Qanunvericilik
Əsas səhifə / Qanunvericilik
Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə
  • 2993

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ 

Q Ə R A R № 272 

Bakı şəhəri, 22 iyun 2018-ci il

“Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi Hədləri və Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 211 nömrəli qərarında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR: 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 211 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 6, maddə 784; 2016, № 3, maddə 616, № 4, maddə 775; 2017, № 9, maddə 1727) ilə təsdiq edilmiş “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi Hədləri və Qaydası” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur). 

Azərbaycan Respublikasının  Baş naziri Novruz Məmmədov

Ümumi göstəricilər

Sənəd, Kitab və Sual gösətiriciləri

  • 500+Elektron sənəd
  • 100+Elektron kitab
  • 1000+Sual-Cavab