Human is the best capital
BLOG
18 May 2018
LayihəI oxunuşAzərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqındaAzərbaycan Respublikasının QanunuAzərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsini "Məktəbəqədər təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 213; 2001, № 3, maddə 143, № 6, maddə 362, № 11, maddələr 672, 679, № 12, maddə 731; 2002, № 1, maddə 2, № 5, maddə 241, № 6, maddə 328; 2003, № 1, maddələr 9, 23; 2004, № 1, maddə 10, № 2, maddə 57, № 3, maddə 133, № 6, maddə 413, № 7, maddə 505, № 9, maddə 672, № 12, maddə 981; 2005, № 3, maddə 151, № 4, maddə 278, № 7, maddə 560, № 10, maddə 874, № 11, maddə 1001, № 12, maddə 1094; 2006, № 3, maddələr 220, 222, № 5, maddə 385, № 11, maddə 923, № 12, maddələr 1004, 1025, 1030; 2007, № 5, maddələr 401, 437, № 6, maddə 560, № 8, maddə 756, № 11, maddələr 1049, 1053; 2008, № 3, maddə 156, № 7, maddələr 600, 602, № 10, maddə 887, № 11, maddə 960; 2009, № 2, maddə 48, № 5, maddə 294, № 6, maddə 399, № 12, maddələr 949, 969; 2010, № 2, maddələr 70, 75, № 4, maddə 275; 2011, № 1, maddə 11, № 2, maddələr 70, 71, № 6, maddə 464, № 7, maddə 598; 2012, № 11, maddə 1054; 2013, № 2, maddələr 89, 101, № 11, maddə 1268; 2014, № 2, maddə 92, № 10, maddə 1162, № 11, maddə 1339, № 12, maddə 1527; 2015, № 2, maddə 97, № 3, maddə 250, № 6, maddə 680; 2016, № 2, I kitab, maddələr 190, 201, № 5, maddə 847, № 11, maddə 1767; 2017, № 6, maddələr 1031, 1048, № 12, I kitab, maddələr 2187, 2189; 2018, № 1, maddə 13) 118-ci maddəsinin 2-ci hissəsinin "a" bəndində "uşaq tərbiyə müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, musiqi rəhbərlərinə, praktik psixoloqlara" sözləri "təhsil müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, tərbiyəçi-müəllimlərinə, metodistlərə, defektoloqlara, loqopedlərə, musiqi rəhbərlərinə, psixoloqlara" sözləri ilə əvəz edilsin.Azərbaycan Respublikasının PrezidentiMənbə : http://www.meclis.gov.az/?/az/law/1814/1
30 Aprel 2018
Əmək müqaviləsinin mahiyyəti və işə qəbul zamanı diqqət yetirilməli məqamlarİlk öncə bildirmək istərdim ki, Azərbaycan Respublikasının Konstitusiyanın 35-ci maddəsinin II hissəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Zənnimcə bu sahədə bəzi maarifləndirmə işlərinin görülməsi daha məqsədə uyğun olar. Belə ki, bəzi iş axtaranlar, xüsusilə də təhsil müəssisələrini bitirərək iş həyatına başlamağı planlaşdıran gənclər əmək qanunvericiliyi sahəsində zəruri biliklərə malik deyildirlər. Hansı ki, sonda bu cür məsələlər xoşagəlməz, fərdi əmək mübahisələrinə səbəb olurlar. Əslində bu barədə məqalə yazmağıma da başlıca səbəb elə budur.Əvvəlcə, əmək müqaviləsinin mahiyyəti və onun işçilərə hüquqi təminatları barədə açıqlama vermək istərdim. Əmək müqaviləsi– işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək münasibətlərinin yaranması üçün ən başlıcası, qarşılıqlı müqavilənin imzalanması və bu müqavilənin əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemində (www.e-gov.az saytında) qeydiyyata alınmasıdır. Əks təqdirdə, bu müqavilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra Məcəllə) 49-cu maddəsinin I hissəsinə əsasən etibarsız sayılır və heç bir hüquqi qüvvəsi olmur.Çox təəssüflə qeyd etmək istərdim ki, hal-hazırda da bir çox işəgötürənlər tərəfindən yuxarıda göstərilən pozuntulara yol verilir və praktikada dəfələrlə qarşılaşdığımız məsələlərdən olan əmək müqaviləsi bağlanılmadan işçi işlətmək halları hələ də baş verir. Nəticə etibari ilə, işçi Məcəllənin 9-cu maddəsində qeyd olunan hüquqlardan məhrum olur və gələcəkdə öz hüquqlarını tələb etdikdə və ya aidiyyatı üzrə müvafiq qaydada şikayət etmək istədiyi zaman problemlərlə qarşılaşır.Nəzərinizə çatdırım ki, əslində bu halların qarşısının alınması üçün ölkə qanunvericiliyində müvafiq tələblərə riayət etməyən işəgötürənlə barəsində ciddi tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Sadəcə bəzi vətəndaşlarımız hələ də bu qanunlardan xəbərsizdirlər.1) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxsləriyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.2) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.1.1-ci maddəsinə əsasən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.İşə qəbul olunan zaman üzləşilən problemlərdən biri də, əmək müqaviləsi bağlanılan zaman təqdim edilən sənədlərlə əlaqədardır. Belə ki, bəzi işəgötürənlər işə qəbul edilməsi ilə əlaqədar şəxslərdən qanunsuz olaraq lazımsız sənədlər, arayışlar tələb edirlər. Baxmayaraq ki, Məcəlləsinin 48-ci maddəsində əmək müqaviləsi bağlanarkən işçinin təqdim edəcəyi sənədlərin dəqiq siyahısı qeyd olunmuşdur. Bu halın ən bariz nümunələrindən biri, əmək müqaviləsi bağlanılacaq işçidən "yaşayış yerindən arayış"ın tələb olunmasıdır. Bir daha qeyd etmək istərdim ki, Məcəllənin 48-ci maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinin bağlanması işçinin müvafiq yaşayış məntəqəsində qeydiyyatının olub-olmaması ilə şərtləndirilə bilməz. Bu maddədə açıq aydın göstərilir ki, işəgötürənlərin bu arayışı istəməyə heç bir ixtiyarı yoxdur.Onu da nəzərinizə çatdırmaq istərdim ki, Əmək Müqaviləsi Məcəllənin 51-ci maddəsinə müvafiq olaraq işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Əmək müqaviləsi ən çoxu ilk 3 ayı sınaq müddəti təyin edilməklə bağlanıla bilər və bu müddət ərzində işçi və işəgötürən eynilə Məcəllədə qeyd olunan hüquq və vəzifələrə sahibdirlər. Yəni, işçi əmək müqaviləsinə uyğun olaraq, əmək haqqı almalıdır, istirahət günü olmalıdır, iş günü ərzində nahar fasiləsi etməlidir və s.Son olaraq, qeyd edim ki, əmək hüquqlarınız pozulduğu zaman siz bu barədə əməyin mühafizəsi normalarına və qaydalarına nəzarəti həyata keçirən dövlət orqanı olan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininin yanında Dövlət Əmək Müfəttişliyinə və ya birbaşa məhkəməyə müraciət edə bilərsiniz.Ümid edirəm ki, bu məqaləm bundan sonra işçilərə və gələcəkdə işə qəbul olanacaq əməkdaşlara öz hüquqlarını bilməkdə və işəgötürən qarşısında tələb etməkdə az da olsa maarifləndirici təsiri olacaqdır.Orxan Quliyev, Hrclub.az saytının təsisçisi
30 Aprel 2018
Bu gün Azərbaycanın da Konstitusiyası və Əmək Məcəlləsində təsbit edilmiş əmək hüququ, sosial qarantiya, 8 saatlıq iş günü irticanın təzyiq və istismarına, cüzi maaş müqabilində bəzən 15-16 saata çatan gündəlik iş rejiminə, uşaq əməyinə qarşı aparılan sinfi mübarizənin nəticəsidir. Bəs bu tarixi proses və onun məntiqi nəticəsi olan 1 May bayramı necə meydana gəldi?XX əsrin əvvəllərində Avropada ən fəal kommunist hərəkatı üzvlərindən biri olan Roza Lüksemburq (Almaniya) 1894-cü ilin fevralında Parisdə dərc olunmuş "May bayramı necə yarandı?" adlı tarixi məqaləsində yazırdı: "Azad düşüncə – 8 saatlıq iş gününün nailiyyəti üçün vasitə kimi bir proletar bayram günü tətbiq etmək ilk dəfə Avstraliyada ortaya çıxdı.Yerli işçilər 1856-cı ildə artıq toplantı və əyləncə ilə əlaqədar səkkiz saatlıq iş gününün lehinə nümayiş olaraq bir günlük özlərini tamamilə işdən azad etməyi qərara aldılar.Bu bayram günü 21 aprelə təyin edildi. Öncə, 1856-cı ildə avstraliyalı işçilər yalnız bircə dəfə nümayiş keçirməyi düşünürdülər. Ancaq bu ilk bayram nümayişi avstraliyalı proletar kütlələrdə elə təsirli iz buraxdı, elə bir canlanma yaratdı ki, bayramın hər il təkrarlanmasına qərar verildi.Bu qərar gerçəkdən, işçi kütlələrə kütləvi işə çıxmamaq kimi öz güclərinə inam və cəsarəti verdi. Zavod, fabrik və emalatxanaların əbədi qullarına öz daxili birliklərinə baxış zəminində cəsarət, gücü bəxş etdi".Beləcə, proletar bayramı düşüncəsi tez bir zamanda mənimsəndi, Avstraliyanı aşıb başqa ölkələrə yayıldı, ta ki o, bütün proletar dünyasını fəth etdi. Avstraliyalı əməkçilərin bu nümunəsini daha sonra amerikalılar təkrarladı."...hər küçəni bir işçinin cəsədiylə bəzəyəcəyik"1866-cı ildə Amerikan işçiləri Baltimorda toplandıqları konqresdə günlük iş vaxtının 8 saata endirilməsi tələblərini ciddi şəkildə irəli sürmək haqda qərar qəbul etdilər. Ancaq işçilərin bu haqlı tələbi rədd edildi. Bundan sonra "8 saatlıq iş günü" artıq bütün Amerikan əməkçilərinin ortaq tələbinə çevriləcək, onların təşkilati mübarizəsinin başlanğıcına damğasını vuracaq, işçi sinfi qanlı və ağır mübarizələrlə burjualardan bu haqqı zorla alacaqdı.1884-cü ildə Çikaqoda toplanan Amerika İşçi Federasiyası və Beynəlxalq İşçilər Birliyi "8 saatlıq iş günü"nü burjuaziyaya zorla qəbul etdirmək haqda qərar qəbul etdi. Bu qərara görə 2 il sonra – 1 may 1886-cı ildə 8 saatlıq iş günü üçün boykotlar ediləcək və aksiyalar keçirəcəkdilər.Amerikan burjuaziyası bu qərara qarşı hücuma keçdi. Burjuaziyanın idarəçiliyindəki kapitalist media monopolistləri, mitinqdən öncəki günlərdə küçələrin qan gölünə çevriləcəyi kimi gülünc iddialar yayımlayırdı. Buna misal olaraq "Çikaqo Tribun" qəzeti "Şəhəri dağıdıb yandıracaqlar? Bunun qarşısını almaq üçün lazım gələrsə, Çikaqonun hər küçəsini bir işçinin cəsədiylə bəzəyəcəyik" – deyə alçaqcasına hədələyici yazılar verirdi...1 may 1886-cı ildə demək olar ki, bütün sənaye mərkəzlərində – Nyu-York, Çikaqo, Filadelfiya, Baltimorda... 200 mindən çox işçi boykota başladı. Çikaqoda 80 min işçi haqları olan "8 saatlıq iş günü" tələbi altında sıx sıralarla möhtəşəm yürüş keçirdi."... gün gələcək"Ümummilli boykotun və bu aksiyaların yayılmasından qorxan burjuaziya silahlı əsgərlərlə yanaşı həm də, casus provakatorlar tutaraq hücuma keçdi. 3 may günü "McCormic" fabrikinin qarşısında onlara qatılmayan digər işçiləri boykota qoşulmağa çağıran silahsız işçilərə atəş açıldı və bir işçi öldürüldü. İşçilər bu qanlı hadisəni protest etmək üçün mitinq keçirmək qərarına gəldilər.4 may günü işçilər daha güclü bir mitinq təşkil etdilər. Mitinqin qurtarmasına az qalmış yüzlərlə polis meydana girdi. Bir az sonra isə mənşəyi və haradan gəldiyi bəlli olmayan bir bomba polislərin olduğu yerə düşdü. Bomba atılandan sonra mitinq bölgəsi qanlı savaş meydanına çevrildi. İşçilər güllə yağışına tutuldular. 4 işçi və 7 polis öldü, onlarla işçi isə yaralandı. Həmkarlar ittifaqlarının sədrləri və 8 işçi hərəkatının lideri tutuldu.Siyasi şou kimi keçən məhkəmə sonrasında işçi hərəkatının liderlərindən olan 4 işçi – Avgust Spies, Albert Parsons, Corc Engel ve Adolf Fişer edama məhkum edildilər.11 noyabr 1887-ci ildə edama aparılan Avgust Spiesin son sözü belə oldu: "Səssizlyimizin, bu gün boğacağınız səslərdən daha güclü olacağı gün gələcək". Doğrudan da, bu repressiya və edam qərarları etirazlar, zəhmətkeşlərin beynəlxalq birliyinə və yeni, daha güclü mübarizələrə təkan verdi.II İnternasionalın tarixi qərarıBu arada Avropada da işçi hərəkatı güclü inkişaf etdi və canlandı. 1889-cu ilin iyulunda Parisdə toplanan II İnternasionalın 1-ci Konqresində 1 May tarixi dünya zəhmətkeşlərinin birlik, mübarizə günü olaraq qəbul edildi. Hər ilin 1 may tarixini mitinqlər, aksiyalar və boykotlarla qeyd etmək qərarı alındı.Beləliklə, bu hərəkat özünün güc ifadəsini İşçilərin Beynəlmiləl Konqresi ilə tapdı. Sözü gedən Konqresə 400 nümayəndə toplanmışdı. Öncə 8 saatlıq iş günü tələbi haqda qərar verildi.1 May bayramının 100 illiyi münasibətilə buraxılmış SSRİ poçt markası (1989)Fransız Həmkarlar İttifaqının üzvü, bordolu fəhlə Lavign təklif etdi ki, hər bir ölkənin zəhmətkeşləri Əmək Bayramı günü adı altında bu tələbi ortaya qoysunlar. Burada amerikalı işçilərin nümayəndəsi diqqəti 1890-cı ilin 1 Mayı ilə bağlı yoldaşlarının eyni qərarına yönəltdi, beləliklə Konqres həmin günü proletariatın bayram günü kimi müəyyən etdi.Proletariat nümayəndələri əslində, bu halda da 30 il öncə Avstraliyada olduğu kimi yalnız bir günlük manifestasiya haqda düşünürdülər. Konqres qərarlaşdırmışdı ki, 1 Mayda (1890-cı il) bütün ölkələrin proletariatları 8 saatlıq iş günü tələbi ilə birlikdə nümayiş keçirsinlər.Növbəti illərdə aparılan müzakirələrdə bayramın təkrar keçirilməsi təklifləri səslənmədi. Heç kim qabaqcadan prosesin belə parlaq şəkildə reallaşacağını və qısa zamanda işçi sinfi arasında yayılacağını təxmin edə bilməmişdi.SSRİ-nin dağılmasından sonraDünyanı bürüyən sinfi mübarizə Rusiyada bir qədər də kəskin xarakter almışdı. Rusiyada baş qaldıran fəhlə-kəndli çıxışları daha fundamental xarakter daşıyırdı.Rusiya proletar kütlələrinin daha güclü ittifaqlarda birləşməsi və kommunist-bolşevik partiyası sıralarında güclü siyasi fəaliyyəti sonradan Böyük Oktyabr İnqilabına və nəhayətdə Leninin başçılığı ilə tarixdə sosialist sistemə dayanan ilk fəhlə-kəndli dövlətinin – SSRİ-nin yaradılmasına gətirib çıxardı.Sovet İttifaqında bu bayram dünyada ən möhtəşəm səviyyədə keçirilirdi. 30 yaşdan yuxarı vətəndaşlarımız – keçmiş sovet adamları 1 May bayramını yaxşı xatırlayırlar. Bayramdan bir neçə gün öncə bütün ölkə boyu – idarə, müəssisə və təşkilatlarda, məktəblərdə böyük çoşqu ilə hazırlıq gedirdi.Mayın 1-də şəhərlərdə böyük nümayişlər keçirilər, möhtəşəm bayram əfval-ruhiyyəsi hökm sürərdi. Peşəsində fərqlənən əməkçilərə mükafatlar, fəxri adlar verilər, Sovet İttifaqının paytaxtına – Moskvaya dünyanın bütün ölkələrindən dəvət olunan qonaqlara sosializmin nəyə qadir olduğu nümayiş etdirilərdi.Lakin SSRİ-nin dağılmasından sonra "qurunun oduna yaşı da yandırdılar" və bütün yaxşı ənənələr kimi 1 May bayramını da ləğv etdilər. Lakin Rusiyada və bəzi digər respublikalarda 1 may hər il keçirilir – qarşıdurmaların yaranması ilə olsa belə.Azərbaycanda 1 May bayramının tarixi 1920-ci ildən başlayaraq, 1 may Azərbaycanda da rəsmi bayram günü kimi qeyd olunub. Lakin hələ 1919-cu ildə əməkçilər 1 May bayramı qeyd ediləndə Rəsulzadənin rəhbərliyi ilə ADR hökuməti bu bayramda fəal iştirak edib. Onlar bu bayramın sinfi qarşıdurma yaradan amil kimi qiymətləndirilməsini rədd edirdilər.SSRİ tərkibində olanda 1 May bayramı rəsmi bayram sırasında ən yüksək səviyyədə qeyd olunar və bununla bağlı keçirilən tədbirlərdə, televiziya və mətbuatda insanlara əməyin, zəhmətin nə qədər vacib olduğu aşılanardı.1992-ci ildə isə bu bayramı totalitar quruluşun ideoloji atributu kimi ləğv etdilər. Həmin ilin oktyabrında müstəqil Azərbaycanın bayramları haqqında qanun qəbul edilərkən 1 May xeyli dərəcədə ideolojiləşmiş bayram kimi o sıraya daxil edilmədi.Həmin bayramın sinfi ideologiyanı daşıyan şəxslərin təşəbbüsü ilə yaradıldığını əsas gətirdilər. 1992-ci ildə keçmiş prezident Əbülfəz Elçibəyin göstərişi ilə 1 mayın rəsmi səviyyədə qeyd edilməsinə son qoyuldu.Ölkəmizdə bu tarixi sadəcə kommunist partiyaların üzvləri kiçik bir yürüşlə qeyd edirlər. Lakin demək olar ki, bütün sosioloqlar, psixoloqlar, müxalifət və iqtdar nümayəndələri də belə bir bayramın yüksək səviyyədə keçirilməsinin vacib olduğunu bildirirlər."İnsanlıq xoş günlərə çıxanda...""Sosialist Bacı" adı ilə tanınan kommunist Roza Lüksemburq öz tarixi məqaləsində yazırdı: "1 May əsasən, 8 saatlıq iş günü çağırışları ilə başlasa da, bu məqsədə nail olduqdan sonra da bu proses bitmədi. Nə qədər ki işçilərin burjuaziya və hakim sinfə qarşı mübarizəsi davam edir, nə qədər ki bütün tələblər yerinə yetirilməyib, 1 May bayramı da hər il bu tələblərin ifadəsi olacaq.Xoş günlərə çıxanda və dünyanın dörd bir yanında işçi sinfi azadlığa qovuşanda belə, çox güman ki, mübarizə yolu və çəkilən əzabları anaraq insanlıq 1 Mayı bayram kimi keçirəcək".1 May 120 ildir ki, dünyanın əksər ölkələrində zəhmətkeşlərin beynəlxalq həmrəylik günü kimi qeyd edilir. Dünyanın 100-dən artıq ölkəsində ictimai bayram kimi, 70-ə yaxın ölkəsində isə dövlət səviyyəsində rəsmi bayram günü olaraq qeyd edilir.Əksər 1 May nümayişləri dinc şəkildə və insidentsiz başa çatsa da, bəzən planlı qarşıdurmalar da yaradılır. Bəzi ölkələrdə bayram günü nümayişə çıxan işçilərin qanı tökülür. Bunu edənlər isə 100 il öncəki kimi yenə də burjuaziyanın, azğın kapitalizmin casus provakatorlarıdır.İndiyə kimi 1 May nümayişlərində 1000-dən çox insan öldürülüb. Lakin bu qurbanlar 1 Mayı Beynəlxalq Zəhmətkeşlər Bayramı kimi qeyd edən milyonları qorxutmur. Çünki "Sosialist bacı"nın dediyi kimi, nə vaxtadək dünyada sosial ədalət, sinfi bərabərlik, insan hüquqları tam bərqərar olmayıb, o zamanadək 1 may tarixi ampluasında qeyd olunacaq...Mənbə: https://az.wikipedia.org/wiki/Beynəxalq_Əmək_günü
30 Aprel 2018
Hal-hazırda oxumaqda olduğum müəllifinin Ali Çimen olduğu "Tarixi Dəyişdirənlər" seriyasının "Tarixi Dəyişdirən Hərbçilər" kitabında məşhur strateq Sun Tsun haqqında hazırlanan bölmədə müəllifin "Hərb Sənəti" adlı kitabında belə bir maddə yer alır:"Əgər həm düşməni, həm də özünüzü yaxşı tanısanız, yüzlərlə müharibədə yüzlərlə dəfə qalib gələrsiniz. Əgər özünüzü tanıyır, düşmən haqqında məlumatınız yoxdursa; birində qələbə çalar, digərində məğlub olarsınız. Nə özünüzü, nə də düşməni tanımırsanız, hər zaman məğlub olarsınız."Bu sətirləri oxuduğumda bu maddənin müsahibəyə dəvət olunmuş namizədlər üçün də çox faydalı olacağı qənaətinə gəldim. Nəzərə alsaq ki, müsahibələr simvolik də olsa rəqiblə döyüş meydanıdır və ehtiyatlı namizədlər bu döyüşə xüsusi strategiya ilə hazırlaşırlar, o zaman yuxarıdakı maddəni namizədlər üçün şağıdakı şəkildə uyğunlaşdıra bilərik:"Əgər öz müsbət və mənfi tərəflərinizi, hədəflərinizi, karyera planınızı düzgün və məntiqli şəkildə müəyyənləşdirsəniz, yüzlərlə müsahibədə müvəffəqiyyət qazanar və növbəti mərhələyə adlarsınız. Əgər özünüzü tanıyır, ancaq görüşəcəyiniz şirkət haqqında heç bir araşdırma etmədən müsahibəyə yollansanız bir çox hallarda məyus olacaqsınız."Hörmətli namizədlər, odur ki, ən qısa zamanda hədəflərinizi, karyera planınızı, gələcəkdə işləmək istədiyiniz prioritet sahələri dəqiqləşdirin və bu məqsədlərə çatmaq üçün bir "fəaliyyət planı" hazırlayın. Müsahibəyə yollanmazdan əvvəl şirkətin yerləşdiyi məkandan tutmuş, fəaliyyət sahəsi, hədəfləri, strateji planları, rəqibləri, rəhbərliyi və s. haqqında ətraflı bir araşdırma edin. Görüşəcəyiniz mütəxəssisin kim olduğunu dəqiqləşdirib onun haqqında da mümkün olduqca çox və maraqlı məlumatlar əldə etməyə çalışın. Ancaq bu şəkildə "döyüşə" 1-0 öndə başlamaq olar.Abid Səmədov
HRclub.az
TEL: +994552200822
site by