Qanunvericilik
Əsas səhifə / Qanunvericilik
Əmək Məcəlləsində dəyişikliklərə dair layihə_yeni təkliflər
  • 4246

Əmək Məcəlləsində dəyişikliklərə dair layihədə məzuniyyətlərlə bağlı yeni təkliflər   

Yeni layihədə hamiləliyə və doğuşa görə həyat yoldaşı məzuniyyətdə olan kişilərə də ödənişli məzuniyyət verilməsi təklif olunur

Əmək Məcəlləsində dəyişikliklər edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış yeni qanun layihəsində əmək məzuniyyətləri ilə bağlı yeni təkliflər əksini tapır.

Təkliflərdən biri - Əmək Məcəlləsinin 125-ci maddəsinə dəyişiklik edilməklə, hamiləliyə və doğuşa görə həyat yoldaşı məzuniyyətdə olan kişilərə doğuş gününə təsadüf edən ərəfədə səhiyyə müəssisəsinin arayışı əsasında 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilməsidir.

Təcrübədə bəzi hallarda işçilər əmək məzuniyyətindən istifadə etmir. Bu da uzun illər yığılmış istifadə edilməmiş məzuniyyətlərə görə sonralar kompensasiyanın ödənilməsində işəgötürən üçün iqtisadi çətinlik yaranmasına səbəb olur. Ona görə də Məcəlləyə daha bir təklifdə işçilərin əmək məzuniyyətinin əsas hissəsindən iş ili ərzində mütləq istifadə etmələri tələbi yer alıb.


Mənbə: http://sosial.gov.az/3472

Ümumi göstəricilər

Sənəd, Kitab və Sual gösətiriciləri

  • 500+Elektron sənəd
  • 100+Elektron kitab
  • 1000+Sual-Cavab