Qanunvericilik
Əsas səhifə / Qanunvericilik
Məşğulluq hesabatlarının verilməsi qaydası təsdiq edildi
  • 3276


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 sentyabr tarixli 411 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Yeni iş yeri və ya boşalan iş yeri barədə məlumatların elektron informasiya sisteminə daxil edilməsi Qaydası və Forması

1. Ümumi müddəalar

1.1. “Yeni iş yeri və ya boşalan iş yeri barədə məlumatların elektron informasiya sisteminə daxil edilməsi Qaydası və Forması” (bundan sonra - Qayda) “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 18.3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və yeni iş yeri və ya boşalan iş yeri barədə məlumatların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsisteminə (bundan sonra - MAS) daxil edilməsi qaydasını və formasını müəyyən edir.

1.2. Bu Qaydada istifadə olunan əsas anlayışlar Azərbaycan Respublikasının Əmək Məcəlləsi, “Məşğulluq haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunları ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.

2.Yeni iş yeri və ya boşalan iş yeri barədə məlumatların əldə olunması və MAS-a daxil edilməsi

2.1. İşəgötürənlər yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən geci 5 (beş) iş günü müddətində əməkhaqqı göstərilməklə bu barədə məlumatı “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarından istifadə etməklə MAS-da formalaşdırılmış “Vakansiya Bankı”na daxil edirlər.

2.2. Qanunun 7.2-ci maddəsinə əsasən MAS işəgötürənlərin əmək müqaviləsi bildirişi və vakansiya bankının məlumatları əsasında hər bir işəgötürən üzrə ştat vahidlərinə dair cədvəl yaradır.

2.3. İşəgötürənlər boş olan iş yerlərini ləğv etdikdə, ştat vahidlərinə dair cədvəldə nəzərə alınması məqsədilə Nazirliyə bu barədə 5 (beş) iş günü müddətində rəsmi məlumat verməlidirlər. 

2.4. Bu Qaydanın 2.3-cü bəndində göstərilən müddətdə məlumatlar Nazirliyə təqdim edilmədiyi halda, həmin iş yeri MAS tərəfindən vakansiya bankına daxil edilir. 

2.5. İşəgötürənlər yeni iş yeri və ya boşalan iş yeri barədə məlumatları MAS-a bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun daxil edirlər.


Azərbaycan Respublikasının Baş Naziri

Novruz Məmmədov


Mənbə: https://cabmin.gov.az/az/document/4028/


“Yeni iş yeri və ya boşalan iş yeri barədə məlumatların elektron informasiya sisteminə daxil edilməsi Qaydası və Forması”na  Əlavə


Yeni iş yeri və ya boşalan iş yeri barədə məlumatların elektron informasiya sisteminə daxil edilməsi forması:


1. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi
2. işəgötürənin adı*
3. təşkilati hüquqi forması*
4. mülkiyyət növü (dövlət, özəl, bələdiyyə)*
5. iqtisadi fəaliyyət növü **
6. ünvanı (şəhər/rayon, küçə) *
7. elektron poçt ünvanı (olduğu halda)
8. telefonu
9. yeni iş yeri və ya boşalan iş yerinin sayı
10. yeni iş yeri və ya boşalan iş yeri, vəzifə (peşə)
11. yeni iş yeri və ya boşalan iş yerinin faktiki
yaradıldığı ünvan
12. əmək müqaviləsinin müddəti:
- müddətli;
- müddətsiz
13. əmək stajı tələbi
14. iş vaxtının növləri:
- tam iş vaxtı;
- natamam iş vaxtı;
- qısaldılmış iş vaxtı
15. əməkhaqqının məbləği (manat)
16. tələb olunan təhsil səviyyəsi:
- ümumi orta təhsil;
- tam orta təhsil;
- peşə təhsili;
- orta-ixtisas təhsili;
- ali təhsil:
- bakalavriat;
- magistratura;
- doktorantura;
- tələb olunmur
17. tələb olunan peşə (ixtisas)
18. iş yeri üzrə əmək funksiyası
19. ixtisas üzrə zəruri bilik, bacarıq və səriştələr
20. digər bilik, bacarıq və səriştələr
21. vəzifənin (peşənin) tutulma şərtləri:
- müsabiqə əsasında;
- müsahibə əsasında;
- yoxdur
22. yeni iş yeri və ya boşalan iş yerinə cəlb edilmiş şəxslərin sayı


* MEİS-dən əldə edilən məlumatlar


Qeyd. ** İqtisadi fəaliyyət növləri üzrə bölgü:


A kənd təsərrüfatı meşə təsərrüfatı və balıqçılıq
B mədənçıxarma sənayesi
C emal sənayesi
D elektrik enerjisi qaz buxar və kondisiyalaşdırılmış hava ilə təchizat
E su təchizatı çirkli suların və tullantıların təmizlənməsi
F tikinti
G topdan və pərakəndə ticarət avtomobillərinin və motosikletlərinin təmiri
H nəqliyyat və anbar təsərrüfatı
I yaşayışın təşkili və ictimai iaşə
J informasiya və rabitə
K maliyyə və sığorta fəaliyyəti
L daşınmaz əmlakla əlaqədar əməliyyatlar
M peşə elmi və texniki fəaliyyət
N inzibati və yardımçı xidmətlərin göstərilməsi
O dövlət idarəetməsi və müdafiə; sosial təminat
P təhsil
Q əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi
R istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət
S digər sahələrdə xidmətlərin göstərilməsi
T ev təsərrüfatlarının fəaliyyəti; fərdi istehlak üçün ev təsərrüfatlarının
istehsal etdiyi mal və xidmətlərə dair fəaliyyət
U toxunulmazlıq hüququ olan təşkilatların fəaliyyəti


Ümumi göstəricilər

Sənəd, Kitab və Sual gösətiriciləri

  • 500+Elektron sənəd
  • 100+Elektron kitab
  • 1000+Sual-Cavab