“Tibbi müayinə kartı” sisteminin tətbiqi Qaydaları” nın təsdiq edilməsi haqqındauser05user302015-02-09T08:43:00Z2015-09-21T06:12:00Z17524293NCSC3510503511.0000“Tibbi müayinə kartı” sisteminin tətbiqi Qaydaları” nın təsdiq edilməsi haqqındaAZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARIAzərbaycan Respublikası Səhiyyə Nazirliyinin Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 13 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2014-cü il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 747) ilə preambulasında “İnformasiya Texnologiyaları” sözləri “Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.1. “Tibbi müayinə kartı” sisteminin tətbiqi Qaydaları” təsdiq edilsin (əlavə olunur).2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏBakı şəhəri, 12 iyun 2006-cı il№ 142Azərbaycan Respublikası Nazirlər Kabinetinin2006-cı il 12 iyun tarixli 142 nömrəli qərarı iləTƏSDİQ EDİLMİŞDİR“Tibbi müayinə kartı” sisteminin tətbiqiQA YD AL AR I1. ÜMUMİ MÜDDƏALAR1.1. Bu Qaydalar “Tibbi müayinə kartı” (bundan sonra - müayinə kartı) sisteminin aparılması qaydalarını müəyyən edir.1.2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tətbiq olunan tibbi müayinə kartları müxtəlif sahələrdə çalışan və işə daxil olarkən və ya sonradan dövri tibbi müayinədən keçməsi tələb olunan vətəndaşların (obliqat qrupların) tibbi müayinədən keçmələri barədə məlumatı özündə saxlayan, mikroprosessorlu çip ilə təchiz edilmiş və saxtalaşdırılması mümkün olmayan kartlardır.1.3. Müayinə kartı sisteminə daxil edilmiş informasiya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnformasiya Mərkəzində cəmləşdirilir.1.4. Müayinə kartına yazılmış informasiya tibbi müayinələrin keçirildiyi tibb müəssisələrində və gigiyena və epidemiologiya mərkəzlərində (bundan sonra - tibb müəssisələri) kompüterlərə qoşulmuş xüsusi qurğular vasitəsilə oxunur və dəyişdirilir.2. MÜAYİNƏ KARTI SİSTEMİNİN STRUKTURU2.1. Müayinə kartı sistemi Mərkəzi İnformasiya Bazasının və müvafiq tibb müəssisələrində qurulmuş proqram təminatlarından, müəssisənin personal kompüterinə qoşulmuş xüsusi oxuyucu qurğudan və elektron kartlardan ibarətdir.2.2. Tibb müəssisəsinin rəhbəri tərəfindən müayinə kartı sisteminin proqramı ilə işləmək hüququ verilən əməkdaş proqrama daxil olaraq, kart sahibinin kartında əməliyyatlar aparır. Aparılmış əməliyyatlar haqqında məlumat proqramda qeyd olunur.2.3. Gün ərzində aparılan əməliyyatlar elektron şəkildə İnformasiya Mərkəzinə göndərilir.3. MÜAYİNƏ KARTI SİSTEMİNDƏ SAXLANILAN İNFORMASİYA NÖVLƏRİ3.1. Obliqat qruplarına daxil olan şəxslərin tibbi müayinədən keçmələrinin qeydiyyatı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnformasiya Mərkəzinin müayinə kartlarının elektron registri bankında aparılır.3.2. Registrə və karta Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş məlumatlar daxil edilir.4. MÜAYİNƏ KARTLARININ HAZIRLANMASI VƏ VERİLMƏQAYDALARI4.1. Müayinə kartları Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyənləşdirilmiş, xüsusi avadanlıqlarla təmin olunmuş müəssisələrdə hazırlanır və fiziki şəxslərə verilməsi üçün tibb müəssisələrinə paylanılır.4.2. Müayinə kartı tibb müəssisələri tərəfindən obliqat qruplarına daxil olan şəxslərin sağlamlığı haqqında təqdim edilmiş məlumatlar əsasında tərtib edilir.4.3. Müayinənin nəticələrini tibb müəssisəsi yerində yeniləşdirə bilmədiyi təqdirdə, bu dəyişiklik İnformasiya Mərkəzinə göndərilir və kart sahibinin kartına tibb müəssisəsi tərəfindən sonradan daxil edilir.4.4. Müayinə kartını itirən və ya kartı zədələnmiş şəxslər üçün yeni kart hazırlanır və İnformasiya Mərkəzində saxlanılan informasiya yeni kartın yaddaşına yazılır. İtirilmiş və ya zədələnmiş kartlar istifadəsi qadağan olunmuş kartlar siyahısına daxil edilərək, İnformasiya Mərkəzinə göndərilir və bloklanır.5. MÜAYİNƏ KARTININ SAHİBİ HAQQINDA İNFORMASİYANIN ƏLDƏ EDİLMƏSİ VƏ ONUN MƏXFİLİYİ5.1. Müayinə kartının sahibi haqqında informasiyanın əldə edilməsi və dəyişikliklərin aparılması məqsədilə sistemə yalnız tibb müəssisəsinin rəhbərliyi tərəfindən müvafiq icazəsi olan şəxslər daxil ola bilər.5.2. Qanunla müəyyənləşdirilmiş konfidensial məlumatların yayılması qadağandır.6. MÜAYİNƏ KARTI SİSTEMİNİN TƏCHİZATI VƏ MALİYYƏLƏŞDİRİLMƏSİ6.1. Müayinə kartı sisteminin fəaliyyəti üçün tibb müəssisələri avadanlıqla və digər ləvazimatlarla təchiz olunurlar.6.2. Müayinə kartı sisteminin tətbiqi üçün tələb olunan xərclər müvafiq illər üzrə dövlət büdcəsinin “səhiyyə” bölməsinin mərkəzləşdirilmiş xərclərində nəzərdə tutulmuş vəsait dairəsində həyata keçirilir.Müayinə kartları tibbi müayinədən keçənlərin hesabına əldə olunur.Tibbi müayinə kartlarının qiyməti mövcud qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilir. İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI13 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2014-cü il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 747)QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI