Qanunvericilik
Əsas səhifə / Qanunvericilik
“Ezamiyyə xərclərinin normaları haqqında” Nazirlər Kabinetinin qərarına dəyişikliklər edildi
  • 2315

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

 Q Ə R A R № 269 

Bakı şəhəri, 20 iyun 2018-ci il

“Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR: 

1. “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 1, maddə 44, № 6, maddə 589, № 12, maddə 1118; 2011, № 1, maddə 66, № 9 maddə 854; 2013, № 2, maddə 197, № 10, maddə 1222; 2015, № 8, maddə 962; 2018, № 3, maddə 592) aşağıdakı dəyişikliklər edilsin: 1.1. 1-ci hissədə “65,0” rəqəmləri “90,0” rəqəmləri ilə, “50,0” rəqəmləri “70,0” rəqəmləri ilə və “45,0” rəqəmləri “65,0” rəqəmləri ilə əvəz edilsin; 1.2. 6-cı hissədə “10,0” rəqəmləri “15,0” rəqəmləri ilə əvəz edilsin. 

2. Bu qərar 2018-ci il iyulun 1-dən qüvvəyə minir. 

Azərbaycan Respublikasının  Baş naziri Novruz Məmmədov

Ümumi göstəricilər

Sənəd, Kitab və Sual gösətiriciləri

  • 500+Elektron sənəd
  • 100+Elektron kitab
  • 1000+Sual-Cavab