəzəri yanaşmalarla deyil, eyni zamanda praktiki nümunələr və real HR situasiyaları üzərindən AI-dan necə istifadə etməyin yolları ilə tanış olublar.

Masterclassın əsas məqsədi HR peşəkarlarının süni intellektlə işləmək bacarıqlarını inkişaf etdirmək və onları gələcəyin AI-enabled HR yanaşmasına hazırlamaq olub.

HRClub olaraq inanırıq ki, süni intellekt HR peşəkarını əvəz edən deyil, onun daha strateji, data-driven və yüksək əlavə dəyər yaradan fəaliyyətə fokuslanmasına imkan verən bir vasitədir.

İştirak edən bütün HR peşəkarlarına təşəkkür edirik. HRClub Masterclass 2026 — öyrənmək, paylaşmaq və gələcəyin HR-ını birlikdə formalaşdırmaq üçün daha bir addım.

Ümumi göstəricilər

Sənəd, Kitab və Sual gösətiriciləri

  • 500+Elektron sənəd
  • 100+Elektron kitab
  • 1000+Sual-Cavab