Qanunvericilik
Əsas səhifə / Qanunvericilik
“İşsizlikdən sığorta haqqında” Qanuna dəyişiklik edildi
  • 1629

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 8, maddə 1514) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.0.5-ci maddədə “idarəetməni” sözündən sonra “(işsizlikdən sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla)” sözləri əlavə edilsin;

1.2. 6-cı maddə üzrə:

1.2.1. 6.2.1-ci və 6.2.7-ci maddələr ləğv edilsin;

1.2.2. 6.2.11-ci maddə aşağıdakı redaksiyada verilsin:

“6.2.11. sığorta haqqının hesablanmasını və uçotunu aparmaq, hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək, habelə sığorta ödənişi üçün əsas olan sənədlərin və məlumatların qorunub saxlanmasını təmin etmək;”;

1.3. 7-ci maddə üzrə:

1.3.1. 7.1.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“7.1.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) işsizlikdən sığorta haqqı üzrə məlumat və hesabatlar almaq;”;

1.3.2. 7.1.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“7.1.3. işsizlikdən sığorta haqqı üzrə daxilolmaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə aylıq, rüblük və illik üzləşdirilməsini aparmaq;”;

1.3.3. aşağıdakı məzmunda 7.1.3-1-ci maddə əlavə edilsin:

“7.1.3-1. sığortaedənlər tərəfindən bu Qanunun tələblərinə əməl edilməsinin elektron monitorinqini aparmaq, monitorinqin nəticələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək;”;

1.4. aşağıdakı məzmunda 7-1-ci maddə əlavə edilsin:

“Maddə 7-1. İşsizlikdən sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət

İşsizlikdən sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət, işsizlikdən sığorta haqqı üzrə yaranmış borcların alınması, işsizlikdən sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş işsizlikdən sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir.”;

1.5. 10.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“10.2. İşsizlikdən sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir.”;

1.6. 19.0.5-ci maddəyə “müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra “müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin;

1.7. 23-cü maddədə “25” rəqəmləri “50” rəqəmləri ilə əvəz edilsin.

Maddə 2. Bu Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 noyabr 2018-ci il.

Ümumi göstəricilər

Sənəd, Kitab və Sual gösətiriciləri

  • 500+Elektron sənəd
  • 100+Elektron kitab
  • 1000+Sual-Cavab