Human is the best capital
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” AR Qanununa dəyişiklik edildi
Əsas səhifə / BLOG / “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” AR Qanununa dəyişiklik edildi

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1109; 2017, № 11, maddə 1973; 2018, № 11, maddə 2232, № 12 (I kitab), maddə 2520; 2019, № 2, maddə 202, № 6, maddə 1006; 2020, № 3, maddə 224) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci maddədə “2021” rəqəmləri “2022” rəqəmləri ilə əvəz edilsin;

1.2. aşağıdakı məzmunda 2.1-1-ci maddə əlavə edilsin:

“2.1-1. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra yoxlayıcı orqanlar tərəfindən sahibkarların yoxlamaların dayandırıldığı dövrdəki fəaliyyəti ilə bağlı plan üzrə (növbəti) və plandankənar (növbədənkənar) yoxlamalar (bu Qanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla) aparıla bilməz.”.

Maddə 2. Bu Qanun 2021-ci il yanvarın 1-dən tətbiq edilir.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 mart 2021-ci il.


Mənbə: https://president.az/articles/50920



HRclub.az
TEL: +994552200822
site by