Human is the best capital
İş yerlərinin attestasiyası xidməti
Əsas səhifə / İş yerlərinin attestasiyası xidməti


İş yerlərinin attestasiyası keçirilməsinin yüksək səviyyədə təşkil olunması üçün bizimlə əlaqə saxlayın:

055-220-08-22 /  012-555-14-41


XİDMƏT HAQQINDA:

Əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının nəticələri nə zaman istifadə olunur ?

  • qüvvədə olan normativ hüquqi sənədlərə uyğun olaraq əmək şəraiti və mühafizəsi üzrə tədbirlərin planlaşdırılması və həyata keçirilməsi;
  • qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək şəraiti təhlükəli və zərərli olan işlərdə və ağır işlərdə məşğul olan işçilərə güzəştlərin və kompensasiyaların verilməsinin əsaslandırılması;
  • peşə xəstəliyi şübhəsi altında, peşə xəstəliyinin diapazonunun təyin olunması, eyni zamanda, mübahisələrin məhkəmə yolu ilə həll olunması, xəstəliyin peşə ilə bağlılığı məsələsinin həlli;
  • işçilərin sağlamlığını və həyatını bilavasitə təhlükə altına qoyan sexin, sahənin, istehsalat avadanlıqlarının istismarının dayandırılması və texnologiyanın dəyişdirilməsi məsələsinə baxılması;
  • işçilərin əmək şəraiti ilə bağlı məsələlərin əmək müqaviləsinə (kontrakta) daxil edilməsi;
  • iş yerlərində işçilərin əmək şəraiti ilə tanış edilməsi;
  • əməyin mühafizəsi haqqında qanunvericiliyin pozulması ilə əlaqədar olaraq təqsirkar vəzifəli şəxslərə inzibati-iqtisadi sanksiyaların tətbiq edilməsi.


Əmək şəraiti üzrə iş yerlərinin attestasiyası necə təşkil olunur ?

İş yerlərinin zədə təhlükəsizliyinin qiymətləndirilməsindən əvvəl onun aparılmasının düzgünlüyü, əməyin təhlükəsizliyinin təmin edilməsinə aid normativ sənədlərin mövcudluğu və onların tələblərinin yerinə yetirilməsi yoxlanılır.

İstehsal avadanlığının, qurğularının və alətlərin, eyni zamanda tədris və təlim vasitələrinin normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması yolu ilə zədə təhlükəsizliyinin qiymətləndirilməsi. Bununla yanaşı, istehsal avadanlığında qurulmuş nümunənin təhlükəsizlik sertifikatlarının mövcudluğu nəzərə alınmalıdır. Zədə təhlükəsizliyinin qiymətləndirilməsi zamanı təhlükəsizlik tələblərinə əməl etməklə, istehsal avadanlığının sınaq buraxılışı və dayandırılması keçirilir.

İş yerlərində istehsal avadanlıqlarının və cihazlarının, onlara aid olan normativ hüquqi aktların tətbiq olunmasından əvvəl istehsal olunması və yaxud bu sənədlərin müəyyən olunmuş qaydada işlənib hazırlanmadığı və təsdiq edilmədiyi hallarda, istehsal avadanlıqlarının və qurğuların zədə təhlükəsizliyinin qiymətləndirilməsi iş yerlərində təhlükəsiz və şəraitini təyin edən müvafiq normativ hüquqi aktlarda öz əksini tapan tələblərə uyğun aparılır.

O cümlədən:

təhlükə mənbəyi sayılan avadanlığın hərəkətdə olan hissələrinin təsirindən işçilərin mühafizə vasitələrinin mövcudluğu;

zədələnmə nəticəsində təhlükə yaradan boru xətlərinin, hidro, buxar-pnevmosistemlərin, qoruyucu qapaqların, kabellərin və digər elementlər;

təmir və quraşdırma işləri zamanı avadanlığın hissələrinin əl ilə yerdəyişməsi məqsədi ilə qurğuların (qolların) mövcudluğu;

istehsal avadanlığının istismarı zamanı emal edilən və yaxud istifadə olunan materialların və maddələrin iş zonasına sıçraması, əşyaların (alətin, tədarükün) yerə düşməsi və atılması nəticəsində yaranan təhlükənin aradan qaldırılması;

konstruksiyaların, binaların hissələrinin dağılması, karxanalarda, şaxtalarda və sair süxurların və başqa elementlərin uçulması nəticəsində yaranan təhlükənin aradan qaldırılması;

təhlükəsizlik nişanlarının və siqnal boyalarının mövcudluğu və normativ tələblərə uyğunluğu;

hasarlarda fiksatorların, blokirovkaların, germetizasiya elementlərinin davamlığını və sərtliyini təmin edən elementlərin mövcudluğu;

müəyyən təhlükəli və zərərli istehsal amilinin təsiri zamanı qoruyucu vasitələrin işləməsinin təmin olunması;

istehsal avadanlığının normal fəaliyyətinin pozulmasının idarəetmə pultu üzərində siqnalizatorların, eyni zamanda qəza dayandıran vasitələrin mövcudluğu;

elektrik təchizatının tamam və yaxud qismən kəsilməsi və onun sonradan düzəldilməsi, eyni zamanda elektrik təchizatının idarəetmə dövrəsinin zədələnməsi zamanı təhlükəli vəziyyətlərin yaranmasının qarşısının alınması (enerji təchizatının bərpası zamanı icazə almadan enerjinin buraxılışı, dayandırılma üçün verilən əmrin yerinə yetirilməməsi, istehsal avadanlığın səyyar hissələrinin və onun üzərində bərkidilmiş əşyaların düşməsi və atılması);

elektrik cihazlarının, elektrik xətlərinin (o cümlədən torpaqlanmanın), gəmiricilərin və həşəratların, əridicilərin daxil olmasından, mexaniki təsirdən qorunmasının təmin edilməsi, birləşdirici qutularda, elektrotexnik məmulatların, aparatların, maşınların korpuslarının içində şəbəkənin və kabellərin birləşməsinin həyata keçirilməsi;

avadanlığın qızmar hissələrinin, yanğın partlayış təhlükəli maddələrin işçilərin açıq dəri örtükləri ilə yanğına, alova və yaxud partlayışa səbəbi ola bilən kontaktın aradan qaldırılması;

müəssisədaxili yolların və keçidlərin ölçülərinin normativ tələblərə uyğunluğu;

müəssisədaxili nəqliyyat vasitələri üçün idarəetmə vasitələrinin (o cümlədən qəza dayandırılması vasitələrinin) məqsədəuyğun yerləşdirilməsi və icra edilməsi;

müəssisədaxili nəqliyyat vasitələri yollarının təhlükəsizliyi, onların mühafizə vasitələri və təhlükəsizlik nişanları ilə təchiz olunması;

əməyin mühafizəsi üzrə təlimatların mövcudluğu və onların normativ sənədlərə uyğunluğu;

əl alətlərinin və qurğuların mövcudluğu və normativ tələblərə uyğunluğu.


Əmək şəraiti üzrə iş yerlərinin attestasiya nəticələrini necə rəsmiləşdirəcəyik ?

Əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının nəticələri aşağıdakı qaydada rəsmiləşdiriləcək:

  • iş yerlərinin attestasiyası və onların iş şəraiti, bu şəraitdə çalışan işçilərin sayı və onların fərdi mühafizə vasitələri ilə təmin edilməsi haqqında məlumatları əks etdirən iş yerlərinin və onların əmək şəraiti üzrə attestasiya edilməsinin nəticə cədvəli;
  • müəssisə üzrə bütövlükdə və struktur bölmələr üzrə ayrılıqda iş yerlərinin sayının, əmək şəraitinin siniflər üzrə bölünməsi ilə attestasiya aparılan iş yerlərinin sayının, attestasiya aparılan iş yerlərində məşğul olan işçilərin sayının, onların fərdi mühafizə vasitələri ilə təmin edilməsi haqqında məlumatın göstərilməsi ilə iş yerlərinin və onların əmək şəraiti üzrə attestasiyasının nəticələrinin toplu siyahısı.

Müəssisənin attestasiya komissiyasının işinin nəticələri əmək şəraiti üzrə iş yerlərinin attestasiya protokolu ilə rəsmiləşdiriləcək.

Protokola əlavə edilir:

  • əmək şəraiti üzrə iş yerlərinin attestasiya pasportu;
  • bölmələrdə əmək şəraiti üzrə attestasiyasının və iş yerlərinin siyahısı;
  • müəssisədə iş yerlərinin və əmək şəraiti üzrə attestasiya nəticələrinin toplu siyahısı;
  • müəssisədə əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üzrə tədbirlər planı.


İş yerlərinin qiymətləndirilməsi, onun əmək şəraiti üzrə normativlərə uyğunluğu nələri müəyyən edir ?

İstehsalat mühitinin amilləri
1
Zərərli kimyəvi maddələr
2
Fibrogen təsirli aerozollar
3
İstehsalat tozu
Fiziki   amillər
4
Titrətmə, lokal, ümumi
5
Səs-küy
6
YT /yüksək tezlikli/ radiotezlikli   elektromaqnit sahəsi
7
UYT /ultra yüksək tezlikli/
8
ƏYT /ən yüksək tezlikli/
9
İnfraqırmızı şüalanma
10
Havanın temperaturu
11
Hava hərəkətinin sürəti
12
Rütübət nisbi
13
Ultrasəs
14
İnfrasəs
15
İonlaşdırılmış şüalanma


Atmosfer təzyiqi
Bioloji   istehsalat amilləri
16
Psixofizioloji amillər
17
Növbə   ərzində yükü tutarkən statistik gərginlik (yük)
18
bir   əl ilə
19
iki   əl ilə
20
Bədən   və ayaq əzələlərinin
21
iştirakı   ilə
22
Növbə ərzində dinamik
23
gərginlik (yük)
24
Əzələlərə   düşən ümumi gərginlik (ağırlıq)
25
Çiyin   əzələlərinə düşən regional gərginlik (ağırlıq)
26
Bədən,   əl və ayaq əzələlərinə düşən ümumi gərginlik (ağırlıq) İşçi duruş (vəziyyət)
27
Məkanda yerdəyişmə
28
İşin sürəti (tempi)
29
Əməyin yeknəsəkliyi   (monotonluğu) 
30
Əsəb-emosional   gərginlik İntellektual gərginlik
31
Sair


Əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının qanunvericilik əsası nələrdir ?

ƏMƏK MƏCƏLLƏSİ Maddə 64.1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulan məqsədlə əmək şəraitindən asılı olmayaraq işəgötürən müvafiq normativ hüquqi aktla müəyyən edilmiş qaydada iş yerlərinin attestasiyasının keçirilməsini təmin etməlidir.


İNZİBATİ XƏTALAR MƏCƏLLƏSİ Maddə 192.2. İşəgötürən tərəfindən işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi qaydalarının pozulmasına görə-

yeddi yüz manatdan min iki yüz manatadək məbləğdə cərimə edilir.


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli, 38 nömrəli qərarına əlavə "İş yerlərinin attestasiyasının keçirilməsi QAYDALARI"

1.2. Müəssisədə mövcud olan bütün iş yerləri attestasiyadan keçməlidir.

1.5. Attestasiyanın keçirilməsi müddəti 5 ildə bir dəfədən az olmayaraq, əməyin xarakterinin və şəraitinin dəyişməsindən asılı olaraq müəssisənin özü tərəfindən müəyyən olunur.



HRclub.az
TEL: +994552200822
site by