Qanunvericilik
Əsas səhifə / Qanunvericilik
Namizədlər üçün “döyüş” strategiyaları
  • 3107

Hal-hazırda oxumaqda olduğum müəllifinin Ali Çimen olduğu "Tarixi Dəyişdirənlər" seriyasının "Tarixi Dəyişdirən Hərbçilər" kitabında məşhur strateq Sun Tsun haqqında hazırlanan bölmədə müəllifin "Hərb Sənəti" adlı kitabında belə bir maddə yer alır:

"Əgər həm düşməni, həm də özünüzü yaxşı tanısanız, yüzlərlə müharibədə yüzlərlə dəfə qalib gələrsiniz. Əgər özünüzü tanıyır, düşmən haqqında məlumatınız yoxdursa; birində qələbə çalar, digərində məğlub olarsınız. Nə özünüzü, nə də düşməni tanımırsanız, hər zaman məğlub olarsınız."

Bu sətirləri oxuduğumda bu maddənin müsahibəyə dəvət olunmuş namizədlər üçün də çox faydalı olacağı qənaətinə gəldim. Nəzərə alsaq ki, müsahibələr simvolik də olsa rəqiblə döyüş meydanıdır və ehtiyatlı namizədlər bu döyüşə xüsusi strategiya ilə hazırlaşırlar, o zaman yuxarıdakı maddəni namizədlər üçün şağıdakı şəkildə uyğunlaşdıra bilərik:

"Əgər öz müsbət və mənfi tərəflərinizi, hədəflərinizi, karyera planınızı düzgün və məntiqli şəkildə müəyyənləşdirsəniz, yüzlərlə müsahibədə müvəffəqiyyət qazanar və növbəti mərhələyə adlarsınız. Əgər özünüzü tanıyır, ancaq görüşəcəyiniz şirkət haqqında heç bir araşdırma etmədən müsahibəyə yollansanız bir çox hallarda məyus olacaqsınız."

Hörmətli namizədlər, odur ki, ən qısa zamanda hədəflərinizi, karyera planınızı, gələcəkdə işləmək istədiyiniz prioritet sahələri dəqiqləşdirin və bu məqsədlərə çatmaq üçün bir "fəaliyyət planı" hazırlayın. Müsahibəyə yollanmazdan əvvəl şirkətin yerləşdiyi məkandan tutmuş, fəaliyyət sahəsi, hədəfləri, strateji planları, rəqibləri, rəhbərliyi və s. haqqında ətraflı bir araşdırma edin. Görüşəcəyiniz mütəxəssisin kim olduğunu dəqiqləşdirib onun haqqında da mümkün olduqca çox və maraqlı məlumatlar əldə etməyə çalışın. Ancaq bu şəkildə "döyüşə" 1-0 öndə başlamaq olar.

Abid Səmədov

Ümumi göstəricilər

Sənəd, Kitab və Sual gösətiriciləri

  • 500+Elektron sənəd
  • 100+Elektron kitab
  • 1000+Sual-Cavab