"QEYDƏ ALINMIŞDIR"user7user73102009-01-06T06:26:00Z2009-01-09T12:19:00Z1389022178MOJ184522601611.5604"QEYDƏ ALINMIŞDIR"Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Qeydiyyat № 2687 "3" may 2001-ci ilNazir___________________F.F.Məmmədov "TƏSDİQ EDİLMİŞDİR"Azərbaycan RespublikasıMaliyyə NazirliyiƏmr № i-44"25" aprel 2001-ci ilNazir_____________Ə.Ələkbərov"RAZILAŞDIRILMIŞDIR"Azərbaycan Respublikası Əmək və Əhalinin SosialMüdafiəsi Nazirliyi"24" aprel 2001-ci ü№ 07/11-354 Nazir_________________Ə.NağiyevİŞÇİLƏRİN EZAMİYYƏ QAYDALARII Ümumi müddəalar1. Dövlət Hakimiyyəti orqanının, müəssisə, idarə və təşkilatın rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır.Daimi işi yolda olan və ya gediş - gəliş yaxud nəzəri xarakter daşıyan işçilərin xidməti gedişi ezamiyyət sayılmır.2. Dövlət Hakimiyyəti orqanının, müəssisə, idarə və təşkilatların işçilərinin ezamiyyətə göndərilməsi həmin orqanların və təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir və 1 nömrəli əlavəyə uyğun formada ezamiyyət vəsiqəsi verilməklə bərabər əmrlə rəsmiləşdirilir.Əmrdə qarşı tərəf ezamiyyə xərclərinin ödənilməsini öz üzərinə götürdüyü hallarda ezamiyyə xərclərinin ödənilməsi ilə bağlı müddəalar öz əksini tapmalıdır. 14 aprel 2005-ci il tarixli İ-45 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Əmri (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2005-ci il, № 04) ilə Qaydaların I bölməsinin 2-ci bəndinə yeni abzas əlavə edilmişdir.3. İşçilərin tabeçilik qaydasında yuxarı təşkilata və ya xarici ölkələrə xidmət ezamiyyətləri qarşılıqlı razılaşma və yaxud qarşı tərəfin dəvəti əsasında həyata keçirilir.4. İşçilərin ezamiyyət müddəti dövlət hakimiyyəti orqanlarının, müəssisə, idarə və təşkilatların rəhbərləri tərəfindən təyin edilir, lakin yolda olduğu müddət hesaba alınmamaqla bu müddət 40 gündən yuxarı ola bilməz (Azərbaycan Respublikasının xarici ölkələrdə olan Səfirlikləri, Konsulluqları, Nümayəndəlikləri və Beynəlxalq təşkilatlarda çalışan işçilər və nümayəndələr istisna olmaqla).Təftiş və yoxlamalarla əlaqədar olaraq ezamiyyət müddəti müstəsna hallarda müvafiq orqanın rəhbərinin rəsmi icazəsi ilə təftiş və yoxlama qurtarana qədər artırıla bilər.Quraşdırma, sazlama və tikinti işlərinin yerinə yetirilməsi üçün göndərilən fəhlələrin, rəhbər və mütəxəssislərin ezamiyyət müddəti müvafiq işlərin görülməsi müddətindən asılı olaraq müəyyən edilir.5. Ezam olunan işçiyə ezamiyyətə getməzdən əvvəl yol, kommunal və gündəlik yemək xərclərinin ödənilməsi üçün pul avansı verilir. İşçi ezamiyyətdən qayıtdıqdan sonra ezamiyyət ilə əlaqədar xərclədiyi vəsaitlərin məbləği haqqında 3 gün ərzində avans hesabatı təqdim etməyə borcludur.Müəyyən olunmuş qaydada rəsmiyyətə salınmış ezamiyyət vəsiqəsi, yaşayış yerinin kirayə edilməsi və gediş-gəliş xərcləri haqqında sənədlər avans hesabatına əlavə edilir.Bu qaydalarda nəzərdə tutulan normalar daxilində ezamiyyət xərcləri büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda onlara bu məqsəd üçün ayrılan vəsaitdən ödənilir.Digər müəssisə, idarə və təşkilatlarda təsdiq olunmuş normalar daxilində ezamiyyət xərcləri məhsulun (işin və xidmətlərin) maya dəyərinə daxil edilir.Lazım olan hallarda bu müəssisə, idarə və təşkilatlar sərəncamlarında qalan mənfəət hesabına ezamiyyətlər üçün mövcud normalardan artıq vəsait ödəyə bilərlər.8. Ezamiyyət yerində olmanın faktiki müddəti, ezamiyyət yerinə gəlmə və ezamiyyət yerindən getmə haqqında ezamiyyət vəsiqəsində edilən qeydlər üzrə müəyyən edilir. Əgər işçi müxtəlif yaşayış məntəqələrinə ezam olunmuşsa, gəlmə günü və getmə günü haqqında hər məntəqədə ayrıca qeyd edilir.Xarici ölkələrə xidməti ezamiyyətlər zamanı ezamiyyət yerinə gəlmə və ezamiyyət yerindən getmə haqqında ezamiyyət vəsiqəsində qeydlər edilməsi mümkün olmadığı halda ezamiyyətə getmək barəsində verilmiş rəsmi əmr və ölkədən çıxıb, ölkəyə qayıtmaq barədə şəxsiyyəti təsdiq edən sənəddə səlahiyyətli orqanlar tərəfindən edilən müvafiq qeyd ezamiyyət müddəti üçün əsas götürülə bilər.Dövlət hakimiyyəti orqanlarında, müəssisə, idarə və təşkilatlarda ezamiyyətə göndərilən və ezamiyyətdən qayıdan işçilərin müvafiq qaydada qeydiyyatının uçotu kitabı aparılmalıdır. Həmin kitabda ezam edilən və ezamiyyətdən qayıdan işçinin vəzifəsi, adı, soyadı, ezamiyyə vəsiqəsinin nömrəsi, onu təsdiq edən şəxsin adı, soyadı, vəzifəsi, ezam edilən təşkilatın adı, faktiki gediş və gəliş xərcləri, ezam edilən şəxsin imzası qeyd olunmalıdır.9. Nəqliyyat vasitələrinin yola düşdüyü gün ezamiyyətə gedən gün, nəqliyyat vasitəsinin daimi iş yeri yerləşən yaşayış məntəqəsinə gəldiyi gün isə ezamiyyətdən qayıdan gün sayılır. Nəqliyyat vasitəsi saat 24-ə kimi (saat 24-də daxil olmaqla) yola düşərsə ezamiyyətə gedən gün cari gün, 00-saatdan sonra isə sonrakı günlər sayılır. Əgər nəqliyyat vasitəsinin yola düşdüyü yer yaşayış məntəqəsindən kənarda yerləşərsə, həmin yerə getmək üçün lazım olan vaxt nəzərə alınır. İşçinin daimi iş yerinə qayıtması günü eyni qayda ilə təyin edilir.10. Ezamiyyətdə olduğu vaxt, o cümlədən yolda olduğu vaxt üçün ezam olunan işçinin əsas iş yeri (vəzifəsi) və orta aylıq əmək haqqı saxlanılır.Ezamiyyətdə olduğu vaxtda işçinin istifadə etmədiyi istirahət günlərinin əvəzinə ezamiyyətdən qayıtdıqdan sonra istirahət günləri verilmir.Müvafiq orqanların rəhbərlərinin tapşırığı ilə işçi istirahət günü ezam olunarsa, işçiyə həmin günün əvəzində əlavə istirahət günü verilir.Ezam olunan işçilərə ezam olunduqları təşkilatların iş və istirahət vaxtının rejimi tətbiq edilir.Əvəzçilik üzrə işləyən işçi ezam olunan zaman onun orta aylıq əmək haqqı onu ezam edən idarəetmə orqanında, müəssisə, idarə və təşkilatda saxlanılır. Əgər işçi əsas və əvəzçiliklə işlədiyi iş yeri üzrə eyni vaxtda ezam olunarsa, bu halda onun orta aylıq əmək haqqı hər iki iş yerində tutduğu vəzifə üzrə saxlanılır, ezamiyyət xərcləri isə müvafiq razılığa əsasən ezamiyyətə göndərən təşkilatlar arasında bölüşdürülür.11. Ezam olunan işçiyə yaşayış yerinin kirayəsi üçün kommunal xərcləri, ezam olunma yerinə getmək və daimi iş yerinə qayıtmaq üçün yol xərci və gündəlik yemək xərci ödənilir.Kommunal xərci üzrə müəyyən edilmiş norma daxilində mehmanxanalarda işçiyə göstərilən əlavə xidmətlərin xərci də ödənilə bilər. 14 aprel 2005-ci il tarixli İ-45 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Əmri (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2005-ci il, № 04) ilə Qaydaların I bölməsinin 11-ci bəndinə yeni abzas əlavə edilmişdir.12. Ezam olunma yerinə getmək və daimi iş yerinə qayıtmaq üçün nəqliyyat xərcləri təqdim edilən sənədlər əsasında ümumi istifadədə olan hava, dəmir yolu, su və avtomobil (taksidən başqa) nəqliyyatı ilə gedişin dəyərlə miqdarında ödənilir. Bu vaxt işçiyə nəqliyyatda sərnişinlərin icbari sığorta üzrə tədiyyələri, biletlərin qabaqcadan satışı üzrə xidmətin ödənilməsi, qatarlarda yatacaq ləvazimatlarından istifadə üçün xərclər də ödənilir.Ezam olunan işçiyə yaşayış məntəqəsindən kənarda yerləşən vağzala, limana (bərəyə) və təyyarə meydanına getmək üçün ümumi istifadədə olan nəqliyyat (taksidən başqa) üzrə xərclər ödənilir.Təsdiqedici sənədlər təqdim olunmayan hallarda, gediş-gəliş üzrə nəqliyyat xərcləri dəmir yolu, avtomobil və su nəqliyyatının ən aşağı tarifləri miqdarında ödənilir.13. Ezam olunmuş işçi əmək qabiliyyətini müvəqqəti itirdiyi halda, ona ümumi əsaslarla yaşayış yerinin kirayəsi üzrə (ezam olunan işçinin stasionar müalicədə olduğu hallardan başqa) xərclər ödənilir və səhhətinə görə ona həvalə olunmuş xidməti tapşırığı yerinə yetirmək və yaxud daimi yaşayış yerinə qayıtmaq imkanı olmadığı bütün dövr ərzində, lakin altı aydan artıq olmamaqla, gündəlik yemək xərci verilir.Ezam olunmuş işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, həmçinin də səhətinə görə daimi yaşayış yerinə qayıtmaq imkanı olmaması, səhiyyə xidmətləri tərəfindən müəyyən olunmuş qaydada təsdiq edilməlidir.Əmək qabiliyyətini müvəqqəti itirdiyi dövr üçün ezam olunan işçiyə ümumi əsaslarla əmək qabiliyyətini müvəqqəti itirməsi üzrə müavinət verilir. Əmək qabiliyyətini müvəqqəti itirdiyi günlər ezamiyyətin müddətinə daxil edilmir.II Respublika ərazisi daxilində ezamiyyələr:1. İşçilərin respublika nazirliklərinə, komitələrinə, baş idarələrinə, yaxud tabeçilik qaydasında digər yuxarı orqanlara ezamiyyət müddəti yolda olduğu vaxt nəzərə alınmadan 5 gündən artıq olmamalıdır.Ezamiyyət müddətinin müstəsna hallarda, işçini ezam edən orqanın rəhbərinin rəsmi icazəsi ilə əlavə 5 gün artırılmasına icazə verilir. 23 yanvar 2006-cı il tarixli İ-03 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Əmri (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2006-cı il, № 01-02-03) ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin aşağıdakı normativ hüquqi aktlarının əsas mətnində və/və ya əlavələrində mütləq rəqəmlərlə müəyyən olunan məbləğlər 5000 manata bölünməklə nəzərə alınmışdır, «min manat» sözləri «manat» sözü ilə əvəz edilmişdir.2. Mehmanxana xərcləri ezam edilən işçiyə ezam olunan yerə gələn gündən oradan gedən günə qədər təqdim edilən sənədlər əsasında aşağıdakı məbləğdə ödənilir: 14 aprel 2005-ci il tarixli İ-45 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Əmri (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2005-ci il, № 04) ilə Qaydaların II bölməsinin 2-ci bəndinin 1-ci abzası yeni məzmunda verilmişdir və 2-ci abzas çıxarılmışdır.Əvvəlki redaksiyada deyilirdi:Mehmanxana xərcləri ezam edilən işçiyə ezam olunan yerə gələn gündən oradan gedən günə qədər təqdim edilən sənədlər əsasında (Bakı şəhərində 1 gündə 60.0 min manat, respublikanın digər şəhər və rayon mərkəzlərində, şəhər tipli qəsəbələrində və kənd yerlərində 1 günə 30.0 min manatdan artıq olmamaqla) ödənilir.Bakı şəhərində16 manatGəncə , Sumqayıt və Naxçıvanşəhərlərində12 manatRespublika tabeli digərşəhərlərdə8 manatRayon mərkəzlərində,şəhər tipli qəsəbələrdə vəkəndlərdə6 manatBu norma daxilində mehmanxanalarda işçiyə göstərilən əlavə xidmətlərin xərci də ödənilə bilər.Müvafiq sənədlərlə təsdiq edilmiş yolda məcburi dayanma vaxtı üçün yaşayış yerinin kirayəsi üzrə xərclər bu bənddə nəzərdə tutulmuş norma ilə ödənilir.Yaşayış yerinin kirayəsi üzrə təsdiqedici sənədlər təqdim edilməyən hallarda kommunal xərcləri müvafiq normanın 50 faizi miqdarında ödənilir.3. Respublika daxilinə ezam olunan işçiyə gündəlik xərclər (yemək xərcləri) ezamiyyətdə olduğu hər gün üçün 3 manat miqdarında ödənilir. Bu xərclər işçinin ezamiyyətdə olduğu istirahət və bayram günləri, həmçinin yolda olduğu günlər, o cümlədən yolda məcburi dayanma vaxtı üçün də ödənilir. 23 yanvar 2006-cı il tarixli İ-03 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Əmri (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2006-cı il, № 01-02-03) ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin aşağıdakı normativ hüquqi aktlarının əsas mətnində və/və ya əlavələrində mütləq rəqəmlərlə müəyyən olunan məbləğlər 5000 manata bölünməklə nəzərə alınmışdır, «min manat» sözləri «manat» sözü ilə əvəz edilmişdir.4. Özünün daimi yaşayış yerinə hər gün qayıtmaq imkanı olan ezam olunan işçiyə belə bir yerə ezam olunduğu zaman gündəlik yemək xərci ödənilmir.İşçinin hər gün ezam olunma yerindən özünün daimi yaşayış yerinə qayıda bilməsi məsələsi hər bir konkret halda məsafənin uzaqlığı nəqliyyat əlaqəsinin şəraiti, yerinə yetirilən tapşırığın xarakteri, həmçinin də işçiyə istirahət üçün şərait yaradılmasının vacibliyi nəzərə alınmaqla ezam olunan işçinin işlədiyi dövlət hakimiyyəti orqanının, müəssisə, idarə və təşkilatın rəhbəri tərəfindən həll edilir.5. Quraşdırma, sazlama və tikinti işlərinin yerinə yetirilməsi üçün ezam olunan fəhlələrə, rəhbərlərə və mütəxəssislərə ezam olunma yerində olduğu bütün vaxt üçün gündəlik yemək xərci 3 manat məbləğində ödənilir. 23 yanvar 2006-cı il tarixli İ-03 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Əmri (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2006-cı il, № 01-02-03) ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin aşağıdakı normativ hüquqi aktlarının əsas mətnində və/və ya əlavələrində mütləq rəqəmlərlə müəyyən olunan məbləğlər 5000 manata bölünməklə nəzərə alınmışdır, «min manat» sözləri «manat» sözü ilə əvəz edilmişdir.Göstərilən işçilərə gediş-gəliş üçün xərclər bu qaydalarda nəzərdə tutulmuş qaydada gediş-gəliş sənədləri əsasında ödənilir və yolda olduğu vaxt üçün onlara gündəlik yemək xərci verilir.Ezamiyyətin müddətindən asılı olmayaraq göstərilən işçilərə yaşayış yerinin kirayəsi üzrə xərclərin ödənilməsi, həmin xərcləri təsdiq edən sənədlər əsasında, bu qaydaların 2-ci bölməsinin 2-ci bəndi ilə nəzərdə tutulmuş normalar üzrə ödənilir.6.Büdcədən maliyyələşdirilən dövlət orqanlarında işin xüsusiyyətləri ilə əlaqədar olaraq Azərbaycan Respublikası ərazisi daxilində xidməti minik avtomobilləri ilə xidməti ezamiyyətə gedilməsi zəruri olan hallarda avtomobil nəqliyyatı vasitələri üçün müəyyən edilmiş aylıq yürüş həddindən artıq yol qət edildiyi təqdirdə sərf edilən yanacağın dəyəri təsdiqedici sənədlər əsasında ezamiyyə xərcləri üçün nəzərdə tutulmuş vəsaitlər hesabına yol xərci kimi ödənilir. 14 aprel 2005-ci il tarixli İ-45 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Əmri (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2005-ci il, № 04) ilə Qaydaların II bölməsinin 5-ci bəndindən sonra yeni 6-cı bənd əlavə edilmişdir.7. Quraşdırma, sazlama və tikinti işlərində ezamiyyət xərcləri aşağıdakı hallarda verilmir: 14 aprel 2005-ci il tarixli İ-45 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Əmri (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2005-ci il, № 04) ilə Qaydaların II bölməsinin 6-cı və 7-ci bəndləri müvafiq olaraq 7-ci və 8-ci bəndlər hesab edilmişdir.- quraşdırma, sazlama və tikinti işlərinin aparıldığı yerlərdə işə qəbul olunan işçilərə;- məzuniyyətdə olduğu vaxt, həmçinin üzürsüz səbəbdən işə çıxmadığı günlər üçün;- quraşdırma, sazlama və tikinti işləri aparılan yerdən kənarda, dövlət yaxud ictimai vəzifələri icra etdiyi vaxt üçün;Ezamiyyət xərcləri işçinin quraşdırma, sazlama və tikinti işlərində olduğu müddətdə hər bir təqvim günü üçün hesablanılır.8. Respublika ərazisində müəssisə, idarə və təşkilatların işçilərinə aşağıdakı hallarda gündəlik yemək xərci əvəzinə hər gün 3 manat miqdarında vəsait ödənilir. 23 yanvar 2006-cı il tarixli İ-03 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Əmri (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2006-cı il, № 01-02-03) ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin aşağıdakı normativ hüquqi aktlarının əsas mətnində və/və ya əlavələrində mütləq rəqəmlərlə müəyyən olunan məbləğlər 5000 manata bölünməklə nəzərə alınmışdır, «min manat» sözləri «manat» sözü ilə əvəz edilmişdir.- daimi iş vaxtı yolda olanlara və ya gediş-gəliş xarakteri daşıyanlara;- istehsalatda növbə (vaxta) metodu ilə işləyənlərə; 14 aprel 2005-ci il tarixli İ-45 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Əmri (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2005-ci il, № 04) ilə Qaydaların II bölməsinin 8-ci bəndinin 3-cü abzasında “növbə” sözündən sonra “(vaxta)” sözü əlavə edilmişdir.- çöl təşkilatlarında çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) və çöl təminatı ödənilməyən işçilərə; 14 aprel 2005-ci il tarixli İ-45 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Əmri (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2005-ci il, № 04) ilə Qaydaların II bölməsinin 8-ci bəndinin 4-cü abzas yeni məzmunda verilmişdir.Əvvəlki redaksiyada deyilirdi:- çöl təminatı ödənilməyən təşkilatlarda işləyənlərə;III Xarici ölkələrə ezamiyyələr :1. Xarici ölkələrdə ezamiyyətdə olduğu müddətdə işçiyə ezamiyyət xərcləri bu “Qaydalar”ın 2 nömrəli əlavəsində nəzərdə tutulan gündəlik xərclər və mehmanxana xərclərinin normalarına əsasən (faktiki sənəd əsasında) ödənilir.Hesablarında valyuta vəsaiti olmayan büdcə təşkilatlan xarici ezamiyyə xərclərini, bu məqsəd üçün büdcədə nəzərdə tutulmuş vəsaitləri mövcud qanunvericiliyə uyğun olaraq xarici valyutaya çevirməklə ödəyə bilərlər,2. Xarici ölkələrə ezam edilən şəxslərə nəzərdə tutulan normalara əsasən ödənilən ezamiyyət xərclərindən başqa ezamiyyət zamanı təsdiqedici sənən tələb edilmədən 20 ABŞ dolları məbləğində birdəfəlik ölkədaxili nəqliyyat xərcləri verilir.- Bu xərcin məbləği təsdiqedici sənədlər təqdim olunduğu təqdirdə 40 ABŞ dollarına qədər artırıla bilər. 14 aprel 2005-ci il tarixli İ-45 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Əmri (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2005-ci il, № 04) ilə Qaydaların III bölməsinin 2-ci bəndinə abzas əlavə edilmişdir.İşçi ezamiyyətə getdiyi və həmin gün Azərbaycan Respublikasına qayıtdığı halda ona nəzərdə tutulmuş gündəlik xərc normasının 50 faizi həcmində vəsait ödənilir.İşçi xarici ölkə ərazisi ilə getdiyi zaman ondan asılı olmayan səbəblərə görə tam 1 gün və artıq müddətə yolda ləngiyirsə, həmin müddət üçün ona gündəlik xərclər və mehmanxana xərcləri ərazisində ləngidiyi ölkə üçün müəyyən edilmiş normalar üzrə ödənilir.Üzürsüz səbəbdən yolda yubandığı vaxt üçün işçiyə gündəlik və kommunal xərcləri ödənilmir.5. Bütün ezamiyyə xərclərini qarşı tərəf öz üzərinə götürdüyü hallarda işçiyə müvafiq xərclər ödənilmir.Xarici ölkəyə xidməti ezamiyyətə gedən işçiləri əvvəlcədən razılaşmaya əsasən qarşı tərəf pulsuz yeməklə təmin edərsə, onda işçiyə hər gün üçün həmin ölkə üzrə müəyyən olunmuş gündəlik xərc normasının 30 faizi məbləğində xərclər ödənilir. 14 aprel 2005-ci il tarixli İ-45 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Əmri (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2005-ci il, № 04) ilə Qaydaların III bölməsinin 5-ci bəndinin 2-ci abzası və 6-cı bəndinin 1-ci abzası çıxarılmışdır.6. Yaşayış yerinin kirayəsi üçün təsdiqedici sənədləri təqdim olunmadıqda ezam olunan işçiyə kommunal xərcləri müvafiq normanın 50 faiz miqdarında ödənilir.Ezamiyyə zamanı işçi pulsuz yaşayış yeri ilə təmin olunduqda kommunal xərci ödənilmir.7. Nəqliyyat xərcləri təsdiqedici sənədlər əsasında hava nəqliyyatı üçün “ekanomik klass”, dəmir yol nəqliyyatı üçün “4 yerli kupe vaqon” tariflərindən artıq olmamaqla ödənilir.Nəqliyyat xərcləri ilə bağlı təsdiqedici sənədlər itirildiyi təqdirdə bileti satmış təşkilat tərəfindən biletin həqiqətən həmin şəxsə satılmasını təsdiq edən rəsmi sənəd ödəniş üçün əsas götürülə bilər.Xaricdəki Azərbaycan Respublikasından olan işçilər Azərbaycan Respublikasına xidməti ezamiyyətə göndərilərkən ezamiyyətdə olduğu müddətdə Azərbaycan Respublikası ərazisi daxilində xidməti ezamiyyətlər üçün müəyyən olunmuş normalar üzrə gündəlik xərclər, xarcdən Respublikaya və geriyə gediş-gəliş xərcləri və ezamiyyət məntəqəsi ezam edilən şəxslər üçün daimi yaşayış yeri deyilsə, onda mehmanxana xərcləri müvafiq qaydada ödənilir.Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən Səfirlik, Konsulluq və Nümayəndəliklərində işləyən şəxslərə və onunla gedən ailə üzvlərinin (ər, arvad, uşaqlar) hər birinə müvafiq sənədlər əsasında 80-kq-dək (Yükün ümumi çəkisi 240 kq-dan artıq olmamaqla) yükün aparılması xərcləri ödənilir.10. İşçilərin, habelə onun ailə üzvlərinin respublikadan xaricə və geriyə gediş-gəlişi ilə bağlı xərclər bir qayda olaraq yalnız bir dəfə (İşçi xaricə işə göndərilərkən və yaxud geri çağırılarkən) ödənilir.Müstəsna hallarda ağır xəstəliklə və ya digər təcili səbəblərlə bağlı işçinin və onun ailə üzvlərinin işlədiyi ölkədən geri qayıtması zəruri olduqda işçinin işlədiyi orqanın rəhbərinin icazəsi ilə ödənilə bilər.Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən diplomatik xidmət əməkdaşlarının, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin və onlarla birlikdə yaşayan ailə üzvlərinin Azərbaycan Respublikasına gəlməsi və işlədiyi dövlətə qayıtması ilə bağlı müvafiq nəqliyyat xərclərinin ödənilməsi “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 14 aprel 2005-ci il tarixli İ-45 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Əmri (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2005-ci il, № 04) ilə Qaydaların III bölməsinin 10-cu bəndinə yeni abzas əlavə edilmişdir.11. Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən Səfirlik, Konsulluq və Nümayəndəliklərində işləyən şəxslərin mənzil kirayəsi, onların ezamiyyə xərcləri həmin Səfirlik, Konsulluq və Nümayəndəliklərin xərclər smetasına daxil edilir.Səfirlik, Konsulluq və Nümayəndəliklərində bir ailənin iki üzvü işlədiyi hallarda, onların yalnız birinə mənzil kirayəsi verilir. Mənzilin kirayə edilməsi müqavilə əsasında olmalı və kirayə xərcləri həmin müqavilədə öz əksini tapmalıdır.12. Rəhbər işçilərin ezamiyyələri ilə əlaqədar olaraq kommunal xərc normalarına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyası bu “Qaydalar”ın 3 nömrəli əlavəsi ilə müəyyən edilir və rəhbər işçi bu əlavələrdən yalnız birini ala bilər. 14 aprel 2005-ci il tarixli İ-45 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Əmri (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2005-ci il, № 04) ilə Qaydaların III bölməsinin 12-ci bəndinin sonuna “ və rəhbər işçi bu əlavələrdən yalnız birini ala bilər” sözləri əlavə edilmişdir və 13-cü bənd çıxarılmışdır.13. Rəhbər işçi bu əlavələrdən yalnız birini ala bilər.1 nömrəli əlavəBirliyin, Müəssisənin, İdarənin, təşkilatın Ştampı______ № - li E Z A M I Y Y Ə T V Ə S İ Q Ə S İ______________________________________________________________________________(Adı, soyadı, iş yeri, vəzifəsi)______________________________________________________________________________(ezam olunduğu birliyin, müəssisənin, idarənin, təşkilatın adı)______________________________________________________________________________(ezamiyyənin məqsədi) “ “ gün müddətində (yolda olduğu vaxt nəzərə alınmadan) ezam olunur(təyinat məntəqəsi) Pasportu təqdim etdikdə etibarlıdır Təşkilatın rəhbəri ______________________ M.Y İmza “___”___________200____ilEzamiyyətə çıxması, təyinat məntəqəsinə gəlməsi, oradan çıxması və daimi iş yerinə gəlməsi haqqında qeydlər: Ezamiyyət vəsiqəsinin arxa tərəfi ________dan (dən) çıxdı_gəldi“___”______200__il““200il M.Y. imza_______ M.Y. imza_______________dan (dən) çıxdı ________________gəldi “____”______200_il “____”______200____ilM.Y. imza________ M.Y. imza______________dan (dən) çıxdı ________________gəldi “____”______200_il “____”______200____ilM.Y. imza________ M.Y. imza________2 nömrəli əlavə 14 aprel 2005-ci il tarixli İ-45 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Əmri (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2005-ci il, № 04) ilə Qaydaların 2 və 3 nömrəli əlavələri yeni redaksiyada verilmişdir.Əvvəlki redaksiyada deyilirdi:2 nömrəli əlavəİşçilərin xarici ölkələrə ezamiyyə xərclərinin normaları(ABŞ dolları ilə)Norma Ölkənin adıGündəlik xərcMehmanxana xərclərinin son həddiRusiya2070Belorus2070Ukrayna2070Moldova2070Qazaxıstan2070Qırğızıstan2070Tacikistan2070Türkmənistan2070Özbəkistan2070Gürcüstan2070Ermənistan2070Latviya2070Riqa şəhəri20100Litva2070Vilnüs şəhəri2090Estoniya2070Tallin şəhəri20100ABŞ60130Avstriya60100Albaniya50100Almaniya70125Andorra4590Braziliya4085Banqladeş3580Bəhreyn5090Birləşmiş Ərəb Əmirliyi30100Belçika50120Bolqarıstan4080Bosniya və Herseqovina Respublikası4590Bruney3080Böyük Britaniya50170Vyetnam3070Honkonq4080Danimarka40100İsveç50100İsrail5090İndoneziya40110İordaniya3580İraq4090İran2590İrlandiya40105İsveçrə45120İslandiya4070 (ABŞ dolları ilə)NormaÖlkənin adıGündəlik xərcMehmanxana xərclərinin son həddiİspaniya40120İtaliya40100Yəmən5075Yunanıstan5075Əlcəzair4080Əfqanıstan3580Kamboca3040Kanada60100Katar40110KXDR40110Kipr3560Küveyt35150Laos3585Livan3580Liviya3590Lixtenşteyn4090Lüksemburq4090Mavritaniya4075Makedoniya4575Malayziya55120Mali40100Macarıstan4080Maldiv adaları2585Malta5555Mərakeş4565Misir3580Monako45115Monqolustan3570Norveç40100Nepal2570Niderland55120Oman40100Pakistan3580Polşa3580Portuqaliya5090Rumıniya4080Samoa3050San-Marino3580Səudiyyə Ərəbistanı50100Seneqal75130Sinqapur45175Suriya3560Slovakiya3575Sloveniya4575Sudan4090Tailand40100Tunis4070Türkiyə4580Ankara və İstambul şəhərləri45100Finlandiya40110Filippin adaları30110Fransa50140(ABŞ dolları ilə)NormaÖlkənin adıGündəlik xərcMehmanxana xərclərinin son həddiXorvatiya4565Cənubi Koreya55110Çexiya4080ÇXR3080Şri-Lanka5090Hindistan3580Hibraltar3560Yuqoslaviya4590Yaponiya100150Avstraliya və Okeaniya40100Amerika qitəsi üzrə digər ölkələr3075Afrika qitəsi üzrə digər ölkələr4090Qeyd: Xarici ölkələrə ezam edilən şəxslərə hər bir ezamiyyə zamanı 20 ABŞ dolları məbləğində birdəfəlik ölkədaxili nəqliyyat xərc ödənilir.3 nömrəli əlavəRəhbər işçilərin ezamiyyələri ilə əlaqədar olaraq xərc normalarına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbərişçilərin kateqoriyasıRəhbər işçinin vəzifəsikommunal xərc normasına əlavə (əmsal)Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri, işlər müdiri, dövlət müşavirləri, icra aparatının struktur bölmələrinin rəhbərləri, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavinləri, Milli Məclisin daimi komissiya sədrləri, Azərbaycan Respublikası Baş Nazirinin müavinləri, Nazirlər Kabinetinin işlər müdiri, Mərkəzi İcra Hakimiyyəti və Məhkəmə Hakimiyyəti Orqanlarının rəhbərləri1.5Milli Məclisin daimi komissiya sədrlərinin müavinləri, Mərkəzi İcra Hakimiyyəti və Məhkəmə Hakimiyyəti orqanları rəhbərlərinin müavinləri1.3Milli Məclisin daimi komissiya üzvləri və Azərbaycan Respublikası Prezidentinin xarici səfərləri ilə bağlı protokol tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar ezam olunan şəxslər1.25Qeyd:Bu əlavədə nəzərdə tutulan əmsallar digər qanunvericilik aktları ilə ezamiyyə xərclərinə əlavələrin tətbiq olunduğu orqanlarda çalışan işçilərə şamil edilmir.Yuxanda göstərilən cədvəlin “Rəhbər işçinin vəzifəsi” hissəsinin birinci bölməsində göstərilən şəxslərə nəqliyyat xərcləri təyyarə üçün “biznes klass”, dəmir yolu qatarları üçün “2 kupeli yumşaq vaqon” tarifləri ilə ödənilir, bütün digər hallarda nəqliyyat xərcləri təyyarə üçün “ekonomik klass”, dəmir yolu qatarları üçün “4 yerli kupe vaqon” tarifləri ilə ödənilir.Xarici ölkələrə ezamiyyə xərclərinin normalarıÖlkənin adıValyutaların adıGündəlik xərc: (Azərbaycan Respublikasından və başqa ölkələrdən qısa müddətə ezam olunduqda)Gündəlik xərc : (Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik xidmət orqanlarının və digər təşkilatlarının işçiləri bu təşkilatların yerləşmiş olduğu ölkənin daxilində qısa müddətə ezam olunduqda)Kommunal xərclərinin son həddiRusiyaABŞ dolları604090Moskva və Sank-Peterburq şəhərləri120BelarusABŞ dolları504080Minsk şəhəri100UkraynaABŞ dolları503590Kiyev şəhəri120MoldovaABŞ dolları503550Kişinyov şəhəri90QazaxstanABŞ dolları503570Alma-Ata və Astana şəhərlərində100QırğızıstanABŞ dolları503570Bişkek90TacikistanABŞ dolları503570Düşənbə şəhəri90TürkmənistanABŞ dolları503535Aşqabad şəhəri50ÖzbəkistanABŞ dolları503540Daşkənd şəhəri90GürcüstanABŞ dolları503580Tbilisi şəhəri95ErmənistanABŞ dolları503570Yerevan95LatviyaABŞ dolları503570Riqa şəhəri110LitvaABŞ dolları503590Vilnüs şəhəri120EstonyaABŞ dolları503560Tallin şəhəri110ABŞABŞ dolları7050200Nyu-York şəhəri250AvstriyaAvro5035100AlbaniyaABŞ dolları6040120AlmaniyaAvro5035150AndorraAvro4530100ArgentinaABŞ dolları6045110BraziliyaABŞ dolları5540130BanqladeşABŞ dolları6040100BəhreynABŞ dolları604090Birləşmiş Ərəb ƏmirlikləriABŞ dolları6040130BelçikaAvro4535120BolqarıstanABŞ dolları5035100BrineyABŞ dolları5540100Bosniya və HerseqovinaABŞ dolları5540100Böyük Britaniyaİngiltərə fund sterlinqi3530100London şəhəri120VyetnamABŞ dolları604090DanimarkaDanimarka kronu380265850İçveçİsveç kronu4303251000İsrailABŞ dolları6545100İndoneziyaABŞ dolları6545110İordaniyaABŞ dolları604060İrakABŞ dolları8055100İranABŞ dolları6040100İrlandiyaAvro4530120İsveçrəİsveçrə frankı7555150İslandiyaABŞ dolları604060İspaniyaABŞ dolları6545140İtaliyaAvro4530120YəmənABŞ dolları6040100YunanstanABŞ dolları5535110ƏlcəzairABŞ dolları604085ƏfqanıstanABŞ dolları7555100KambocaABŞ dolları654580KanadaABŞ dolları6040130KatarABŞ dolları5540120KXDRABŞ dolları6045150KiprABŞ dolları5540100KüveytABŞ dolları5540120LaosABŞ dolları604090LivanABŞ dolları704560LiviyaABŞ dolları6545100LixteynşteynABŞ dolları6545130LüksemburqAvro453090MavritaniyaABŞ dolları6040100MakedoniyaABŞ dolları554090MalayziyaABŞ dolları5540120MaliABŞ dolları6545120MacarstanABŞ dolları5540100Maldiv adalarıABŞ dolları6540100MaltaABŞ dolları554080MərakeşABŞ dolları5540100MisirABŞ dolları5540100MonakoABŞ dolları6040130MonqolustanABŞ dolları503580MeksikaABŞ dolları604590NorveçNorveç kronu4903551055NepalABŞ dolları604585NiderlandAvro4535150OmanABŞ dolları6040110PakistanABŞ dolları6545110PolşaABŞ dolları503595PortuqaliyaABŞ dolları554095RumıniyaABŞ doları5035110SamoaABŞ doları604080San-MarinoAvro4530100Səudiyyə ƏrəbistanıABŞ doları6045100SeneqalABŞ doları7045130SinqapurABŞ dolan5540170SuriyaABŞ doları604080SlovakiyaABŞ doları553590SloveniyaABŞ dolan5540100SudanABŞ dolan7055110TailandABŞ doları5535120TunisABŞ doları554095TürkiyəABŞ dolan6040100Ankara və İstanbul şəhərləri120FinlandiyaAvro4530130Filippin adalarıABŞ dolan6040130FransaAvro4535140XorvatiyaABŞ doları6040100CibutiABŞ doları7050100ÇadABŞ dolan8060100Koreya RespublikasıABŞ dolan6040150Cənubi Afrika RespublikasıABŞ dolan5540100ÇexiyaABŞ dolan5540110Çin Xalq RespublikasıABŞ doları6040120Şri-LankaABŞ doları554070HindistanABŞ dolan5540100HibraltarABŞ doları654560Serbiya vəÇernoqoriyaABŞ doları554090YaponiyaYapon yeni9150646024000Yeni ZellandiyaABŞ doları6045120Avstraliya vəOkeaniyaABŞ doları6540125Amerika qitəsi üzrə digər ölkələrABŞ dolan654590Afrika qitəsi üzrə digər ölkələrABŞ doları6545100Qeyd: Xarici ölkələrə ezam edilən şəxslərə hər ezamiyyə zamanı 20 ABŞ dolları məbləğində birdəfəlik ölkədaxili nəqliyyat xərci ödənilir. Bu xərcin məbləği təsdiqedici sənədlər təqdim olunduğu təqdirdə 40 ABŞ dollarınadək artırıla bilər.3 nömrəli əlavəRəhbər işçilərin ezamiyyələri ilə əlaqədar olaraq xərc normalarına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyasıRəhbər işçinin vəzifəsikommunal xərc normasına əlavə (əmsal)Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri, işlər müdiri, dövlət müşavirləri, icra aparatının struktur bölmələrinin rəhbərləri, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavinləri, Milli Məclisin daimi komissiya sədrləri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimləri, Milli Məclis Aparatının rəhbəri, Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Azərbaycan Respublikası Baş Nazirinin müavinləri, Nazirlər Kabinetinin işlər müdiri, Mərkəzi İcra Hakimiyyəti və Məhkəmə Hakimiyyəti Orqanlarının rəhbərləri1.5Milli Məclisin daimi komissiya sədrlərinin müavinləri, Mərkəzi İcra Hakimiyyəti və Məhkəmə Hakimiyyəti orqanları rəhbərlərinin müavinləri1.3Milli Məclisin daimi komissiya üzvləri və Azərbaycan Respublikası Prezidentinin xarici səfərləri ilə bağlı protokol tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar ezam olunan şəxslər1.25Qeyd: Bu əlavədə nəzərdə tutulan əmsallar digər qanunvericilik aktları ilə ezamiyyə xərclərinə əlavələrin tətbiq olunduğu orqanlarda çalışan işçilərə şamil edilmir.Yuxarıda göstərilən cədvəlin “Rəhbər işçinin vəzifəsi” hissəsinin birinci bölməsində göstərilən şəxslərə və diplomatik fəaliyyəti dövründə Fövqəladə və Səlahiyyətli Səfir dərəcəsi olanlara nəqliyyat xərcləri təyyarə üçün “biznes klass”, dəmir yolu qatarları üçün “ 2 yerli kupeli yumşaq vaqon” tarifləri ilə ödənilir, bütün digər hallarda nəqliyyat xərcləri təyyarə üçün “ekonomik klass”, dəmir yolu qatarları üçün “4 yerli kupeli vaqon” tarifləri ilə ödənilir.Azərbaycan Respublikasının dövlət və hökumət səviyyəsində rəsmi nümayəndə heyətinin rəhbərləri beynəlxalq tədbirlərdə və ikitərəfli görüşlərdə iştirak etmək üçün xarici ölkələrə ezam olunduqda qəbul edən tərəfin protokol qaydalarına uyğun olaraq mehmanxanada yerləşdirildikdə, kommunal xərcləri təqdim olunmuş sənədlər əsasında faktiki xərclərə uyğun ödənilir. Bu qayda ilə mehmanxanada yerləşdirilən həmin rəsmi nümayəndə heyətinin digər üzvlərinin kommunal xərcləri təsdiqedici sənədlər əsasında müvafiq ölkələr üzrə müəyyən edilmiş normadan 1.5 dəfədən çox olmamaq şərti ilə ödənilir.İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI14 aprel 2005-ci il tarixli İ-45 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Əmri (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2005-ci il, № 04)23 yanvar 2006-cı il tarixli İ-03 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Əmri (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2006-cı il, № 01-02-03)BÜLLETENƏ EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI