Human is the best capital
“İşsizlikdən sığorta haqqında” AR Qanununda dəyişiklik edildi
Əsas səhifə / BLOG / “İşsizlikdən sığorta haqqında” AR Qanununda dəyişiklik edildi

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 8, maddə 1514; 2018, № 12 (I kitab), maddə 2503; 2019, № 3, maddə 381, № 8, maddə 1382; 2020, № 5, maddə 521, № 9, maddə 1137, № 11, maddə 1322) 14.3-cü maddəsi aşağıdakı redaksiyada verilsin:

“14.3. Sığorta ödənişinin hesablanması üçün orta aylıq əməkhaqqının məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində sığortaolunanın sığorta haqları üzrə hesabatlarda olan aylıq əməkhaqqı barədə məlumatları əsasında müəyyən edilir.”


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 fevral 2021-ci il


Mənbə: https://president.az/articles/50825


HRclub.az
TEL: +994552200822
site by