Qanunvericilik
Əsas səhifə / Qanunvericilik
“İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması Qaydası” təsdiq edildi
  • 3429

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

 Q Ə R A R № 327

“İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması Qaydası”nın təsdiq edilməsi və “İşsizlərin qeydiyyata alınması Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli 14 nömrəli Qərarının ləğv edilməsi barədə

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti

QƏRARA ALIR:

1. “İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. “İşsizlərin qeydiyyata alınması Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli 14 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 1, maddə 92; 2006, № 9, maddə 830; 2011, № 5, maddə 449; 2017, № 4, maddə 620) ləğv edilsin.

3. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1- ci bəndinə uyğun edilə bilər. 


Azərbaycan Respublikasının  Baş Naziri

Novruz Məmmədov


ƏTRAFLI: https://cabmin.gov.az/az/document/3893/

Ümumi göstəricilər

Sənəd, Kitab və Sual gösətiriciləri

  • 500+Elektron sənəd
  • 100+Elektron kitab
  • 1000+Sual-Cavab