Human is the best capital
Əmək Qanunvericiliyi üzrə Sınaq imtahanı
Əsas səhifə / Əmək Qanunvericiliyi üzrə Sınaq imtahanı

HRCLUB tərəfindən təşkil olunacaq əmək qanunvericiliyi üzrə “Sınaq İmtahanı №1” layihəsi üçün qeydiyyata start verildi.

İmtahanda iştirak etmək istəyən və öz biliyinə güvənən hər kəs ilkin olaraq aşağıdakı qeydiyyat linkindən istifadə edərək qeydiyyatdan keçməlidir.

https://docs.google.com/forms/d/e/1FAIpQLSeawvACS_FfWuW8laZkj-oUauYe8qrcOD_QxlSso0YW1juuCw/viewform


Qeydiyyat tamamlandıqdan sonra yaxın müddət ərzində HRCLUB təşkilati komandası tərəfindən imtahan barədə sizə ətraflı məlumat veriləcəkdir.

Sınaq imtahanı İnsan resursları üzrə mütəxəssislər, dövlət qulluğuna hazırlaşanlar, peşəkar mühasib sertifikatı almaq istəyənlər və ümumilikdə əmək qanunvericiliyi üzrə öz biliklərini yoxlamaq istəyən hər bir kəs üçün nəzərdə tutulmuşdur.

Suallar Əmək Qanunvericiliyinin tələblərinə uyğun olaraq nəzəri, praktiki və situativ formalara bölünməklə mübahisəsiz, keyfiyyətli formada peşəkar mütəxəssislər tərəfindən hazırlanmışdır.

Sınaq imtahanı 8 may 2021-ci il tarixində keçiriləcəkdir. 

İmtahanda ən yüksək nəticə toplamış iştirakçı(lar) HRCLUB tərəfindən mükafatlandırılacaq və iştirakçı(lar) haqqında məlumatlar rəsmi saytımızda və sosial media hesablarımızda paylaşılacaqdır.

Hər bir iştirakçıya topladığı nəticəyə uyğun olaraq sertifikat təqdim olunacaqdır. 

Sertifikatlı, hədiyyəli, “networking”lə bol, öyrədici və imtahan sonrası izahla birgə layihə sizi gözləyir.


Ətraflı məlumat üçün 051 488 22 55 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.


HRclub.az
TEL: +994552200822
site by