Ümumi
Əmək Məcəlləsi Test Bankı – 2026 kitabı təqdim olundu.
  • 137

Əmək münasibətləri üzrə baş mütəxəssis kimi fəaliyyət göstərən Pərviz Hüseynovun “Əmək Məcəlləsi Test Bankı – 2026” adlı yeni kitabı işıq üzü görüb. HR sahəsində çalışanlar, bu istiqamətdə hazırlaşan namizədlər və əmək qanunvericiliyini dərindən öyrənmək istəyən şəxslər üçün nəzərdə tutulan kitab praktiki vəsait kimi diqqət çəkir.

Nəşrdə Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə 1300-dən artıq test tapşırığı yer alır. Testlər əmək münasibətlərində ən çox rast gəlinən praktiki halları əhatə etməklə yanaşı, oxucuların biliklərini möhkəmləndirmək məqsədi daşıyır.

Kitabın əsas üstünlüklərindən biri test suallarının QR kod vasitəsilə izahlarının təqdim edilməsidir. Oxucular QR kodu skan etməklə sualların geniş izahını əldə edə və mövzunu daha dərindən mənimsəyə bilirlər. Bu yanaşma kitabı həm öyrənmə, həm də özünü yoxlama baxımından daha effektiv edir.

Bundan əlavə, nəşrdə Əmək Məcəlləsinə 2026-cı ildə edilən dəyişikliklərə uyğun hazırlanmış yeni test sualları da yer alıb. Bu isə kitabı aktual və müasir qanunvericiliyə uyğun praktiki vəsaitə çevirir.

Qeyd edək ki, bu nəşr müəllifin uzunmüddətli fəaliyyətinin davamıdır. Pərviz Hüseynov 2022-ci ildən etibarən “Əmək Məcəlləsi Test Bankı”nı çap etdirir. Bu müddət ərzində kitab oxucular tərəfindən böyük maraqla qarşılanıb və ümumilikdə 10 mindən çox nüsxə satılıb. Yeni təqdim olunan “Əmək Məcəlləsi Test Bankı – 2026” isə nəşrin 5-ci buraxılışıdır.

Müəllifin sözlərinə görə, kitabın hazırlanmasında real iş təcrübəsi, HR mütəxəssislərinin qarşılaşdığı çətinliklər və imtahanlara hazırlıq ehtiyacları nəzərə alınıb. Nəşr həm yeni başlayanlar, həm də təcrübəli insan resursları mütəxəssisləri üçün faydalı resurs hesab olunur.


Sifariş üçün: +994 50 536 17 46


Ümumi göstəricilər

Sənəd, Kitab və Sual gösətiriciləri

  • 500+Elektron sənəd
  • 100+Elektron kitab
  • 1000+Sual-Cavab