İnsan Resursları
Əsas səhifə / İnsan Resursları
Daha çox rəhbər, daha çox bürokratiya, daha çox mərkəzləşmə
  • 246

Daha çox rəhbər, daha çox bürokratiya, daha çox mərkəzləşmə... Bəs bu, həqiqətən daha effektiv təşkilat deməkdirmi?

Uzun illər təşkilatların inkişaf modeli belə qəbul edilirdi: təşkilat böyüdükcə idarəetmə səviyyələri artırılmalı, qərarlar daha çox mərkəzləşdirilməli və proseslər daha sərt qaydalarla tənzimlənməlidir.

Lakin təşkilati davranış və idarəetmə sahəsində aparılan elmi tədqiqatlar göstərir ki, bu yanaşma yalnız müəyyən mərhələyə qədər effektivdir. Hədd aşdıqdan sonra isə əks təsir yaranır.

Araşdırmalar göstərir ki:

• İdarəetmə səviyyələrinin artması qərarvermə prosesini ləngidir.
• Bürokrtatik prosedurlar koordinasiya xərclərini artırır.
• Mərkəzləşdirilmiş qərarvermə əməkdaşların təşəbbüskarlığını və məsuliyyət hissini zəiflədir.
• Həddindən artıq nəzarət innovasiya və adaptasiya qabiliyyətini aşağı salır.

Herbert Simonun Bounded Rationality nəzəriyyəsi, Henry Mintzbergin təşkilati strukturlar üzrə araşdırmaları, Jay Galbraith-in təşkilat dizaynı modeli və Gary Hamel-in son illərdə irəli sürdüyü Humanocracy konsepsiyası eyni nəticəyə gəlir: təşkilatın effektivliyini idarəetmə qatlarının sayı deyil, qərarların keyfiyyəti, çevikliyi və insanların səlahiyyətləndirilməsi müəyyən edir.

Bu səbəbdən dünyanın aparıcı şirkətləri son illərdə klassik iyerarxik modeldən tədricən uzaqlaşaraq daha çevik idarəetmə yanaşmalarını tətbiq etməyə başlayırlar.

Bu transformasiyanın ən diqqətçəkən istiqamətlərindən biri isə Fluid Organization (Çevik Təşkilat) modelidir.

Bu modelin əsas prinsipləri bunlardır:

• Daha az idarəetmə qatı;
• Daha yüksək səlahiyyətvermə;
• Funksiyalararası əməkdaşlıq;
• Sürətli və məlumat əsaslı qərarvermə;
• Dəyişikliklərə operativ uyğunlaşma;
• Etimada əsaslanan liderlik.

Gələcəyin rəqabət üstünlüyü daha çox rəhbərə malik olmaqda deyil, insanların potensialını sərbəst şəkildə üzə çıxara bilən, sürətli öyrənən və dəyişikliklərə çevik reaksiya verən təşkilatlar qurmaqdadır.

Çünki gələcəyin güclü təşkilatları daha çox idarə olunan deyil, daha ağıllı əlaqələndirilən və daha çevik fəaliyyət göstərən təşkilatlar olacaq.

Ümumi göstəricilər

Sənəd, Kitab və Sual gösətiriciləri

  • 500+Elektron sənəd
  • 100+Elektron kitab
  • 1000+Sual-Cavab