Ümumi
Diderot effekti
  • 60

1769-cu ildə fransız filosof Denis Diderot maraqlı bir şey yaşadı.

Ona yeni, çox gözəl bir qırmızı xalat hədiyyə edildi.

Əvvəlcə çox xoşuna gəldi.


Amma sonra yeni xalat otağındakı digər əşyaların yanında qəribə görünməyə başladı. Köhnə kreslo, masa, xalça və digər əşyalar artıq yeni xalatın yaratdığı görüntüyə uyğun gəlmirdi.

Və Diderot tədricən otağındakı digər əşyaları da dəyişməyə başladı.


Yəni bir xalat başqa dəyişikliklərə səbəb oldu.

Sonradan bu fenomen “Diderot Effect” adlandırıldı: yeni bir şey əldə etdikdə, mövcud elementlərlə uyğunsuzluq hiss edib onları da yeniləmək və “bütövlüyü” bərpa etmək istəyi.

Məsələn, yeni göy rəngli bir saat alırsan. ⌚

Sonra görürsən ki, kəmər uyğun deyil.


Yeni kəmər alırsan.

Ayaqqabı artıq yaxşı görünmür.

Ayaqqabı dəyişir.

Sonra şalvar...

Və sən əslində sadəcə bir saat almaq istəyirdin.


Maraqlısı odur ki, eyni məntiq təşkilatlarda da görünə bilər.

Yeni bir benefit tətbiq edirsən → digər benefitlərlə bağlı gözləntilər yaranır.

Yeni bir struktur qurursan → reporting xətləri dəyişir.

Yeni bir rol yaradırsan → məsuliyyətlər yenidən bölünür.

Bir element dəyişir və sistemin digər hissələri də ona uyğunlaşmağa başlayır.

Bəlkə də liderlikdə maraqlı sual budur:

“Bu qərarı verəkmi?”

ilə yanaşı,

“Bu qərarı versək, daha nələri dəyişməli olacağıq?”

Çünki bəzən bir qərarın ən böyük təsiri onun özündə deyil, ardınca gətirdiyi qərarlardadır.


Ümumi göstəricilər

Sənəd, Kitab və Sual gösətiriciləri

  • 500+Elektron sənəd
  • 100+Elektron kitab
  • 1000+Sual-Cavab