Qanunvericilik
Əsas səhifə / Qanunvericilik
XYZ nəsil nəzəriyyəsi
  • 7491

Biz HR (yəni, “human resources”–insan resursları) sahəsinin mütəxəssisləri olaraq, psixoloji nöqteyi-nəzərdən hər yaş kateqoriyasına aid insanlarla kollektivdə münasibət qurmaq və formalaşdırmaq qaydalarını mütləq şəkildə bilməliyik. Çünki hər nəslin özünəməxsus iş prinsipləri, iş tələbləri, üstün və çatışmayan cəhətləri, motivasiya və stimullaşdırma prosesləri digərindən fərqlidir.

İnsan resurslarını idarə edilməsi sahəsində çalışanların əksəriyyəti “XYZ nəsil nəzəriyyəsi” termini ilə çox tez-tez qarşılaşırlar. Bu nəzəriyyə ilk dəfə 90-ci illərdə Amerika psixoloqları tərəfindən yaradılmışdır. Sonradan isə daha da inkişaf edərək, bir sıra idarəetmə və biznes strukturlarında tətbiq edilməyə başladı. Düzdür, bəziləri hələ də bu nəzəriyyəyə ciddi yanaşmır, amma dərindən araşdırdıqda doğrudan yaş kateqoriyalarının müəssisənin həm korporativ mədəniyyətinə, həm də biznes mühitinə çox ciddi şəkildə təsir etdiyini görürürk. XYZ nəsil nəzriyyəsinə görə təsnifatlandırma aşağıdakı kimidir (lakin , müxtəlif mənbələrdə bu nəsil təsnifatları arasında bəzən bir neçə il fərq ola bilər):

  1. iNəsil, Z nəsli və ya senteniallar :1996 və ondan sonra anadan olanlar. 
  2. Y nəsli və ya “millennial”lar: 1977-1995-ci illərdə anadan olanlar; 
  3. X nəsli: Born 1964-1976-cı illərdə anadan olanlar;
  4. Baby Boomerlər: 1946-1963-cü illərdə anadan olanlar; 
  5. Ənənəçilər və ya sakit nəsil: 1945-dək anadan olanlar. 

Ümumiyyətlə, bu nəsil qruplaşmasi nəyə lazımdır? Təbii ki, hər fərdin doğulduğu və yaşadığı mühit birbaşa onun psixologiyasına təsir edir. Məsələn, Amerika və ya Kanadada, Avropada anadan olmuş şəxslərlə, Azərbaycanda və ya keçmiş Sovet İttifaqı respublikalarında doğulmuş şəxslərin psixologiyasında, dünyagörüşlərində, şəxsi və iş həyatına yanaşma təzlərində fərqlər olacaqdır. Mənim üçün bu mövzu həmişə xüsusi maraq kəsb etmişdir. Apardığım araşdırmalar, oxuduğum məqalələrdən qaynaqlanaraq sonunda fikirlərimi aşağıdakı şəkildə cəmləşdirdim:

İlk olaraq “sakit nəsil” dən başlayaq. Ənənəçilər və ya sakit nəsillə iş mühitində, xüsusu ilə də müasir müəssisələrdə çox az qarşılaşırıq.  Çünki bu illərdən olanların əksəriyyət artıq təqaüddədirlər. Lakin təcrübə baxımından bu insanlar həmişə dəyərli olublar. Onlar sovet dövrünün dirçəlişini, eyni zamnda da repressiyaların dəhşətini hiss etmiş insanlardır. 

“Baby-boomer”lər (bebi-bumerləri) - demoqrafik artımın olduğu dövrdə, yəni 1946-1963-cü illərdə anadan olanlardır. II Dünya müharibəsindən sonrakı dövrlərdəki şərait, kosmosa uçuş, o dövrün böyük quruculuq işləri (məsələn, Baykal-Amur magistralının tiklməsi, yeni sənaye şəhərlərinin salınması və s.) bu insanların psixologiyasına, həyat tərzlərinə, çox təsir etmişdir.  1946-1963-cü illər arasında dünyaya gələnlər iş mühitində şəxsi inkişafa, kollektiv əmək və komanda işlərinə meylli olurlar. Burada şəxsi inkişaf deyildikdə fərdin sırf özünün yox, ümumi kollektivin inkişafına səy göstərməsi nəzərdə tutulur. Əsas devizləri “Gəncliyində işlə, yaşlananda ye” prinsipinə əsaslanıb. Güclü tərəfi sadiq, çalışqan, ünsiyyətcil, qənaətcil olmasıdır. Lakin dəyişiklikləri sevmir, texnoloji yeniliklərə meylli deyillər, poçt vasitəsilə göndərilən və alınan məktubları daha etibarlı hesab edir, kompüter proqramlarını sevmir, kağız üzərində olan sənədlərdən istifadə edir, internetdən isə sadəcə gündəlik xəbərləri oxumaq üçün istifadə edirlər. Televizora baxmağı çox sevirlər. Sosial şəbəkələrə çoz az faizi meyllidir. Ən zəif tərəfi onlara qarşı çıxan insanlara radikal münasibət bəsləmələri və tənqidi sevməmələridir. İş onlar üçün şəxsi həyatlarından və ailələrindən də önəmlidir. Avtoritet olmağı sevirlər. Səbrsizdirlər.

X nəsli (1964-1976): İş mühitində bu insanlar adətən ancaq özlərinə güvənmək, alternativ düşüncə qabiliyyəti, hərtərəfli məlumatlılıq kimi xüsusiyyətlərlə xarakterizə olunurlar. Əsas devizləri “Əvvəl özün, sonra iş”dir. Bu yaş kateqoriyasına aid olan şəxslər adətən tək fəaliyyət göstərməyi sevirlər, individual nailiyyət qazanmağa meyllidirlər. Karyera pilləkənlərində uzun illər boyunca ən aşağı vəzifədən başlayaraq yuxarıya doğru və ancaq bir istiqamətdə hərəkət edirlər. Güclü tərəfi tez adaptasiya olunan və tez öyrənə bilən olmasıdır. Hər şeyə və hər kəsə şübhə ilə yanaşırlar. Təşəbbüs irəli sürməkdənsə, onlara deyildiyi kimi işləməyi sevirlər. Müəyyən qədər texnoloji yeniliklərə açıqdırlar, kompüter proqramlarında işləməyi bacarır, yazışmalarda e-maillər  istifadə edirlər. “İş-həyat” balansını qura bilirlər. 

Y nəsli (1977-1995): Y nəsli bir sıra çətinliklərlə üzləşmiş nəsildir. SSRİ-nin dağılması, müharibə, iqtisadi problemlərlə məhz bu nəsil qarşılaşdı. Təbii ki, bu da birbaşa onların həyat və iş fəaliyyətlərinə təsirini göstərir. Bu nəslin müvəffəqiyyət düsturu fərqlidir: bir çox hallarda bu şəxslər aşağı vəzifələrdən işə başlamaq istəmirlər. Onlar dərhal yüksək əməkhaqqı ödənilən yuxarı vəzifələrə təyin olunmaq istəyirlər və bu da həmin yaş qrupunun başlıca mənfi xüsusiyyətidir. Lakin bu yaş qrupuna daxil olan şəxslər maksimum məlumatlı və bir neşə sahədə peşəkar olduqlarına görə, onları haradasa anlamaq olar. Y nəsli müasir biznesin sütunudur, çünki bu şəxslər texniki cəhətdən savadlı, artıq iş saatlarında işləməyə meylli və daim öz üzərində çalışan olurlar. 

Z nəsli – 1995-ci ildən sonra doğulanlardır. Adətən ünsiyyətcil, özünə inamlı (bəzən də özündən razı), çöxyönlü, sərbəst fəaliyyətə, əyləncəyə meylli, bununla belə təhsilini və öz üzərində işləməyi də unutmayan bir nəsildir. İş onlar üçün sadəcə həyatlarının bir parçasıdır. Dəyişikliklərə və yeni mühitə şox tez uyğunlaşırlar. Mənfi tərfləri isə nizam-intizamın olmaması, daim nəzarətdə olmaq ehtiyacıdır. İş yerlərində əsas ab-havaya diqqət yetirirlər. Bu nəsli tabletlərsiz, smatfonlarsız, ən son texnoloji yenilikllərsiz təsəvvür etmək mümkün deyil. 

Z nəslindən sonra isə artıq yeni nəsil yaranacaq və psixoloqlar artıq bu nəsli “Alfa nəsli” adlandırırlar. Hal-hazırda “alfa” nəsli formalaşmaqdadır və düşünürəm ki, onların həm şəxsi həyat, təhsil və iş həyatlarına yanaşması çox fərqli olacaqdır. 

İş mühitində hər yaş qrupundan olan şəxslər mövcuddur. Məqaləmin əvvəlində də qeyd etdiyim kimi, hər nəsil qrupunun psixologiyasına dərindən bələd olmaq işçilər arasındakı ümumi münasibətlərin də doğru tənzimlənməsinə, daxili konfliktlərin aradan qaldırılmasına, eyni zamanda hər bir işçinin iş yerində özünu dəyərli və xoşbəxt hiss etməsinə çox təsir edir. Hər bir işçi müxtəlif xarakter və psxilogiyaya malik fərd olduqundan, özünə qarşı fərdi yanaşma tələb edir. Bildiyimiz kimi, ən çox fikir ayrılıqları da adətən yaş kateqoriyaları arasında meydana gəlir. Bu məlumatları bilməklə biz həmin problemlərin aradan qalxmasına nail oluruq. 


Müəllif : HR_Sevinc Qarakişiyeva


Ümumi göstəricilər

Sənəd, Kitab və Sual gösətiriciləri

  • 500+Elektron sənəd
  • 100+Elektron kitab
  • 1000+Sual-Cavab