İnsan Resursları
Əsas səhifə / İnsan Resursları
Strategic HR & People Management" proqramına qeydiyyat başladı
  • 217

İnsan resurslarının idarə edilməsi sahəsində bilik və bacarıqlarını strateji səviyyəyə yüksəltmək istəyən HR mütəxəssisləri üçün yeni inkişaf proqramı təqdim olunur. HRClub-un da tərəfdaşlıq dəstəyi ilə həyata keçirilən "Strategic HR & People Management" proqramına qeydiyyat artıq başlayıb.

Qeydiyyat linki: https://lnkd.in/dv5FWXNP

Əlaqə nömrəsi- 051 488 22 55

2 ay davam edəcək proqram iştirakçılara müasir HR yanaşmalarını, biznes yönümlü düşüncə tərzini və insan kapitalının idarə edilməsində strateji alətləri praktiki nümunələr əsasında öyrənmək imkanı yaradacaq.

Proqram çərçivəsində aşağıdakı əsas mövzular əhatə olunacaq:

  • HR Business Partnership
  • Talent Acquisition
  • Learning & Development
  • Compensation & Benefits
  • HR Philosophy & People Strategy

Təlimlər insan kapitalının inkişafı sahəsində təcrübəli ekspertlər Tural Dadaşov və Əhəd Quluzadə tərəfindən keçiriləcək. Proqram iştirakçılara nəzəri biliklə yanaşı, real biznes кейsləri və praktik tətbiqlər üzərində işləmək imkanı da təqdim edəcək.

Təlim 15 avqust – 15 oktyabr tarixlərində keçiriləcək və proqramı uğurla başa vuran iştirakçılara rəsmi sertifikat təqdim olunacaq.

HRClub-un da tərəfdaşlıq dəstəyi ilə reallaşan bu proqram HR sahəsində çalışan mütəxəssislərin peşəkar inkişafına, strateji düşüncə bacarıqlarının formalaşdırılmasına və təşkilatlarda insan kapitalının daha effektiv idarə edilməsinə töhfə verməyi hədəfləyir.

Qeyd edək ki, proqram HR mütəxəssisləri, HR Business Partner-lər, HR rəhbərləri, insan kapitalı sahəsində karyera qurmaq istəyən şəxslər və komanda rəhbərləri üçün nəzərdə tutulub. Məhdud sayda iştirakçı qəbul ediləcəyindən erkən qeydiyyat tövsiyə olunur.


Ümumi göstəricilər

Sənəd, Kitab və Sual gösətiriciləri

  • 500+Elektron sənəd
  • 100+Elektron kitab
  • 1000+Sual-Cavab