Human is the best capital
Ezamiyyə xərclərinin hesabnlanması qaydasında dəyişikliklə bağlı 27.01.2021-ci il tarixli 13 № li Qərarına dair İZAH
Əsas səhifə / BLOG / Ezamiyyə xərclərinin hesabnlanması qaydasında dəyişikliklə bağlı 27.01.2021-ci il tarixli 13 № li Qərarına dair İZAH

Ezamiyyə xərclərinin hesabnlanması qaydasında dəyişiklik edildi

Nazirlər Kabineti ezamiyyə xərcləri ilə bağlı müvafiq normativ aktda dəyişiklik edib. Dəyişikliyə əsasən bundan sonra ölkə daxilində ezamiyyə dövründə mehmanxana xərcləri barədə təsdiqləyici sənədlər olmadığı hallarda da xərclərin 1 günlük normasının 80 faizi mehmanxana xərcləri kimi rəsmiləşdiriləcək.

Qeyd edək ki, indiyə qədər Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda, xərclərin 1 günlük normasının 50 faizi ödənilirdi.

Xatırladaq ki, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 90,0 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70,0 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65,0 manatdır.



https://nk.gov.az/az/article/1368/


HRclub.az
TEL: +994552200822
site by