Human is the best capital
Qadın əməyinin tətbiqi qadağan olunan işlərin siyahısı
Əsas səhifə / BLOG / Qadın əməyinin tətbiqi qadağan olunan işlərin siyahısı

Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yerlatı işlərin siyahısının təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habələ yeraltı işlərin siyahısı" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar müvafiq qanuna əsasən 1999-cu il iyul ayının 1-dən qüvvəyə minir.


Bakı şəhəri, 20 oktyabr 1999-cu il
№ 170


ƏTRAFLI BAX : http://www.e-qanun.az/framework/3085


 

HRclub.az
TEL: +994552200822
site by