Qanunvericilik
Əsas səhifə / Qanunvericilik
Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşları tənzimləndi
  • 3297

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

Q Ə R A R № 68

Bakı şəhəri, 28 fevral 2019-cu il

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi və “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 mart tarixli 89 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

“Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 8 fevral tarixli 937 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə, dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan işçilərin əməkhaqlarının tənzimlənməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə)  2 maaşlarının məbləği bu Qərarın 1 və 2 nömrəli əlavələrinə uyğun olaraq müəyyən edilsin.

2. “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 mart tarixli 89 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 3, maddə 600) 1-ci hissəsi ləğv edilsin.

3. Bu Qərar 2019-cu il martın 1-dən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri

Novruz Məmmədov


Mənbə: https://cabmin.gov.az/az/document/3470/


  

Ümumi göstəricilər

Sənəd, Kitab və Sual gösətiriciləri

  • 500+Elektron sənəd
  • 100+Elektron kitab
  • 1000+Sual-Cavab