Qanunvericilik
Əsas səhifə / Qanunvericilik
2020-ci il üçün iş vaxtı normasının və istehsalat təqviminin təsdiq edildi
  • 4472

                                                           Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi                                                          

Kollegiyasının qərarı

16 dekabr 2019-cu il

№ 1905000056

2020-ci il üçün iş vaxtı normasının və istehsalat təqviminin

təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 89-cu və 96-cı maddələrinə əsasən tam iş vaxtı normasının müəyyən edilməsi və iş vaxtının cəmlənmiş uçotunun və digər iş rejimlərinin tətbiqində istifadə məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası

qərara alır:

1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 4-cü və 5-ci  hissələrinin, eləcə də iş və istirahət vaxtı ilə bağlı digər maddələrinin tələblərini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2019-cu il 2 dekabr tarixli   712s nömrəli Sərəncamını və “İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında” 2019-cu il 2 dekabr tarixli 461 nömrəli Qərarını nəzərə alaraq “2020-ci il üçün iş vaxtının norması” və “2020-ci ilin istehsalat təqvimi” təsdiq edilsin (əlavə olunur).

2. İctimaiyyətlə əlaqələr şöbəsinə (F.Talıbova) tapşırılsın ki, qərar qəbul edildiyi gündən “2020-ci il üçün iş vaxtının norması”nın və “2020-ci ilin istehsalat təqvimi”nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin.

3. Qərarın icrasına nəzarət nazir müavini M. Kərimliyə həvalə edilsin.

      

Kollegiyanın sədri  Sahil  Babayev


Ətraflı: http://sosial.gov.az/istehsalat-tqvimi 




Ümumi göstəricilər

Sənəd, Kitab və Sual gösətiriciləri

  • 500+Elektron sənəd
  • 100+Elektron kitab
  • 1000+Sual-Cavab