Ümumi
Dövlət müavinətləri
  • 1978

Dövlət müavinətləri 

Hamiləlik və doğuma görə müavinət

Hamiləlik dövründə və doğumdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğum çətin olduqda, iki vəya daha çox uşaq doğulduqda, doğumdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.

Kənd təsərrüfatı istehsalatının taxılçılıq, pambıqçılıq, üzümçülük, tütünçülük, çayçılıq, tərəvəzçilik, bostançılıq, meyvəçilik, kartofçuluq, yemçilik, tingçilik, bağçılıq, südçülük, donuzçuluq, qoyunçuluq, quşçuluq, atçılıq, baramaçılıq, arıçılıq, xəzlik heyvan və dovşanların yetişdirilməsi və bağçılıq sahələrində bilavasitə çalışan qadınlara hamiləliyə və doğuma görə məzuniyyət aşağıdakı müddətlərdə verilir:

  • normal doğumda 140 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 70 təqvim günü);
  • doğum çətin olduqda 156 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 86 təqvim günü);
  • iki və ya daha çox uşaq doğulduqda 180 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 110 təqvim günü).

Hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Hər iki halda müavinətin aylıq maksimal həddi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının minimum məbləğinin 25 mislindən artıq ola bilməz.

Müavinət Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilir.

Müavinətin ödənilməsi üçün müavinət alacaq şəxs barədə sənədlər və məlumatlar işlədiyi müəssisə tərəfindən “Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” elektron xidməti vasitəsilə Dövlət Sosial Müdafiə Fonduna göndərilir.

Tələb olunan sənədlər:

  • xəstəlik vərəqəsi;
  • hamiləlik və doğuma görə ödənişli məzuniyyətin verilməsi barədə müdiriyyətin əmrindən (sərəncamından) çıxarış;
  • müavinətin təyin olunması haqqında müdiriyyətin müavinət təyin edən komissiyasının iclas protokolu

Uşağın anadan olmasına görə birdəfəlik müavinət

“Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 20 dekabr 2021-cu il tarixli Fərmanına əsasən 2022-ci ilin yanvarın 1-dən uşağın anadan olmasına görə müavinət 300 manat məbləğində müəyyənləşdirilib.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilir. Uşaq doğuşuna görə birdəfəlik müavinət, müraciət edildikdə verilir və müraciət müddəti məhdudlaşdırılmır.

Uşağın valideynləri işləmədikdə sənədlər qeydiyyat yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun şəhər (rayon) şöbəsinə təqdim edilməlidir.

Tələb olunan sənədlər:

  1. müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün şəxsin ailə vəziyyətini təsdiq edən sənəd (ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı);
  2. ərizə nümayəndə vasitəsilə təqdim edildikdə, etibarnamə və ya qəyyum (himayəçi) olmasını təsdiq edən sənədin surəti.

Uşaq doğmuş ana işləmədiyi halda və ya hər hansı bir səbəbdən uşağın anası yoxdursa müavinət işləyən ataya verilir. Sənədlər işləyən valideynin iş yerinə təqdim edilərək işlədiyi müəssisə tərəfindən “Uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” elektron xidmət vasitəsilə aidiyyəti üzrə Dövlət Sosial Müdafiə Fondunun tabe qurumuna ödənilməsi üçün göndərilir.

1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət

"Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununa əsasən ünvanlı sosial yardım təyin olunan ailəyə əlavə dəstək olaraq bir yaşadək uşağı olduğu halda uşağın bir yaşı tamam olan ayın sonunadək aylıq müavinət təyin edilir.

2022-ci ilin yanvarın 1-dən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2021-ci il tarixli Fərmanına əsasən müavinətin məbləği 70 manat məbləğində müəyyənləşdirilib.

Müavinətin təyin edilməsi üçün qeydiyyat yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun müvafiq şəhər, rayon şöbəsinə müraciət olunmalıdır.

Tələb olunan sənədlər:

  1. müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün şəxsin ailə vəziyyətini təsdiq edən sənəd (ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı);
  2. ərizə nümayəndə vasitəsilə təqdim edildikdə, etibarnamə və ya qəyyum (himayəçi) olmasını təsdiq edən sənədin surəti.

3 yaşınadək uşağa qulluğa görə müavinət

Uşağa bilavasitə qulluq edən işləyən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etmək üçün iş yerindən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdir.

Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2018-ci il tarixli  3712 nömrəli Sərəncamına əsasən qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 2018-ci ilin martın 1-dən:

bir yaş yarımadək uşağa qulluğa görə - 44 manat, uşağın bir yaş yarımdan üç yaşınadək qulluğa görə isə - 28 manat məbləğində müəyyənləşdirlib.

Müavinət Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilir.

Müavinətin ödənilməsi üçün müavinət alacaq şəxs barədə sənədlər və məlumatlar işlədiyi müəssisə tərəfindən “Uşağın üç yaş tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” elektron xidməti vasitəsilə Dövlət Sosial Müdafiə Fonduna göndərilir.

Tələb olunan sənədlər:

uşağa qulluq edilməsinə görə qismən ödənilən məzuniyyətin verilməsi barədə müdiriyyətin əmrindən (sərəncamından) çıxarış;

uşağa qulluq etmək üçün məzuniyyət müddətinə müavinətin təyin olunması haqqında müdiriyyətin müavinət təyin edən komissiyasının iclas protokolu

 uşağın doğum haqqında şəhadətnaməsinin surəti;

uşağın doğum haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinin arayışı;

Beşdən çox uşağı olan qadınlara müavinət

Beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı (yəni altıncı uşağı) bir yaşına çatdıqda müavinət təyin edilir.  “Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2021-ci il tarixli Fərmanına əsasən hər uşağa görə müavinət 2022-ci ilin yanvarın 1-dən70 manat məbləğində müəyyənləşdirilib.

Müavinət Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilir.

Tələb olunan sənədlər:

  1. müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün şəxsin ailə vəziyyətini təsdiq edən sənəd (ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı);
  2. ərizə nümayəndə vasitəsilə təqdim edildikdə, etibarnamə və ya qəyyum (himayəçi) olmasını təsdiq edən sənədin surəti.

Övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinət:

Övladlığa götürülən uşağa, o cümlədən övladlığa götürülən sağlamlıq imkanları məhdud uşağa görə müavinət 2021-ci ilin əvvəlindən təsis olunub. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 20 dekabr 2021-ci il tarixli Fərmana əsasən 2022-ci ilin yanvarın 1-dən müavinətlərin məbləğləri təşkil edir:

  1. övladlığa götürülən uşağa görə – 200 manat
  2. övladlığa götürülən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə – 600 manat

Yaşa görə müavinət

Prezident İlham Əliyevin 16 dekabr 2019-cu il tarixdə təsdiqlədiyi yeni qanunlara əsasən yaşa görə əmək pensiyası və yaşa görə müavinət hüququ verən yaşlar arasında uyğunsuzluq aradan qaldırılıb, hər iki sosial təminat növü üzrə hüquq yaranan yaş hədləri eyniləşdirilib.

Beləliklə, 2020-ci il yanvarın 1-dən qüvvəyə minən qanuna əsasən hazırda yaş həddi 62 il 6 ay olan qadınlar və yaş həddi 65 yaş olan kişilər (yaşa görə pensiya hüquqları olmadıqda), 2020-ci ilin yanvarın 1-dən yaşa görə müavinət hüququ qazanıblar.

“Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 20 dekabr 2021-ci il tarixli Fərmana əsasən 2022-ci ilin yanvarın 1-dən 180 manat təşkil edir.

Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş  qadınların yaşa görə müavinət hüququ qazanmaq üçün yaş həddi hər uşağa görə 1 il azaldılır. Misal üçün, beş uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş  qadının yaşı hazırda 57 yaş yarımdırsa və pensiya hüququ yoxdursa, o zaman ona yaşa görə müavinət təyin edilir. Uşaqların sayı 6 olduqda bu yaş göstəricisi 56 yaş yarım, 7 olduqda 55 yaş yarım və s. yaş həddinə enir.  Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların da yaşa görə müavinət hüququ qazanmaq üçün yaş həddi 5 il azaldılır.

Eləcə də ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin yaş həddi 5 il azaldılmaqla yaşa görə müavinət hüququ yaranıb.

çoxuşaqlı analara (3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş) yaşa görə müavinətin təyin edilməsi üçün bu sənədlər tələb olunur:

  • müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün şəxsin ailə vəziyyətini təsdiq edən sənəd (ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı);
  • ərizə nümayəndə vasitəsilə təqdim edildikdə, etibarnamə və ya qəyyum (himayəçi) olmasını təsdiq edən sənədin surəti.
  • qadının 3 və daha çox uşaq doğub onları 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı;

Sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş qadınlara yaşa görə müavinətin təyin edilməsi üçün bu sənədlər tələb olunur:

  • müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün şəxsin ailə vəziyyətini təsdiq edən sənəd (ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı);
  • ərizə nümayəndə vasitəsilə təqdim edildikdə, etibarnamə və ya qəyyum (himayəçi) olmasını təsdiq edən sənədin surəti.
  • qadının sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı;

Uşaqlarını təkbaşına böyüdən atalara yaşa görə müavinətin təyin edilməsi üçün bu sənədlər də tələb olunur:

  • müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün şəxsin ailə vəziyyətini təsdiq edən sənəd (ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı);
  • ərizə nümayəndə vasitəsilə təqdim edildikdə, etibarnamə və ya qəyyum (himayəçi) olmasını təsdiq edən sənədin surəti.
  • atanın 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı;
  • ananın ölüm haqqında şəhadətnaməsinin və ya analıq hüququndan məhrum edilməsi barədə məhkəmənin qərarının surəti;

Əlilliyə görə müavinət

“Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 20 dekabr 2021-ci il tarixli Fərmana əsasən əlillik «ümumi xəstəlik», hərbi xidmət dövründə xəstələnmə», əmək zədəsi və peşə xəstəliyi», «hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar», «Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar», “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” və “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar”, “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” və ya “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” səbəbindən baş verdikdə 2022-ci ilin yanvarın 1-dən:

I qrup əlillərə — 220 manat

II qrup əlillərə — 180 manat

III qrup əlillərə — 120 manat

Tələb olunan sənədlər:

  • müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün şəxsin ailə vəziyyətini təsdiq edən sənəd (ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı);
  • ərizə nümayəndə vasitəsilə təqdim edildikdə, etibarnamə və ya qəyyum (himayəçi) olmasını təsdiq edən sənədin surəti.
  • hərbi həkim komissiyasının qərarının surəti.

Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara sosial müavinət

Müavinət 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu müddətinə təyin edilir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 20 dekabr 2021-ci il tarixli Fərmana əsasən 2022-ci il yanvarın 1-dən müavinət 200 manat məbləğində müəyyənləşdirilib.

Tələb olunan sənədlər:

  • müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün şəxsin ailə vəziyyətini təsdiq edən sənəd (ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı);
  • ərizə nümayəndə vasitəsilə təqdim edildikdə, etibarnamə və ya qəyyum (himayəçi) olmasını təsdiq edən sənədin surəti.

Ailə başçısını itirməyə görə müavinət

Müavinət bu şəxslərə təyin edilir:

  • vəfat etmiş şəxsin uşaqlarına - 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla);
  • vəfat etmiş şəxsin 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlarına - əlillik müddətinə;
  • vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxan və işləməyən (yaşından və əmək qabiliyyətindən asılı olmayaraq) valideynlərdən, qardaş, bacı, baba və nənələrdən birinə - uşağın 8 yaşınadək.

 “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 20 dekabr 2021-ci il tarixli Fərmana əsasən 2022-ci il yanvarın 1-dən müavinət (hər ailə üzvü üçün) 100 manat məbləğində müəyyənləşdirilib.

Tələb olunan sənədlər:

  • müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün şəxsin ailə vəziyyətini təsdiq edən sənəd (ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı);
  • ərizə nümayəndə vasitəsilə təqdim edildikdə, etibarnamə və ya qəyyum (himayəçi) olmasını təsdiq edən sənədin surəti.
  • ailə başçısının ölüm haqqında şəhadətnaməsinin surəti (və ya onun xəbərsiz itkin düşməsi, yaxud ölmüş elan edilməsi haqqında məhkəmənin qərarının surəti).

Şəhidin 16 yaşına (ümumtəhsil məktəblərində təhsil alanlar 18 yaşına) çatmamış uşaqlarına aylıq müavinət

2018-ci il martın 1-dən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respiblikası Prezidentinin 23 fevral 2018-ci il 3711 nömrəli Sərəncamına əsasən 10 faiz artırılaraq müavinət 21 manat məbləğində müəyyənləşdirilib.

Tələb olunan sənədlər:

  • müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün şəxsin ailə vəziyyətini təsdiq edən sənəd (ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı);
  • ərizə nümayəndə vasitəsilə təqdim edildikdə, etibarnamə və ya qəyyum (himayəçi) olmasını təsdiq edən sənədin surəti.
  • şəhid statusunu təsdiq edən sənədin surəti.

Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının 16 yaşına (ümumtəhsil məktəblərində təhsil alanlar 18 yaşına) çatmamış uşaqlarına aylıq müavinət

2022-ci il yanvarın 1-dən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 20 dekabr 2021-ci il tarixli Fərmana əsasən müavinət 120 manat məbləğində müəyyənləşdirilib.

Tələb olunan sənədlər:

  1. müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün şəxsin ailə vəziyyətini təsdiq edən sənəd (ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı);
  2. ərizə nümayəndə vasitəsilə təqdim edildikdə, etibarnamə və ya qəyyum (himayəçi) olmasını təsdiq edən sənədin surəti.

Müharibə əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil olanların 16 yaşına (ümumtəhsil məktəblərində təhsil alanlar 18 yaşınadək) çatmamış uşaqlarına aylıq müavinət

2018-ci il martın 1-dən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respiblikası Prezidentinin 23 fevral 2018-ci il 3711 nömrəli Sərəncamına əsasən 10 faiz artırılaraq müavinət 15 manat məbləğində müəyyənləşdirilib.

Tələb olunan sənədlər:

  1. müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün şəxsin ailə vəziyyətini təsdiq edən sənəd (ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı);
  2. ərizə nümayəndə vasitəsilə təqdim edildikdə, etibarnamə və ya qəyyum (himayəçi) olmasını təsdiq edən sənədin surəti.

Müharibə ilə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına 

2018-ci il martın 1-dən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respiblikası Prezidentinin 23 fevral 2018-ci il 3711 nömrəli Sərəncamına əsasən 10 faiz artırılaraq müavinət 15 manat məbləğində müəyyənləşdirilib.

Tələb olunan sənədlər:

  • müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün şəxsin ailə vəziyyətini təsdiq edən sənəd (ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı);
  • ərizə nümayəndə vasitəsilə təqdim edildikdə, etibarnamə və ya qəyyum (himayəçi) olmasını təsdiq edən sənədin surəti;
  • ÇernobılAES qəzası nəticələrinin aradan qaldırılmasında iştirak edənlərin uşaqlarının dispanser qeydiyyatında olması barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İdarələrarası Ekspert Şurasının rəyi.

Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyum (himayəçi) təyin edilmiş şəxslərin "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununa əsasən sosial yardım almaq hüququ olduqda və barəsində qəyyumluq (himayəçilik) təyin edilmiş uşaqlar tam dövlət təminatında olmadıqda qəyyumluq (himayəçilik) müəyyən edildiyi müddətə müavinət təyin edilir.

“Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 20 dekabr 2021-ci il tarixli  Fərmana əsasən müavinət 2022-ci il yanvarın 1-dən  120 manat məbləğində müəyyənləşdirilib.

Tələb olunan sənədlər:

  • müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün şəxsin ailə vəziyyətini təsdiq edən sənəd (ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı);
  • ərizə nümayəndə vasitəsilə təqdim edildikdə, etibarnamə və ya qəyyum (himayəçi) olmasını təsdiq edən sənədin surəti.
  • valideynlik hüququndan və ya valideyn himayəsindən məhrumolma haqqında məhkəmənin qərarının surəti;
  • qəyyumluğu (himayəçiliyi) təsdiq edən sənəd.

Radiasiya qəzası nəticəsində zərərçəkmiş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət

2018-ci il martın 1-dən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respiblikası Prezidentinin 23 fevral 2018-ci il 3711 nömrəli Sərəncamına əsasən 10 faiz artırılaraq müavinət 237 manat məbləğində müəyyənləşdirilib.

Tələb olunan sənədlər:

  • müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün şəxsin ailə vəziyyətini təsdiq edən sənəd (ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı);
  • ərizə nümayəndə vasitəsilə təqdim edildikdə, etibarnamə və ya qəyyum (himayəçi) olmasını təsdiq edən sənədin surəti.
  • Çernobıl AES qəzasının ləğvində iştirak etmiş şəxslərin qəzadan sonra doğulmuş uşaqlarının sağlamlıq imkanlarının məhdudluğunun qəza ilə əlaqədar olmasına dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İdarələrarası Ekspert Şurasının rəyi.

Dəfn üçün birdəfəlik müavinət

Dəfn üçün müavinət – aşağıda qeyd olunan müavinətlərdən biri təyin edilmiş şəxs və ya “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişini alan şəxs vəfat etdikdə ödənilir:

  • dövlət qulluqçularına ömürlük müavinət;
  • yaşa görə müavinət;
  • əlilliyə görə müavinət;
  • sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət;
  • ailə başçısını itirməyə görə müavinət.

2022-ci il yanvarın 1-dən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 20 dekbar 2021-ci il tarixli Fərmana əsasən müavinət 350 manat məbləğində müəyyənləşdirilib.

Sığortaolunanlar üzrə dəfn üçün müavinətin məbləği sosial müavinətlərə dair qanunvericiliklə, əmək pensiyaçıları üzrə dəfn üçün müavinətin məbləği əmək pensiyaları haqqında qanunvericiliklə müəyyən edilir.

Əmək pensiyaçısı vəfat etdikdə əmək pensiyasının minimum məbləğinin (240 manat) üç misli məbləğində dəfn üçün müavinət verilir: 720 manat.

Dəfn üçün birdəfəlik müavinət müraciət etmə müddətindən asılı olmayaraq təyin edilir.

Tələb olunan sənədlər:

  • müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün şəxsin ailə vəziyyətini təsdiq edən sənəd (ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı);
  • ərizə nümayəndə vasitəsilə təqdim edildikdə, etibarnamə və ya qəyyum (himayəçi) olmasını təsdiq edən sənədin surəti.
  • Dəfni təşkil edən şəxs barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı.

Cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik müavinət

Müavinətin məbləği ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqıının (2022-ci il yanvarın 1-dən – 300 manat) 4 misli miqdarında təyin edilir: 1200 manat.

Tələb olunan sənədlər:

  • müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün şəxsin ailə vəziyyətini təsdiq edən sənəd (ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı)
Ümumi göstəricilər

Sənəd, Kitab və Sual gösətiriciləri

  • 500+Elektron sənəd
  • 100+Elektron kitab
  • 1000+Sual-Cavab