Kompensasiya pulu
30 Aprel 2018
Günel

Salam.İstifadə edilməyən əmək məzuniyyətinə görə kompensasiya verilən zaman məbləğdən vergi tutulurmu ?

Cavablar
Rauf Qarayev
07 Sentyabr 2018
Vergi Məcəlləsinin 98.1-ci maddəsinə uyğun olaraq əmək haqqı, muzdlu işlə əlaqədar alınan hər hansı ödəmə və ya fayda fiziki şəxsin muzdlu işdən alınan gəliridir. Vergi Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq muzdla işləyən fiziki şəxslərə ödəmələr verən hüquqi şəxslər və sahibkarlar ödəmə mənbəyində gəlir vergisini tutmağa borcludurlar. Müvafiq olaraq işçiyə istifadə edilməmiş məzuniyyətə görə ödənilən vəsait isə ümumi qaydada gəlir vergisinə cəlb olunmalıdır. Bu zaman işçiyə istifadə edilməmiş məzuniyyət günləri üçün əvvəlki illərə görə ödənilən kompensasiyadan gəlir vergisi hesablanarkən ölkə üzrə yaşayış minimumunun 1 misli nəzərə alınmır, tam olmayan sonuncu iş ilinin kompensasiya haqqı isə verildiyi ayın əmək haqqı ilə birlikdə hesablanan zaman ölkə üzrə yaşayış minimumunun 1 misli vergitutulan gəlirdən çıxılır. Əmək Məcəlləsinin 140-cı maddəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin opta illik miqdarına 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulmaqla hesablanır. Eyni qayda ilə hesablanmış bir günlük əmək haqqının məbləği əvvəlki illərdə (hər bir il üçün ayrılıqda) istifadə edilməmiş məzuniyyət günlərinin sayına vurulmaqla həmin illərdə istifadə edilməmiş məzuniyyət günlərinə görə ödəniləcək kompensasiyanın məbləği hesablanır. Əvvəlki illərdə istifadə olunmamış iş illərinin məzuniyyət haqlarından ayrı-ayrılıqda, sonuncu iş ilinin məzuniyyət haqqından isə onun verildiyi ayın əmək haqqı ilə birlikdə gəlir vergisi tutulur. Əlavə bax: Vergi Məcəlləsinin 98.1-ci, 101-ci, 102.1.6-cı və 150-ci maddələri.
Gülbəniz
13 İyul 2018
Bəli
Vusal
29 May 2018
Beli
Jafar Ganbarzada
23 May 2018
Salam, İstifadə edilməyən məzuniyyətin konpensasiyası və ya növbəti ilə keçirilərək (birləşdirilərək) verilir və bu işəgötürən və işçinin razılığı ilə olmalıdır. İstifadə edilməyən məzuniyyətin konpen
urfan
08 May 2018
kompensasiyanin hesablanmasi qaydasi məzuniyyət məbləğinin hesablanma qaydasi ilə eynidir. Və hər 2sindən də tutulmalar eyni qaydada aparılır məncə.
Anar
05 May 2018
Salam, Hesablanan kompensasiya mebleğinden vergi tutulur.
Roza
03 May 2018
Bəli, gəlir vergisi tutulur. İstifadə edilməyən əmək məzuniyyətinə görə verilən kompensasiya gəlir vergisi, DSMF, HİK və işsizlik sığortasından azad deyil. Əmək məzuniyyəti kimi hesablanır və tutulmal
Cavab yaz
Qeyd: Göndərdiyiniz cavablar sayt administratoru tərəfindən yoxlanıldıqdan sonra aktivləşdiriləcək.
Adınız *
Cavab *
HRclub.az
TEL: +994552200822
site by