Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqındaZaur NovruzovZaur.Novruzov302017-12-29T13:19:00Z2018-01-05T14:08:00Z1104598Home4170111.0000Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqındaAZƏRBAYCAN RESPUBLİKASININ QANUNUAzərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat məbləğində müəyyən edilsin.Maddə 2. Qanunun qüvvəyə minməsiBu Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.İlham ƏLİYEV,Azərbaycan Respublikasının PrezidentiBakı şəhəri, 1 dekabr 2017-ci il№ 906-VQ