Qanunvericilik
Əsas səhifə / Qanunvericilik
Mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri dəyişdi
  • 3816

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

Q Ə R A R № 476

Bakı şəhəri, 7 noyabr 2018-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təkliflərinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2164; 2018, № 3, maddə 586; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 sentyabr tarixli 375 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 2523 21 000 0 alt yarımmövqeyinə aid sətrin “Tarif dərəcəsi (gömrük dəyərinə görə faizlə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütunundan “(01.11.2018-ci il tarixinədək 1 kq - 0,07 ABŞ dolları)” sözləri çıxarılsın.

2. 0207 11 100 0, 0207 11 300 0, 0207 11 900 0, 0207 12 100 0, 0207 12 900 0, 0207 13 100 0, 0207 13 200 0, 0207 13 300 0,  2 0207 13 400 0, 0207 13 500 0, 0207 13 600 0, 0207 13 700 0, 0207 13 910 0, 0207 13 990 0, 0207 14 100 0, 0207 14 200 0, 0207 14 300 0, 0207 14 400 0, 0207 14 500 0, 0207 14 600 0, 0207 14 700 0, 0207 14 910 0, 0207 14 990 0, 0407 21 000 0, 0407 90 100 0, 0407 90 900 0, 0702 00 000 0, 0703 10 190 0, 0703 10 900 0, 0707 00 050 0, 0707 00 900 0, 0802 21 000 0, 0802 22 000 0, 0806 10 100 0, 0806 10 900 0, 0808 10 100 0, 0808 10 800 0, 0808 30 100 0, 0808 30 900 0, 0810 70 000 0, 2009 12 000 0, 2009 21 000 0, 2009 31 110 0, 2009 31 190 0, 2009 31 510 0, 2009 31 590 0, 2009 31 910 0, 2009 31 990 0, 2009 41 920 0, 2009 41 990 0, 2009 50 100 0, 2009 50 900 0, 2009 61 100 0, 2009 61 900 0, 2009 71 200 0, 2009 71 990 0, 2202 99 190 1, 2508 10 000 0, 2520 10 000 0, 2523 10 000 0, 2523 29 000 0, 2523 30 000 0, 2523 90 000 0, 6809 11 000 0, 6809 19 000 0, 6810 11 100 0, 6810 11 900 0, 6810 19 000 0, 6901 00 000 0, 6902 10 000 0, 6902 20 100 0, 6902 20 910 0, 6902 20 990 0, 6902 90 000 0, 6904 10 000 0 alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə faizlə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “01.11.2018-ci il” sözləri “15.12.2019-cu il” sözləri ilə, 0407 11 000 0 alt yarımmövqeyinə aid sətrin “Tarif dərəcəsi (gömrük dəyərinə görə faizlə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “0” rəqəmi “0 (15.12.2019-cu il tarixinədək 1000 ədəd 100 ABŞ dolları)” sözləri ilə, 6907 21 900 0, 6907 22 900 0, 6907 23 900 0, 6907 30 900 0, 6907 40 900 0 alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə faizlə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “15 (01.11.2018-ci il tarixinədək 1m2 2 ABŞ dolları)” sözləri “15 (15.12.2019-cu il tarixinədək 15 faiz, lakin 1m2 -ə 2 ABŞ dollarından az olmamaqla)” sözləri ilə və 6907 21 100 0, 6907 22 100 0, 6907 23 100 0, 6907 30 100 0, 6907 40 100 0 alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə faizlə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “15” rəqəmi “15 (15.12.2019-cu il tarixinədək 15 faiz, lakin 1m2 -ə 2 ABŞ dollarından az olmamaqla)” sözləri ilə əvəz edilsin.


Azərbaycan Respublikasının Baş naziri

Novruz Məmmədov

Ümumi göstəricilər

Sənəd, Kitab və Sual gösətiriciləri

  • 500+Elektron sənəd
  • 100+Elektron kitab
  • 1000+Sual-Cavab