Qanunvericilik
Əsas səhifə / Qanunvericilik
2019-cu il üçün yaşayış minimumu haqqında qanun layihəsi müzakirəyə çıxarıldı
  • 3720

13.11.2018-ci il tarixində Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarıldı

Layihə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının  94-cü maddəsinin I hissəsinin 16-cı  bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği

2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilsin.

Maddə 2. Qanunun qüvvəyə minməsi

Bu Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Mənbə: http://meclis.gov.az/?/az/law/1999/1

Ümumi göstəricilər

Sənəd, Kitab və Sual gösətiriciləri

  • 500+Elektron sənəd
  • 100+Elektron kitab
  • 1000+Sual-Cavab