Qanunvericilik
Əsas səhifə / Qanunvericilik
2019-cu ildən qüvvəyə minməsi gözlənilən qanun layihələri rəsmi olaraq dərc olundu
  • 3482

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və eyni zamanda "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi 27.11.2018-ci il tarixində müzakirəyə çıxarılacaqdır


Artıq neçə vaxtdır ki, müəyyən xəbər saytlarında və sosial şəbəkələrdə geniş müzakirə obyektinə çevrilmiş qanun layihələri rəsmi olaraq Milli Məclisin saytında öz əksini tapdı. Yalnız rəsmi sayta əsaslanaraq dərc olunan qanuna dəyişikliklərin layihəsini paylaşmaq qərarına gəldik. Lakin, mətnlərin çox uzun olduğunu nəzərə alaraq keçid linklərini yerləşdirməyi daha məqsədə müvafiq hesab etdik. 

Qeyd edək ki, müvafiq dəyişikliklər Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilməklə yanaşı 2019-cu il yanvarın 1-dən 7 il müddətində qüvvədə olacaqdır.

Belə ki, qanun layihələrinin müzakirəsində iştirak etmək istəyənlər və layihələrin mətni ilə ətraflı tanış olmaq istəyənlər aşağıdakı linklərdən istifadə edə bilərlər:


1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə


2. "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə



Ümumi göstəricilər

Sənəd, Kitab və Sual gösətiriciləri

  • 500+Elektron sənəd
  • 100+Elektron kitab
  • 1000+Sual-Cavab