Qanunvericilik
Əsas səhifə / Qanunvericilik
“Əmək şəraiti haqqında” rəsmi statistika hesabatı forması təsdiq edildi
  • 5166

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STATİSTİKA KOMİTƏSİ

Q Ə R A R

№ 28/06

Bakı şəhəri                                                                                      20 iyul 2018-ci il

Əmək şəraiti haqqında” 2-əmək №-li (illik) rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli, 115 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi haqqında Əsasnamə”nin 9.6-cı və 14.4-cü bəndlərini rəhbər tutaraq Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

qərara alır:

1. “Əmək şəraiti haqqında” 2-əmək №-li (illik) rəsmi statistika hesabatı forması təsdiq edilsin (əlavə 1).

2. “Əmək şəraiti haqqında” 2-əmək №-li (illik) rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş” təsdiq edilsin (əlavə 2).

3. “Əmək şəraitinin vəziyyəti, ağır və zərərli əmək şəraitində işə görə güzəşt və kompensasiyalar haqqında” 1 №-li (əmək şəraiti) illik rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2012-ci il 04 oktyabr tarixində 15201209260716 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş 2012-ci il 26 sentyabr tarixli 71/6 nömrəli qərarı (3-cü hissəsi istisna olmaqla) ləğv edilsin.

4. Qərar qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin.

5. Aparatın Əmək statistikası şöbəsinə tapşırılsın ki, bu qərardan irəli gələn məsələləri həll etsin.

6. Qərarın icrasına nəzarət Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinə həvalə edilsin.


Sədr :  Tahir Budaqov



Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2018-ci il 20 iyul tarixli 28/06 nömrəli qərarı ilə təsdiq edilmişdir. 







2-əmək №-li forma
İllik



R Ə S M İ   S T A T İ S T İ K A   H E S A B A T I
Əmək şəraiti haqqında
“Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hesabat forması üzrə məlumatların konfidensiallığına zəmanət verilir və onlardan yalnız ümumiləşdirilmiş şəkildə istifadə ediləcəkdir.



Hesabat təqdim edən statistik vahidin:

adı________________________________________

___________________________________________

ünvanı____________________________________
rayon (şəhər)

___________________________________________
qəsəbə, kənd

Hesabat formasının
kodu
Statistik vahidin identifikasiya (statistik) kodu

VÖEN

03102113




Hesabatı sənaye, tikinti, nəqliyyat və anbar təsərrüfatı, informasiya və rabitə sahələri üzrə fəaliyyət göstərən bütün hüquqi şəxslər (onların filial və nümayəndəlikləri) mart ayının 15-dəkelektron formada, real vaxt rejimində Dövlət Statistika Komitəsinin internet səhifəsində (www.stat.gov.az) təqdim edirlər.


Hesabat forması və onun doldurulmasına dair rəy və təkliflərinizi Azərbaycan Respublikasının  Dövlət Statistika Komitəsinə göndərə və ölkə üzrə bu sahədə yekun məlumatları Komitənin internet səhifəsindən əldə edə bilərsiniz.
Elektron poçt ünvanı: hesabat@azstat.org

20____il üçün


   I bölmə. Əmək şəraitinin vəziyyəti


Göstəricinin adı
Sətrin kodu
Cəmi, nəfər
onlardan
qadınlar

1-ci sütundan
yaşı 18-dən az olanlar
A
B
1
2
3





İşçilərin orta illik sayı (3 yaşına çatmamış uşağa qulluq etmək üçün sosial məzuniyyətdə olanlardan başqa)

01



    onlardan fəhlələr
02



İş yerində sanitariya-gigiyena normalarına cavab verməyən şəraitdə işləyənlər

03



03-cü sətirdən:
səs-küyün normadan artıq olduğu iş şəraitində işləyənlər

04



vibrasiyanın (titrəmənin) normadan artıq olduğu iş şəraitində işləyənlər

05



zərərli kimyəvi maddələrin normadan artıq olduğu iş şəraitində işləyənlər

06



şüalanmanın normadan artıq olduğu iş şəraitində işləyənlər
07



istehsalat tozunun normadan artıq olduğu iş şəraitində işləyənlər
08



Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işləyənlər
09



Əməyin təhlükəsizliyi tələblərinə uyğun olmayan avadanlıqlarda işləyənlər
10




II bölmə.  Əlverişli olmayan əmək şəraitində çalışan işçilərin əməyinin ödənilməsində təyin olunmuş güzəşt və kompensasiyalar


Göstəricinin adı
Sətrin
kodu
İşçilərin orta sayı, nəfər
İşçilərə ödənilən kompensasiyanın məbləği, manat
Cəmi
onlardan
qadınlar
A
B
1
2
3
Əlverişli olmayan əmək şəraitində işə görə təyin olunmuşdur:









- zərərli və ağır istehsalatların, peşə və vəzifələrin siyahısına uyğun olaraq əlavə məzuniyyətlər
11



- işəgötürən tərəfindən verilmiş əlavə məzuniyyətlər
12



- qısaldılmış iş vaxtı
13



- pulsuz müalicə-profilaktik yeməklərlə təmin olunması
14



- süd və ona bərabər tutulan digər məhsulların pulsuz verilməsi
15



- əmək haqqına əlavə
16



- digər əlavə ödəmələr
17



Əlverişli olmayan əmək şəraitində işləyən işçilərdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alanlar:
                                                                                  18     


               x
   o cümlədən:




   - dağ-mədən işlərində
19


x
-    metallurgiya istehsalatı (əlvan metallar da daxil olmaqla) işlərində
20


x
- kimya istehsalatı işlərində
21


x
- tikinti materialları istehsalı işlərində
22


x
- digər sahələr üzrə işlərdə
23


x
11-17-ci sətirlərdə sadalanmış güzəşt və kompensasiya növlərindən ən azı biri təyin olunan işçilər
24


x


1) Hesabatın tərtib olunmasına sərf edilən vaxt ________  (adam-saat)

____________________________________                                         ___________________________
     İcraçının vəzifəsi, soyadı, tel. nömrəsi                                                             Rəhbərin soyadı, imzası





“____”  _____


“Əmək şəraiti haqqında” 2-əmək №-li (illik) rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstərişlər daha ətarflı aşağıdakı linkdə:

http://e-qanun.az/framework/39698 

Ümumi göstəricilər

Sənəd, Kitab və Sual gösətiriciləri

  • 500+Elektron sənəd
  • 100+Elektron kitab
  • 1000+Sual-Cavab