Human is the best capital
Əməyin mühafizəsi və texniki təhlükəsizlik xidməti
Əsas səhifə / Əməyin mühafizəsi və texniki təhlükəsizlik xidməti

Əməyin mühafizəsinə dair xidmətlər üzrə

TƏKLİF


Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 207-ci maddəsinə əsasən: “Əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələbləri, əməyin mühafizəsi normaları, standartları, qaydaları əmək münasibətlərinin tərəfləri və digər fiziki və hüquqi şəxslər üçün məcburidir”.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 215-ci maddəsinə əsasən: “Müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər”.


Əməyin mühafizəsi üzrə aşağıdakı təklifi edirik:

  • Müəssisədə əməyin mühafizəsi vəziyyətinin qiymətləndirilməsi;
  • Müəssisənin fəaliyyətinə uyğun vəzifələr üzrə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə bütün növ təlimatların (Giriş,ilkin,elektrik, yanğın təhlükəsizliyi, PEHM-lə iş və s.) hazırlanması;
  • Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun təlimat Jurnallarının tərtib edilməsi;
  • Əməyin mühafizəsi üzrə Giriş təlimatının keçirilməsi (Office Safety, Fire Safety, Electrical Safety, First Aid);
  • Yanğın təhlükəsizlik qaydalarının hazırlanması;
  • Biliklərin yoxlanılması üçün testlərin hazırlanması;
  • Əməyin mühafizəsi üzrə biliklərin yoxlanılmasının təşkil edilməsi üçün sənədləşmə (müvafiq protokollar, Əmrlər və s.);
  • Təhlükələrin müəyyən olunması və Risklərin Qiymətləndirilməsi vərəqinin hazırlanmaslı (Risk Assessment Sheet);
  • Risklərin azaldılması və qalıq risklərin idarə edilməsi (Risk Management)
  • Əməyin mühafizəsinə dair illik tədbirlər planının hazırlanması;
  • Cavabdeh şəxslərin əməyin mühafizəsinə dair vəzifə təlimatı;
  • Xəbərdarlıq işarələri üzrə tələblərin hazırlanması;
  • İşçilərin əməyin mühafizəsi qaydalarına uyğunluğuna nəzarət etmək;
  • Fərdi mühafizə vasitələri (FMV) ilə təminatın müəyyən olunması;
  • Müəssisənin 1 nəfər işçiyə təlimin keçirilməsi;
  • Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən əməyin mühafizəsi tələblərinə dair digər təkliflər.


Xidmətin qiyməti müəssisənin fəaliyyət sahəsindən və işçilərin sayından asılı olaraq dəyişir.


Qeyd: İşəgötürən Əməyin muhafizəsi qaydalarının pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198-ci maddəsinə əsasən inzibati məsuliyyət daşıyır. 


Daha ətraflı məlumat üçün:   012-555-14-41 /  055-220-08-22



HRclub.az
TEL: +994552200822
site by